Gürcüstanın və ya başqa ölkənin nümunəsində ticarətin inkişafının müxtəlif səviyyəsinə əsasən şəhərin və ya bu ölkənin necə dəyişdiyi barədə mülahizə yürüdürsə, bu və ya digər şəhərdə/ölkədə yaşayan insanlar üçün ticarətin əhəmiyyəti barədə fikir yürüdə bilirsə;
Bərabərlik və azadlıq nöqteyi-nəzərindən insanın iqtisadi hüquqlarının əhəmiyyətini qiymətləndirə bilirsə;
Əldə edilmiş informasiya əsasında insanlara onlar üçün zəruri məhsulun əldə edilməsinin yalnız bir və ya bir neçə mənbəyinin olduğu halları təsvir edə bilirsə; bu iki vəziyyəti müqayisə edirsə və birinin digərindən üstünlüyü barədə mülahizə yürüdürsə;
Ona məlum olan eyni növ mal istehsal edən bir neçə şirkət-firmanı sadalaya bilirsə; onun fikrincə, yaxşı istehsalçını aşkar edən meyarları seçir və öz mülahizəsini əsaslandıra bilirsə;
Öz yaşayış yerinin nümunəsi əsasında tələbat mövcud olan, lakin tələbatı tam ödəməyən malları və ya xidmətləri sadalaya bilirsə (məs.: resursların qıtlığı, bahaçılıq, infrastrukturun uyğunsuzluğu və s.); sinif yoldaşları ilə birlikdə vəziyyətin düzəldilməsi vasitələri barədə fikir yürüdə bilirsə.