Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Mül.X.2. Şagird insan ləyaqətlərinin məğzini təhlil edə bilər



Yüklə 1,14 Mb.
səhifə194/244
tarix28.12.2021
ölçüsü1,14 Mb.
#15032
1   ...   190   191   192   193   194   195   196   197   ...   244
Mül.X.2. Şagird insan ləyaqətlərinin məğzini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İnsan ləyaqətlərinin məğzini izah edə bilirsə;

  • İnsan ləyaqətlərinin meyarlarını müxtəlif sosial-mədəni mühitdə müzakirə edir və universal uyğunluqları ayıra bilirsə;

  • Müxtəlif cəmiyyətdə insan ləyaqətlərinə hörmət amilləri barədə mülahizə yürüdürsə;

  • Silahlı münaqişələrin qurbanları olanların ləyaqətlərinə hörmət göstərmək imkanları barədə fikir yürüdə bilirsə.

Mül.X.3. Şagird azad şəxsiyyət ilə fəal vətəndaşın xüsusiyyətlərini əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Şəxsiyyətin azadlığı və vətəndaşın fəallıq əlamətlərindən oxşarlıqları ayıra bilirsə;

  • İnsan hüquqları və azadlıqlarını Gürcüstan vətəndaşının vəzifələri ilə əlaqələndirə bilirsə;

  • Cəmiyyətdə azad şəxsiyyətin fəal vətəndaş üçün zəruri şərtləri barədə mülahizə yürüdə bilirsə.

Mül.X.4. Şagird özünün gələcək fəaliyyətinin planını tənqidi qiymətləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Həyata keçirilməsini özü planlaşdırdığı ehtimal edilən hərəkətləri müəyyənləşdirirsə, onları əhəmiyyətinə əsasən dərəcələrə bölürsə;

  • Sinif yoldaşları ilə birlikdə ümumi gələcək məqsədləri qeydə alırsa, fərqli məqsədləri müddətlərinə əsasən cədvəl əsasında bir-birinə uyğunlaşdıra bilirsə, onların reallığı və nail olunma yolları barədə mülahizə yürüdürsə;

  • Özünün imkanlarının və məqsədlərinin təhlili əsasında fəaliyyətin ehtimala əsasən özünün gələcək fəaliyyəti ilə əlaqələndirəcəyi sahələri sadalayır;

  • Sinifdə öz həmfikirlərini aşkar edirsə, hansılarla ki, birlikdə bu sahə barədə informasiya topladığı və onu müzakirəsindən sonra özünün gələcək ehtimal olunan fəaliyyətini müəyyənləşdirirsə.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin