İstiqamət: qanunauyğunluqlar və cəbr
Riy.VI.5. Şagird kəmiyyətlər arasında münasibətləri əks etdirə, dərk və təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Verilmiş münasibətlər üçün (o cümlədən real şəraitdə) xassəcə və miqdarca bir kəmiyyətin dəyişikliyinin ondan asılı başqa kəmiyyətə və başqa atributlara necə təsir göstərdiyini təsvir edirsə;
-
Sözlə verilmiş qaydaya əsasən və ya verilmiş hərflə ifadədə müxtəlif ədədlərin qoyulması ilə kəmiyyətlər arasında münasibətləri əks etdirən cədvəli doldura bilirsə;
-
Kəmiyyətlər arasında münasibətləri əks etdirən cədvəli dərk edirsə: dəyişənin göstərilən əhəmiyyətləri üçün asılı kəmiyyətin buraxılmış əhəmiyyətlərini tapa bilirsə.
Riy.VI.6. Şagird problemlərin həlli zamanı cəbri təsviri tərtib edə, sadələşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Real vəziyyətin və ya onun sözlə təsvirinin müvafiq (düzxətli təsvirlə verilmiş) bərabərliyini, bərabərsizliyini və ya tənliyini müəyyən edirsə;
-
Məsələnin həlli üçün tərtib edilmiş bərabərliyə əsasən bir kəmiyyətin dəyişdirilməsinin məsələnin həllinə necə təsir göstərdiyini müəyyənləşdirə bilirsə;
-
Hərflərlə ifadələri asanlaşdırmaq və cəbri təsvirlərin ekvivalentliyini müəyyənləşdirmək üçün kommutativlik, assosiativlik və distributivlik xassələrindən istifadə edirsə.
Dostları ilə paylaş: |