Tar.VIII.7. Şagird Qafqaz regionunu xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Fərdi surətdə və ya sinifdə qrup halında iş zamanı Qafqaz xalqlarının məişət və adət-ənənələrində mövcud olan oxşarlıqları və fərqləri qruplaşdıra bilirsə (məs.: gürcülərin və Şimali Qafqaz xalqlarının, gürcülərin və ermənilərin və s.);
-
Müxtəlif tarixi dövrdə Cənubi Qafqaz dövlətləri sərhədlərinin dəyişikliklərini xəritə vasitəsi ilə təhlil edirsə;
-
Cənubi Qafqazda ağalıq edən böyük dövlətlərin siyahısını tərtib edir və onların ağalığının nəticələrini müqayisə edirsə;
-
Şagird cədvəldə müxtəlif dövrlərdə Qafqaz regionuna daxil olan dövlətləri, siyasi birlikləri qruplaşdıra bilirsə (knyazlıq, xanlıq və s.) və onların qonşularını göstərirsə. Məs.:
Dövr
|
Qafqaz dövlətləri
|
Qonşu dövlətlər
|
B.e.ə. III-I əsrlər
|
Albaniya, Kolxeti, Ermənistan, Kartli
|
Parfiya, Ponto, Roma, Selevkilər İranı
|
B.e. IV-VIII əsrlər
|
Albaniya, Eqrisi, Ermənistan, Kartli
|
Ərəb dövləti, Bizans, Sasani İranı, Xəzərlər xaqanlığı
|
XVIII əsr
|
İmereti, Kaxeti və Kartli çarlıqları, Abxaziya, Quriya, Sameqrelo və Svaneti knyazlıqları, Gəncə xanlığı, İrəvan xanlığı və s.
|
Türkiyə, İran, Rusiya
|
Dostları ilə paylaş: |