Compact Flash (CF) – Ən köhnə və böyük kart növüdür.
SmartMedia – CF yaddaş kartlarına rəqib olaraq istehsal olunmuşdur. Ancaq sonradan
yerlərini SD kartlara təhvil vermişlər.
Secure Digital (SD) – Ən çox istifadə olunan yaddaş kartıdır. Mini və Mİcro SD olaraq
iki növü vardır.
Memory Stick – Sony firmasının istehsalı olan yaddaş kartıdır.
xD Picture Card – Fotoaparatlarda istifadə olunur. Olympus firmasının məhsuludur.
Yaddaş kartları, PDA, Foto aparat, mobil cihazlar kimi əlavə yaddaşa ehtiyacı olan
cihazlarda istifadə olunur.
Bu yaddaş kartları kompüterlərə xüsusi kart oxuyucular vasitəsilə qoşulur.
Daha çox USB qoşulması olan kart oxuyucular istifadə olunur. Nootboklar-da isə xüsusi
port vasitəsilə bu növ yaddaş kartları oxuna bilir.
Flash yaddaşların istifadə olunduğu zaman bir başa kompüterdən ayrılması cihazı
zədələyə bilər. USB portları vasitəsilə daimi olaraq cihaz enerji ilə təmin olunur. USB yaddaşı
kompüterdən ayırmadan əvvəl enerji və məlumat axınını kəsmək lazımdır. Windows
istifadəçiləri sağ aşağı küncdə USB qoşulmanı göstərən işarə üzərində mausun sol düyməsini
sıxaraq “Eject USB” əmrini seçərək cihazı ayıra bilərlər.
Günümüzdə ən cox istifadə olunan daşına bilən yaddaşlardan biri də “Xarici sərt
disk”lərdir. Əsasən USB və ya FireWire qoşulması istifadə edirlər.
3.5″ sərt disklər üçün sadəcə USB enerjisi kifayər etmir. Əlavə enerji qoşulması da
istifadə edirlər. 2.5″ sərt disklər isə ən pis halda cüt USB qoşulması ilə lazım olan enerjini təmin
edə bilir. Daşına bilən sərt disklərin çoxu standart sərt disklərdir (SSD-lər xaric). Və istifadə
olunduğu halda hərəkət etdirilməməlidir. Bu cihazlar düşmə və zərbələrə qarşı həssasdırlar. Sərt
disklərə aid məqaləmizdə yarana biləcək problemlərdən bəhs etmişdik. Eyni hallar daşına bilən
sərt disklərə də aiddir. Yəni “Eject USB” seçib diski ayırmaq istədikdə belə diskin işini tam
saxlamasını gözləmək lazımdır.
Dostları ilə paylaş: |