Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Tar.VIII.10. Şagird dövlət üçün qanunun aliliyinin əhəmiyyətini izah edə bilər



Yüklə 1,14 Mb.
səhifə96/244
tarix28.12.2021
ölçüsü1,14 Mb.
#15032
1   ...   92   93   94   95   96   97   98   99   ...   244
Tar.VIII.10. Şagird dövlət üçün qanunun aliliyinin əhəmiyyətini izah edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Hər bir vətəndaşın mənafeyi üçün qanunun aliliyinin əhəmiyyəti barədə mülahizə yürüdürsə (məs.: intizam, qarşılıqlı hörmət, insan hüquqlarını müdafiə, ədalət və s); tarixdən və öz müşahidələrindən müvafiq nümunələr gətirirsə;

  • Dövlət üçün Konstitusiyanın mövcudluğunun əhəmiyyəti və onun xarakterik xüsusiyyətləri barədə mülahizə yürüdürsə;

  • Sinif yoldaşlarından ibarət qrupla birlikdə onun fikrincə ölkənin əsas qanununda öz əksini tapmalı olan məsələlərin siyahısını tərtib edirsə, qrupun fikrini başqa qruplara tanış edirsə, onların nümayəndəsinin təqdimatını dinləyirsə, müzakirədə və ümumi qərarın qəbul olunmasında iştirak edirsə;

  • Cəmiyyətdə müxtəlif normaların və qanunların mövcudluğunun zəruriliyi barədə mülahizə yürüdə bilirsə;

  • Cəmiyyətdə fəaliyyət göstərən “yazılmamış qanunlar”ı və qaydaları saya bilirsə, onların əxlaq normalarını təşkil edib-etmədikləri barədə mülahizə yürüdürsə, müxtəlif xalqların mədəniyyətində oxşar “yazılmamış qanunlar” və qaydalar axtarırsa; onları bir-biri ilə müqayisə edir və onların onun üçün nə qədər məqbul olduğunu qiymətləndirə bilirsə;

  • Sinif yoldaşları ilə birlikdə sinifdə ədalətli qarşılıqlı münasibət/davranış qaydaları işləyib-hazırlayır və ona əməl edirsə;

  • Hüququn nə olduğunu izah edirsə və onun əqli dəyərlərinə uyğun gələn qanunları sadalaya bilirsə;

  • İnsanın qanuna əməl etməyə borclu olduğunu izah edə bilirsə; insanın (xüsusən də yetkinlik yaşına çatmamışların) qanunsuz hərəkətlərinin səbəb ola biləcəyi təhlükələri sadalaya bilirsə.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin