Proqramın məzmunu
Toxumalar – epitel, əzələli, birləşdirici, sinirli, quruluş, funksiyalar.
Dəri – quruluş, funksiyalar (mühafizəçi, istilik nizamlama, təmas, gigiyena;
Yanma, donma, istilik və gün vurması zamanı ilkin yardım.
Dayaq hərəkət sistemi – insan skeletinin əsas hissələri, sümüyün kimyəvi tərkibi, sümüklərin birləşmə növləri. Skelet (əyilən – açılan; təsadüfi-asılı olmayan) və mimik əzələləri. Dayaq-hərəkət sisteminin gigiyenası və skeletin müxtəlif növ zədələnməsi zamanı ilkin yardım.
Duyğu orqanları – eşitmə, görmə; gigiyena.
Endokrinik sistem – daxili sekresiya vəzləri (hipofiz, qalxanabənzər , mədəaltı, böyrəküstü, cinsi). İnsanın orqanizmində baş verən proseslərin nizama salınmasında onların rolu. Vəzlərin hiper-və hipofunksiyanın səbəb olduğu xəstəliklər. Gürcüstanda endemik boğaz ur ocaqları, profilaktika. Diabet.
Sinir sistemi – kəllə və bel iliyi, quruluşu, funksiyaları; periferik sinir sistemi. Refleks, refleks qövsü. Şərti və şərtsiz reflekslər. Orqanizmdə baş verən həyati proseslərin nizama salınmasında sinir sisteminin rolu.
Dostları ilə paylaş: |