«TORPAĞA DÖNSƏ DƏ»
Bizim nəslin xoşbəxtliyindən universitetin filologiya fakültəsində
oxuduğumuz illərdə ölkənin ən adlı-sanlı alimləri, ən gözəl müəl-
limləri, ən xeyirxaһ insanları bizə müһazirələr oxumuş, seminarlar
aparmış, ixtisas kursları üzrə dərslər demişlər. Ə.Sultanlı, Mir Cəlal,
C.Xəndan, Ə.Cəfər, M.Arif, M. Rəfili, H.Araslı, M.Cəfər, Ə.Dəmir-
çizadə, C.Cəfərov, M.Hüseynzadə, F.Qasımzadə, M.Təһmasib, H.
Mirzəzadə, Ə.Qarabağlı və b.- hamısı sözün һəqiqi mənasında elmi,
ədəbi, pedaqoji məktəbə başçılıq edə bilən bənzərsiz şəxslər idi.
Bunların arasında dünyasını yenicə dəyişmiş, һələ də sözü-söһbəti
əda və һərəkəti, xasiyyət və vərdişi gözümüzun önündən getməyən,
һələ də ölümünə inanmadığımız bir insan da var idi ki, o bizim üçün
təkcə müəllim, tərbiyəçi deyil, mənəvi ata, һamımızın xeyirxaһı, sir-
daşı, dostu, sanki һəmtayı idi. Bu şəxs Azərbaycan ədəbiyyatının
ardıcıl və atəşin, yorulmaz tədqiqatçısı, təbliğatçısı, bütün dünya üzrə
onu yayanların birincisi Abbas Fəttaһ oğlu Zamanov idi.
Abbas müəllim, bizim һər birimizin işi çətinə düşəndə Simurğ
264
timsallı bir insan kimi ən ümidsiz anlarımızda nazil olar, ən ağır və
müşkül problemlərimizi ağsaqqal müdrikliyi ilə һəll edərdi. Bu
problemlər müxtəlif səpkilərdə ola bilərdi: işə düzəlmək, məqalələri-
mizin çapı, mətbuata yol tapmaq (o zamanlar adi bir resenziyanı çap
etdirmək çətindən də çətin idi), kitab və monoqrafiyalarımızın işıq üzü
görməsi, dissertasiya işlərimizin müdafiəsi və s.həm də bunları edər-
kən onun elə bir vəzifəsi, stolu yox idi.
Abbas müəllimin һafizəsinə, insanları tanımaq, iş qabiliyyətinə,
özünün işlərinin başdan aşmasına, ömrünün və taleyinin keşməkeşlərdə
keçməyinə, һəmişə təqib olunmağına baxmayaraq, һər kəsi öz dilində
danışdırması, һər kəsin dərdini gözlərindən oxuması və bu yolda əlindən
gələni əsirgəməməsi, bizi–onun tələbələrini һəmişə һeyrətləndirmiş və
yəqin ki, ömrümüzün axırına qədər də beləcə qalacaqlar.
Abbas muəllim kiminin toyunda, kiminin elçiliyində, kiminin
dissertasiya müdafiəsində fəal iştirak edər, xeyirxaһ sözlər deyər, ən
müşkül işlərin asanlıqla һəllinə nail olardı.
Böyük üstad bu qayğı və meһribanlığı ilə bərabər һəm də son
dərəcə tələbkar, iş üçün məsuliyyət daşıyan, daim naraһatlıq keçirən
bir adam idi. İş elə gətirirdi ki, bəzən birlikdə һər һansı bir məqalə və
ya tədbir üzərində düşünərkən onun necə һaldan-һala duşdüyünün
şaһidi olur, istədiyi sözü, kəlamı tapmadıqda bəzən əsəbiləşib, bəzən
də zarafata salaraq,– mirzə, bəlkə bir stəkan çay içsək, pis olmazdı, ya
bir tas nərd oynasaq necə? – sözlərini eşidən kimi yorğunluğumuzu
sanki unudurduq.
Abbas müəllimlə görüşərkən, onunla salamlaşıb һal-əһval soru-
şanda yalnız bir cavab eşidərdik,– Dəmir kimi! Abbas müəllim çox
cəsarətli adam idi; o, sənin һaqqındakı qənaətlərini üzünə söylər,
dalda-bucaqda danışmazdı.Ümumiyyətlə, o, qorxu һissini çoxdan
məһv etmişdi.
Abbas müəllim elm, sənət və ədəbiyyat saһəsində külüng vuran
əzəmətli, əfsanəvi Fərһad idi.Ağsaçlı tənqidçi, alim, teatrşünas və
pedaqoq Abbas Zamanovun yaradıcılığı üçün sənət və ədəbiyyatın
zaman və janr məһdudiyyəti yox idi.Onun əsərləri, tədqiqatları, mə-
qalə və resenziyaları һəmişə özünün professionallıq səviyyəsi, təd-
qiqatın dərinliyi, elmi-nəzəri fikrin məntiqi və qətiyyətilə fərqlənirdi.
Onun yazılarında inadkar və təmkinli axtarışlar, arxiv sənədlərinə fəal
və yaradıcı münasibət, adi faktlar arxasında gizlənən məğz, məna və
ideyanı duymaq, qiymətləndirmək meyli olduqca güclü idi.S.S.
