4. D SSERTANTLIQ YOLU LƏ YÜKSƏK XT SASLI ELM VƏ ELM -PEDAQOJ
KADRLARIN HAZIRLANMASI
4.1.Dissertantlıq yolu ilə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali
təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan
ayrılmamaqla elmi dərəcənin alınması üçün təhkim olunmaqla dissertasiya işinin yerinə yetiril-
məsini təmin edir.
4.2.Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil
pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə
həkim və həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali
təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.
4.3. «Elmlər doktoru» elmi dərəcəsinin dissertantlıq yolu ilə alınması üçün «Fəlsəfə doktoru»
(elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.
4.4. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant
olmaq hüququna malik deyillər.
4.5. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq
yolu ilə təhsil almaq hüququna malik deyillər.
4.6. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş
stajına malik olmalıdırlar.
4.7. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:
• ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adı-
na);
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• iş yerindən xasiyyətnamə;
• əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru
hazırlığı üzrə);
|