Coğ.IX.6. Şagird Gürcüstanda təsərrüfatın strateji sahələrini və onların inkişaf etdirilməsi perspektivlərini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Gürcüstanın təsərrüfatının strateji sahələrinin (məs.: turizmin, kənd təsərrüfatının, energetikanın və s.) inkişafı üçün zəruri amilləri sayırsa, bunun əsasında qəsəbələri, rayonları və ya regionları qruplaşdıra bilirsə;
Gürcüstanda təsərrüfatın strateji sahələrinin (məs.: aqrobiznesin və s.) inkişafının dünya ölkələrinin təcrübəsinin nəzərə alınması ilə inkişaf perspektivləri haqqında mülahizə yürüdürsə;
Vaxuşti Baqrationinin “Gürcüstan çarlığının təsviri” əsərindən istifadə edirsə, o dövrkü Gürcüstanın kənd təsərrüfatının zonallıqlarını xarakterizə edirsə və onları müasir vəziyyətlə müqayisə edirsə;
Gürcüstanda müxtəlif kommunikasiya vasitələrinin əhəmiyyəti və inkişaf perspektivləri barədə mülahizə yürüdürsə, konturlu xəritədə əhəmiyyətli nəqliyyat şəbəkələrini və magistrallarını qeyd edə bilirsə;
Müxtəlif növ turizmin inkişafı üçün zəruri təbii ətraf mühitin və infrastrukturun barəsində informasiya toplayırsa. Gürcüstanın rayonlarından birini seçir və turizmin müvafiq növünün inkişafı barədə layihə yazırsa;
Strateji material əsasında XX-XXI əsrlər ərzində Gürcüstanın ticarət balansının transformasiyasını tədqiq edir və bunları ölkənin iqtisadi inkişafı ilə əlaqələndirirsə;
Sabit inkişafın iqtisadi mövzuları ilə tanış olur, onlardan Gürcüstan üçün aktuallarını seçir və bunun baş vermə səbəbləri və nəticələri barədə mülahizə yürüdürsə.