Turşular, əsaslar və neytrallaşma barədə əldə etdiyi bilikdən istifadə edir və torpaqların turşuluğunun azaldılması/əkinə yararlı hala salınması planlarını əks etdirirsə;
Müxtəlif təsviredici vasitələrlə turşu yağışlarının başvermə prosesini təsvir edirsə (şəkil, diaqram, reaksiyanın sxemləri);
Turşu yağışlarının orqanizmlərə və materiallara mənfi təsirinin nəticələrini təsvir edir və turşu yağışlarının səbəb olduğu oksidlərin ayrılmasının azaldılması yollarını əks etdirirsə;
Qlobal istiləşmə/parnik effekti/ozon deşikləri barədə informasiya əldə edir, səbəblərini araşdırır (məs., yanacağın yanması), müvafiq sübutlar gətirir, işi təqdim edərkən terminlərdən adekvat istifadə edirsə.