İstiqamət: Fiziki hadisələr
Fiz.güc.VIII.2. Şagird mexaniki işin, gücün və mexaniki enerjinin barəsində mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Mexaniki işi gündəlik həyatda qəbul olunan “İş” anlayışından fərqləndirə bilirsə;
-
Mexaniki işi və gücün onları müəyyənləşdirən kəmiyyətlərdən asılılığını miqdarca xarakterizə edirsə;
-
Kinetik və potensial enerjilərin qarşılıqlı çevrilmələri misallarını gətirirsə;
-
Müvafiq anlayışlardan və düsturlardan standart və qeyri-standart məsələlərinin həllində adekvat istifadə edirsə.
Fiz.güc.VIII.3. Şagird cisimlərin tarazlığı və sadə mexanizmlərin hərəkət prinsipini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Sınaqlar vasitəsi ilə cisimlərin tarazlıq növlərini tədqiq edir, onları müqayisə edir və müvafiq nəticələr çıxarırsa;
-
Lingin sadə modelini hazırlayır, onun təsir prinsipi barədə hipoteza söyləyir və sınaqlarla yoxlayırsa;
-
Sadə mexanizmləri (tərpənən və tərpənməz arabacıq, ling) təsvir edir və onlardan məişət-həyatda istifadə olunması barədə informasiya toplayırsa;
-
Sadə mexanizmin hərəkətinin əmsalını qiymətləndirirsə;
-
Orqanizmdə lingin analogiyasını axtarır və onları təsvir edirsə;
-
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.
Dostları ilə paylaş: |