Fiz.VIII.8. Şagird maddələrin aqreqat halı və bir aqreqat haldan digərinə keçməsini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müxtəlif maddələrin istidən genişlənməsini müşahidə etmək üçün sınaqlar keçirir, təhlillər edir və müvafiq nəticələr çıxarırsa;
Brizin yaranmasını və istixananın səmərəsini təsvir edə bilər;
İstilik mübadiləsi proseslərini müşahidə etmək üçün sınaqlar aparır və cismin isidilməsi üçün zəruri istiliyin miqdarını hesablamaq düsturunu çıxarırsa; ərimə-bərkimə, buxarlanma-kondensasiyalaşma proseslərini təhlil edir, onları kəmiyyətcə təsvir edirsə;
Sadə sınaqlar vasitəsi ilə səthi gərilməyə və kapillyar hadisələrə sadə sınaqlar yolu ilə müşahidə edir və onları xarakterizə edirsə;
Yanma istiliyini təhlil edir, onu hesablayır və praktiki problemlərin həllində ondan istifadə edirsə (məs., səmərəlilik nöqteyi-nəzərindən müxtəlif yanacaqlardan istifadə etmək); istilik mühərriklərinin hərəkət prinsipləri barədə informasiya toplayır və təsvir edirsə (daxiliyanma mühərriki, turbin);
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan məsələlərin həlli üçün adekvat istifadə edirsə.