Təd.IX.4. Şagird göstəriciləri təhlil edə və qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Göstəricilər və yaxud dəyişikliklər arasında asılılıqları təsvir etmək üçün diaqramlardan, cədvəllərdən və qrafiklərdən istifadə edirsə;
-
Göstəriciləri təhlil edir və nəticələr çıxarırsa;
-
Deyilmiş ehtimalı nəticələrlə tutuşdurursa;
-
Müşahidə və ölçmələr zamanı aşkara çıxmış gözlənilməz hadisələri müzakirə edirsə, onları izah etməyə çalışırsa.
İstiqamət: Fiziki hadisələr
Fiz.IX.5. Şagird cisimlərin bərabər və qeyri-bərabər hərəkətini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Hərəkət şəklində əlaqələndirmə və sürət zamanı asılılığı qrafiklərlə tanıyır və hərəkətin xarakterik kəmiyyətlərini hesablaya bilirsə;
-
Cismin orta sürətini hesablamaq üçün ölçmələr keçirir, nəticələri təhlil edirsə;
-
Cisimlərin xətti bərabərtəcilli hərəkətini müşahidə etməyi planlaşdırır və sınaqlar keçirirsə, müvafiq ölçmələr aparır və hərəkətin xarakterik kəmiyyətləri arasında əlaqəni təsvir edirsə;
-
Cismin müxtəlif cisimlərə münasibətdə hərəkətini təsvir edirsə, gündəlik həyatdan hərəkətin nisbiliyi misallarını sadalayırsa;
-
Cisimlərin əyri hərəkəti üzrə müşahidələr planlaşdırır və sınaqlar keçirirsə, müvafiq ölçmələr aparır və hərəkətin xarakterik kəmiyyətləri arasında əlaqəni təsvir edirsə;
-
Günəş sistemi planetlərin öz oxu və Günəş ətrafında hərəkəti barədə informasiya toplayır, referat hazırlayırsa;
-
Hərəkətin xarakterik fiziki kəmiyyətlərinin zamandan asılılığını (xətti bərabər və bərabərtəcilli hərəkət zamanı) qrafiklə təqdim edirsə;
-
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan məsələlərin həllində adekvat istifadə edirsə.
Dostları ilə paylaş: |