Biol.VIII.6. Şagird insan orqanizminin nizamlayıcı sistemlərinin əhəmiyyətini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Orqanizmin müdafiə imkanları (məs., dəri, selikli qişa, qaraciyər, temperaturun artması, faqositlər, immunitet) barəsində informasiya toplayır və onların pozulmasının nəticələri barədə mülahizə yürüdürsə;
-
Ətraf mühitin dəyişkənliyi şəraitlərində orqanizmdə inkişaf edən prosesləri öz üzərində müşahidə edirsə (məs., nəbzin sürətlənməsi-yavaşıması, nəfəsin tezliyinin dəyişməsi, tərləmək, təzyiqin artması) və sinir və endikrinoloji sistemlərin uyğun hərəkətləri barədə mülahizə yürüdürsə;
-
Orqanizmlər üçün sinir və humoral sistemlərin əlaqələndirici əhəmiyyəti barədə mülahizə yürüdürsə;
-
Sadə reflektiv qövsün (məs., dizin refleksi) sxemini tərtib edirsə;
-
Şərti və şərtsiz refleksləri müqayisə edir və müvafiq cədvəl düzəldirsə;
-
Şərti reflekslərin yaranma prosesini planlaşdırır və tədqiq edirsə (məs., dağsiçanının, itin təlimi).
Dostları ilə paylaş: |