Biol.IX.6. Şagird irsiliyi və dəyişikliyi xarakterizə edə, irsiyyət qanunlarını formalaşdıra bilər; seleksiyada və tibdə genetikanın əhəmiyyəti barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Mitozun və meyozun sadə sistemlərini tərtib edir, qız hüceyrələrdə xromosomların bölünməsinin qanunauyğunluqlarını müqayisə edir və onların əhəmiyyətini izah edirsə;
-
İrsilik qanunlarını formalaşdırır və müvafiq düsturlarla genetik sxemləri əks etdirir, müvafiq simvollardan onların yazılışında adekvat istifadə edirsə;
-
İnsanda cinsiyyətin müəyyənləşdirilmə sxemini tərtib edir, konkret cinsin fərdinin doğulacağı ehtimalını müəyyənləşdirirsə;
-
İnsanda bəzi mendel əlamətin (məs., gözün rəngi, qulaq seyvanı forması) irsiyyət sxemini təsvir edirsə. Bəzi genetik xəstəliklərin (məs., Daun xəstəliyi) səbəblərini sadalayırsa;
-
Dəyişikliklərin fenotip və genotipcə formalarını sadalayır və təsvir edirsə, onlar arasında fərqlər barədə mülahizə yürüdürsə;
-
İnsanın genetik aparatı üzrə bəzi amilin təsiri təhlükəsi barədə dəlillərlə mülahizə yürüdürsə (məs., alkoqol, narkotiklər, maşın tüstüləri, pestisidlər);
-
Seleksiyada və tibdə genetikanın rolu barədə informasiya toplayır və mülahizə yürüdürsə, materialı təqdimat şəklində təqdim edirsə;
-
Gürcüstanda yayılmış endemik sortlar barədə material toplayır (məs., tənək, buğda, meyvə, inək, it) və referat hazırlayırsa;
Dostları ilə paylaş: |