Əhəmiyyətli səyahətlər nəticəsində yaranmış ticarət yollarını konturlu xəritədə qeyd edə bilirsə (məs.: Böyük İpək yolu marşrutu);
Hər hansı bir əhəmiyyətli ticarət brendini seçir və iqtisadiyyatın inkişafında onun beynəlxalq və yerli əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə; onu konturlu xəritədə qeyd edirsə;
Ərzaq mağazasının çeşidini tədqiq edir, malları yerində istehsal olunmuş və idxal edilmiş məhsul kimi qruplaşdıra bilirsə; Gürcüstanın ərzaq məhsullarında idxalın rolu barədə mülahizə yürüdür və ixrac edən ölkələri konturlu xəritədə qeyd edə bilirsə;
Sənayenin (məs.: neft və təbii qaz sənayesi) və kənd təsərrüfatının (məs.: buğda və qəhvə istehsalı) bəzi sahəsinin məhsullarını seçə bilir, dünya bazarında bu məhsullara olan tələbatı tədqiq edir və iri ixracat və idxalçı ölkələri konturlu xəritədə qeyd edə bilirsə;
İdxal və ixrac anlayışlarını izah edə bilirsə; statistik materialın analizi əsasında müxtəlif məhsulların idxalçı və ixracatçı ölkələrini qruplaşdıra bilirsə.