Biol.X.7. Şagird qidalanmanın və həzmin orqanizmin böyüyüb-inkişaf etdirilməsi və enerji ilə təmin olunmasında əhəmiyyətini əsaslandıra bilər.
Nəticə göz önündədir, əgər şagird:
Qidalarda toplanmış enerjinin miqdarını hesablamaq üçün sınaqlar keçirir, qida məhsullarını enerji dəyərlərinə əsasən müqayisə edirsə;
Orqanizmin böyüməsi və enerji ilə təchiz edilməsi üçün qidaların əhəmiyyətini əsaslandırırsa;
Bitki və heyvan orqanizmlərinin qida tiplərini müqayisə edir və onlar arasında prinsipial fərqləri müəyyənləşdirirsə;
Qidaların tərkibini (üzvi və qeyri-üzvi maddələr, vitaminlər), qidalanma dəyərlərini və enerjinin dəyişilməsini, orqanizm üçün balanslaşdırılmış qida rasionunu və hər bir komponentin əhəmiyyətini təhlil edirsə;
Qidanın həzmi sistemindən hüceyrəyədək qida məhsullarının yolunu sxematik əks etdirirsə;
Qəbul edilmiş qidadan fərd üçün xarakterik maddələrin quruluşu prinsipini əsaslandırırsa;
Müxtəlif qida məhsulunun qida dəyəri və enerji mübadiləsi barədə informasiya toplayır və müxtəlif yaş qrupu üçün balanslaşdırılmış rasionun əhəmiyyəti üzrə mülahizə yürüdürsə;
Fermentlərin qidaların kimyəvi həlli prosesinə təsirini eksperiment yolu ilə əsaslandırır və temperaturun və pH–ın təsiri ilə fermentik aktivlərin dəyişiklikləri barədə mülahizə yürüdürsə;
Həzm olunmuş qidaların mənimsənilməsində qan dövranı sisteminin əhəmiyyətini dərk edirsə.