Coğ.IX.3. Şagird Gürcüstanın təbii şəraitlərini xarakterizə və təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Fiziki-coğrafi şəraitlər arasında səbəb-nəticə əlaqəsini tərtib edirsə və onların yayılması barədə mülahizə yürüdürsə (məs.: Gürcüstanın relyefinin formaları və iqliminin özünəməxsusluqlarını hidroqrafik şəbəkənin formalaşması – yayılması ilə əlaqələndirirsə); bu göstəricilərə əsasən Qərbi və Şərqi Gürcüstanı müqayisə edirsə;
Xəritədən və başqa informasiyadan istifadə etməklə əhəmiyyətli coğrafi obyektləri və hadisələri xarakterizə edirsə; onlardan rekord göstəricilərə malik olanları (rütubətlilik, küləklilik, torpaq sürüşməsi və s.) ayırır və müvafiq konturlu xəritəni doldurursa;
Xəritədən və turist materialından istifadə etməklə Gürcüstan üçün xarakterik olan əhəmiyyətli resursları (mineral və yanacaq resursları və s.) təsvir edirsə və bunları əhalinin təsərrüfat fəaliyyəti ilə əlaqələndirirsə (məs.: zonallıq və kənd təsərrüfatının ixtisaslaşdırılması); qeyd olunan xüsusiyyətlərə əsasən Gürcüstanın regionlarını qruplaşdırırsa;
İnformasiya toplayır (dərslik, KİV və s.) Gürcüstanın təbii fəlakət hadisələri (zəlzələ, torpaq sürüşməsi, daşqın və s.), ətraf mühiti mühafizə problemləri və onların mümkün həlli yolları barədə mülahizə yürüdə bilirsə;
İnformasiya toplayır (Gürcüstan atlasına və başqa əyani vasitələrə əsasən) və Gürcüstanın iki fərqli regionunu nəzərə çarpan əlamətlərinə əsasən müqayisə edə bilirsə (yerləşməsi, relyefi, iqlimi, hidroqrafik şəbəkəsi və s.); oxşarlıq-fərqləri onun üçün məqbul olan formada əks etdirirsə;
Gürcüstanın energetika resurslarını müqayisə və qruplaşdıra bilirsə (məs.: ənənəvi və alternativ energetika resursları), onların ətraf mühitə təsirinin dərəcəsinə əsasən qruplaşdırırsa;
Sabit inkişafın ətraf mühitin mühafizəsi problemləri ilə tanış olur, onlardan Gürcüstan üçün aktualları ayırır və onları doğuran səbəblər və nəticələr barədə mülahizə yürüdə bilirsə.