Yaddaş növü Verilənlərin saxlanılması Açıqlama


DRAM: Dynamic Random Access Memory (Dinamik RAM)  Ən populyar yaddaş növüdür.  SRAM



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix23.05.2022
ölçüsü0,49 Mb.
#59040
1   2   3   4   5
yaddasi novleri ve strukturu aze

DRAM: Dynamic Random Access Memory (Dinamik RAM) 
Ən populyar yaddaş növüdür. 
SRAM: Statik RAM 
Daha yüksək sürət ilə, daha bahalı yaddaş növüdür. SRAM-ın periodik olaraq yenilənmə 
ehtiyacı olmadıgı halda, DRAM üçün periodiki yenilənmə vacibdir. 
Bəzi RAM xüsusiyyətləri: 
Access Time 
“Access Time” prosessorun yaddaşdan məlumatı oxumaq üçün lazım olan minimum 
zamandır. Nanosaniyə ilə ifadə edilir. 
Latency/Gecikmə 
RAM-ın nə qədər yavaş ola biləcəyinin ölçüsüdür. Aşağı gecikməli RAM-lar yüksək 
gecikməli RAM-lardan daha sürətlidir, çünki prosessora daha tez cavab verə bilirlər. CL “Low 
Latency/Aşağı gecikmə” səviyyəsini ifadə edir. 
RAM Paketləri: 
SIMM – Single İnline Memory Module: Tək sıralı yaddaş moduludur. 
DIMM – Dual İnline Memory Module: İki sıralı yaddaş moduludur. SDRAM-ların 
başlanğıcı DIMM modulu olmuşdur. Notebook-lar üçün So-DIMM (Small Outline DIMM) 
adlandırılan növləri istifadə olunur. 
DIMM RAM çipləri PCB üzərində tək bir üzdə olarsa bu modul “Single Sided” olaraq 
adlanır. PCB-nin hər iki üzündə də RAM çipləri varsa bu DIMM modulu “Double Sided” RAM 


olaraq ifadə edilir. “Double Sided” RAM modulları digərlərinə nisbətən daha qalındır və bəzi 
anakartlarda digər slotlara da RAM yerləşdirilə bilməsinə mane ola bilər. Bəzi anakartlar 
“Double Sided” bir DIMM modulunu qəbul etməyə bilir. Anakartların hansı RAM modullarını 
dəstəklədiyi anakart kitablarında və rəsmi internet səhifələrində yazılmış olur. 
RAM növləri: 
RDRAM: Rambus DRAM 
Rambus firması tərəfindən istehsal olunmuş RAM növüdür. SDRAM-lardan daha 
sürətlidir və bir zamanlar INTEL firması tərəfindən dəstəklənmişdir. Ancaq yüksək maliyyə və 
alternatif modellər səbəbiylə standartlaşmamışdır. 
DDR: Double Data Rate 
DDR SDRAM, SDRAM-ın transfer sürətini iki dəfə artırmışdır. 184 pin DIMM, 200 pin 
SO-DIMM və 172 pin Micro-DIMM paketləri istifadə olunur. Bu RAM-larla bərabər fərqli bir 
adlandırma da istifadə olunmuşdur (DDR400, 200 MHz saat tezliyi ilə işləyən 400 MHz DDR 
SDRAm-dır). 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin