Biol.X.8. Şagird fotosintez barədə bitki biokütləsinin yaradıcı qovşaq prosesi barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Yaşıl bitkilərin ətraf mühitdə əhəmiyyəti barədə mülahizə yürüdürsə;
Fotosintezin başlanğıc və son məhsulları şəklində sxem təqdim edirsə;
Bitkinin nəqliyyat sistemini təsvir edirsə və suyun və mineral maddələrin hərəkətinin qanunauyğunluqları barədə mülahizə yürüdürsə;
Sınaq vasitəsi ilə müxtəlif yarpaqlarda (məs., rəngli yarpaqlar, bir neçə gün ərzində qaranlıqda saxlanılmış yarpaqlar, mühafizə örtükləri olan yarpaqlar) nişastanın mövcudluğu/qeyri-mövcudluğunu tədqiq edirsə, cədvəl tərtib edir və onda təqdim olunmuş göstəriciləri xlorofilin mövcudluğu ilə əlaqələndirirsə;
Ətraf faktorların (işığın intensivliyi, temperatur, karbon dioksigen konsentratı) fotosintez prosesinə təsiri üzrə tədqiqat (eksperiment yolu ilə, hazır göstəricilərin təhlili əsasında, uydurulmuş proqramların köməyi ilə) aparırsa;
Bitkilərdə fotosintezi və tənəffüsü fərqləndirirsə;
Fotosintez nəticəsində yarpaqlarda yaranmış qlükozanın sonrakı taleyi barədə (tənəffüs prosesində istifadə olunacaqmı, nişastanın yaranması üçün) mülahizə yürüdürsə;
Bitki biokütləsindən hazırlanmış iqtisadi cəhətcə əhəmiyyətli məhsullar barədə referat təqdim edirsə.