Tar.X.2. Şagird tarixin əsas və köməkçi sahələri barədə mülahizə yürüdə və onların spesifikasını təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Tarixin köməkçi sahələrini saya bilirsə, onların spesifikasını tanıyırsa, tədqiqatın başlıca obyektlərini ayıra bilirsə;
Tarixi prosesin mümkün ardıcıllığının bərpası və dərk edilməsi üçün tarixi sahələrin yeri və əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə;
Böyük arxeoloji kəşflərin nəticələri barədə mülahizə yürüdür, onun tərəfindən seçilmiş hər hansı bir əhəmiyyətli arxeoloji kəşf barədə təqdimat edirsə (məs.: Dmanisidə Avrasiyanın ən qədim insanı, Troya qazıntıları) ;
Etnologiya/etnoqrafik materiallarının əhəmiyyəti barədə mülahizə yürüdürsə, məktəbdənkənar aktivlər yolu ilə (muzey eksponatları ilətanışlıq, düzənlik gəzinti işi nəticəsində əldə edilmiş etnoqrafik material ilə tanışlıq) əldə edilmiş materialın əsasında həyat məişətinin əsas xüsusiyyətləri barədə mülahizə yürüdürsə və ənənəvi məişət-həyatın əsas elementlərini müasir məişətlə müqayisə edə bilirsə; onun tərəfindən seçilmiş Gürcüstanın hər hansı bir tarixi-etnoqrafik diyarının ənənəvi həyat-məişəti barədə təqdimat edə bilirsə;
Muzey fondlarından və texnoloji vasitələrdən istifadə etməklə gürcü sikkələri və kağız pulun əsas nümunələrini axtarıb-tapır və başqa ölkənin pul nümunələri ilə müqayisə edə bilirsə; numizmatika və bonistikanın əhəmiyyəti barədə fikir yürüdə bilirsə;
Qədim gürcü metroloji sistemini tanıyırsa. Onu başqa ölkələrdə yayılmış qədim və müasir metroloji sistemlərlə müqayisə edə bilirsə;
Tarixi coğrafiyanın əhəmiyyətini müəyyənləşdirirsə, tarixi kartoqrafiyanı əsas mərhələlərini, o cümlədən gürcü kartoqrafiyasının inkişaf tarixini bilirsə (məs.: Vaxuşti Baqrationinin kartoqrafik irsləri barədə mülahizə yürüdə bilir və onun atlaslarını onun dövründəki dünya kartoqrafiya nailiyyətləri ilə müqayisə edə bilirsə).