Xəritədən istifadə edir və fiziki-coğrafi, tarixi-mədəni, iqtisadi və siyasi əlamətə görə dünyada regionların bölünməsi xüsusiyyətlərini müəyyənləşdirirsə;
Tədris xəritəsindən istifadə edir və strateji resurslarla (istilik-energetika) zəngin olan regionları müəyyənləşdirirsə; onları konturlu xəritədə qeyd edirsə;
Ölkənin şimal-cənub bölünməsi (iqtisadi inkişaf səviyyəsinin göstəricisi) xəritəsinə diqqət yetirir və ölkələri inkişafın səviyyəsinə əsasən cədvəldə qruplaşdırırsa;
İllüstrasiyaların təhlili əsasında ölkənin inkişaf səviyyəsinin göstəricisi olan xüsusi meyarları işləyib-hazırlayırsa (iş yerləri, ticarət obyektləri, orta əməkhaqqı, nəqliyyat, yaşayış yeri) və öz mülahizələrini bildirirsə;
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə həyat tərzini müqayisə edirsə, oxşarlıq və fərqləri sadalaya bilirsə;
Zəngin və yoxsul ölkələrin təsərrüfatlarında istifadə olunan (inşaat materialı, isitmə vasitələri, nəqliyyat və yollar, elektrik enerjisi istehsalı və istehlakı və s.) əsas resurslar siyahısını tərtib və müqayisə edir; resurslar ilə iqtisadi inkişaf səviyyələri arasında mövcud olan əlaqələr barədə mülahizə yürüdə bilirsə;
İki region seçir və oxşar və fərqli əlamətlərə görə qruplaşdırırsa; oxşarlıq-fərqlənməyə səbəb olan əlamətlər barədə mülahizə yürüdə bilirsə.