Təd.VIII.4. Şagird göstəriciləri təhlil edə və qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Göstəricilər və yaxud dəyişikliklər arasında asılılıqları təsvir etmək üçün diaqramlardan, cədvəllərdən və qrafiklərdən istifadə edirsə;
-
Göstəriciləri təhlil edir və nəticələr çıxarırsa;
-
Deyilmiş ehtimalı nəticələrlə tutuşdurursa;
-
Müşahidə və ölçmələr zamanı aşkara çıxmış gözlənilməz hadisələri müzakirə edirsə, onları izah etməyə çalışırsa.
İstiqamət: Fiziki hadisələr
Fiz.VIII.5. Şagird mexaniki iş, güc və mexaniki enerji barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Mexaniki işi ümumilikdə qəbul olunmuş “İş” anlayışından fərqləndirirsə;
-
Mexaniki iş və gücün onları müəyyənləşdirən kəmiyyətlərdən asılılığını miqdarca xarakterizə edirsə;
-
Kinetik və potensial enerjilərin qarşılıqlı çevrilmələri misallarını sadalayırsa;
-
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan məsələnin həllində adekvat istifadə edirsə.
Fiz.VIII.6. Şagird cisimlərin tarazlığının və sadə mexanizmlərin hərəkətinin prinsipini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Sınaq vasitəsi ilə cisimlərin tarazlığının növlərini tədqiq edir, onları bir-biri ilə müqayisə edir və müvafiq nəticələr çıxarırsa;
-
Lingin sadə modelini hazırlayır, onun hərəkətinin prinsipi barədə hipoteza söyləyir və sınaqlarla yoxlayırsa;
-
Sadə mexanizmləri (hərəkətli və hərəkətsiz blok, ling) təsvir edir və məişət-həyatda onlardan istifadə etmək barədə informasiya əldə edirsə;
-
Sadə mexanizmin sürətli təsirinin əmsalını qiymətləndirirsə;
-
Orqanizmlərdə lingin analoqunu axtarır və onları təsvir edirsə;
-
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan misalların həllində adekvat istifadə edirsə.
Dostları ilə paylaş: |