Doktorant və dissertantlar üçün
Yaddaş kitabçası
(Layihə)
Sənəd Kodu
Yeniləmə No
Hazırl. Tarixi
Səhifə No
: ST\02
: 00
:
: 7 / 12
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti
(xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil
haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
• «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi)
diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
• çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
4.8.Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, kafedra və ya
laboratoriyanın təqdimatı əsasında iddiaçının dissertant təhkim olunması, onun dissertasiya
mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul edir. Rektorun razılığı
ə
sasında al itəhsil müəssisəsi və ya elmi təşkilatın rəhbəri iddiaçının təhkim olunması haqqında
ə
mr verir.
4.9 «Fəlsəfə doktoru» və «Elmlər doktoru» elmi dərəcəsi üzrə doktoranturada təhsil alan
şə
xslərin hüquq və vəzifələri dissertantlıq yoluilə təhsilalan şəxslərə (doktorantlara) də şamiledilir.
4.10 «Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən
olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas
uyğunluğu nəzərə alınmaqla, digər fəndəndə doktorluq imtahanları verirlər.
4.11.Dissertantlıq yolu ilə təhsilalan hər bir şəxsin elmi rəhbərlərinə və məsləhətçilərinə
qanunvericiliklə müəyyənedilmiş qaydada əmək haqqı ödənilir.
4.12.Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları
üzrə dissertant təhkim olunmuş şəxslərə Elmi Şuranın qərarına əsasən iş yerindən
qanunvericilikdə müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir.
Dostları ilə paylaş: |