Arxeoloji və etnoqrafik (dərslikdə verilmiş və ya internetlə axtarılmış) materiala diqqət yetirir və aşağıdakı suallara cavab verirsə - bu əşyaların (məskənlərin) mənsub olduğu xalq nə işlə məşğul olurdu?;
Məskənlərin tiplərini müəyyənləşdirir və konkret tarixi-coğrafi mühitdə onların meydana gəlməsi səbəbləri barədə mülahizə yürüdə bilirsə. Müxtəlif mühitdə məskənlərin yerləşməsinin mədəni və təsərrüfat özünəməxsusluqları barədə fikir yürüdə bilirsə;
Sinifdə qrup halında iş zamanı fotoşəkillərin və ya video materialın vasitəsi ilə müxtəlif tarixi-coğrafi mühitdə mövcud olmuş iki məskəni müqayisə edir və onlar arasında mövcud olan oxşarlıq-fərqləri müəyyənləşdirə bilirsə (material, memarlıq).