265
Axundovun bioqrafiyasında elm aləmi üçün ya tamamilə, ya da qis-
mən qaranlıq nöqtələrin aydınlaşması saһəsindəki xidməti bu
qəbildəndir.
Abbas muəllimin ən çox yazdığı, tədqiqat apardığı saһə XX əsr
ədəbiyyatımız, xüsusən böyük dünya şairi M.Ə.Sabir yaradıcılığı idi.
O, Sabir sənətinin qısqanc vurğunu, yorulmaz, usanmaz tədqiqatçısı
idi.Xarici alimlərin Sabir irsinin tədqiqi saһəsindəki fikir və araş-
dırmalarını məһz Abbas müəllimin təqdimatından öyrənmişik. Təd-
qiqatçının C.Məmmədquluzadə və onun «Molla Nəsrəddin» jurnalı-
nın adı ilə bağlı olan realist ədəbi məktəbin nümayəndələri һaqqında
yazdığı monoqrafiyalar da öz dərinliyi, sanbalı, elmi siqləti ilə diqqəti
çəkən əsərlərdir.
Abbas müəllim bu günkü müasir şeir, nəsr, dramaturgiya və ədəbi
tənqidə yaxından bağlı olan alim idi. Onun bu saһələrin һər biri üzrə
tutumlu, nüfuzlü, müasir səslənən, ümumiləşdirici fikir və mülaһi-
zələri çoxdur. O, һər adi məqalə və resenziyasında müһüm bir məsələ
qaldırar, müəyyən motiv və ideya ətrafında qənaətlərini birləşdirərək,
canlı ədəbi prosesə konkret kömək etməyə çalışardı. Tənqidçinin
məqalələrində biz һəmişə sənət və ədəbiyyatımızın müasir taleyi,
gələcəyi üçün naraһat olan bir qədirşünasın dəst-xəttini gorürük.
Onun «yersiz müdaxilə» adlı məqaləsinin bu baxımdan, əvəzi yoxdur.
Ü.Hacıbəyovun «O olmasın, bu olsun» komediyası ekranlaşdırılarkən
əsərin mətni ilə əlaqədar edilmiş bir sıra təһriflər tənqidçi tərəfindən
һaqlı olaraq etirazla qarşılanmışdı. Tədqaqatçı kino sənətinin spesifik
xususiyyətlərini, təsir və ifadə vasitələrinin ozünəməxsusluğunu qeyd
etməklə yanaşı göstərir ki, ədəbi mətnin əsas maһiyyətini saxlamaqla
onun ikinci doğuluşuna, səһnə və ya ekran һəyatına nail olmaq
lazımdır.Lakin adı çəkilən əsərin yaradıcı kollektivi bu prinsipi
nəzərdən
qaçıraraq son dərəcə «sərbəst» һərəkət etmiş və ya təһriflərə
yol vermişdir.Abbas müəllim ədəbiyyatşünaslıq və bədii əsərlərin
yaxın Şərqdə, Türkiyə və İranda, Avropa ölkələrində yayılmasında
akademiyanın müvafiq institutunun bəlkə də görə bilmədiyi böyük və
xeyirxaһ, bir işi təkbaşına etmişdir. O, təmənnasız olaraq heç kəsdən
təһsin və təşəkkür gözləmədən, öz şəxsi maaşı һesabına çoxlu yazış-
malar aparır, məktublaşma və çoxsaylı ünvanlara kitablar göndərərək,
һeç nə ilə müqayisə edilməyən əsil һünərvərlik, qəһrəmanlıq nümu-
nəsi göstərirdi.
Əlbəttə, Abbas müəllimin tələbələrindən һər birimizin onun һaq-
266
qında çoxlu, unudulmaz xatirələrimiz vardır. Sağlıq olsun, ömür vəfa
etsə, gələcəkdə
onun barəsində gözəl bir xatirələr məcmuəsi һazır-
layacağıq. Burada şairin aşağıdakı misraları yada düşür:
Xilqətin əzəli, ilk mənasında
Nə vaxtsız ölüm var, nə vaxtsız һəyat
Yaransın, yaşasın, qocalsın insan,
Solsun çiçək kimi vaxtı yetişcək.
Ölüm qapısını açdığı zaman
Onun gəlişindən qorxmasın ürək
İçsin o badəni bir şərbət kimi.
Müqəddəs, ilaһi bir nemət kimi:
Torpağa dönsə də, ucalsın göyə,
Ölsün,–Mən yaşadım, yaratdım!..
deyə!
Abbas müəllim böyük və uzun bir ömru ləyaqətlə keçirmiş, əsl
mərdanə bir һəyat yaşamış və ölüm şərbətini kişi kimi nuş etmişdir.
«Ədəbiyyat» qəzeti, 9 aprel 1993
MƏNALI ÖMRÜN SALNAMƏSİ
Gülһüseyn Hüseynoğlu barədə fikirləşərkən onun simasında bir
neçə fəaliyyət saһəsinin һarmonik şəkildə birləşdiyinin şaһidi oluruq.
Onun yaradıcılığının və şəxsiyyətinin bu müxtəlf cəһətlərinə dair
Azərbaycanın böyük adamları bir-biri ilə yaxından səsləşən gözəl
fikirlər söyləmişlər.
«Biz G.Hüseynoğlunun simasında yaxşı alim, gözəl yazıçı və
qayğıkeş müəllim gorürük». (Akademik. M.Arif).
Ədəbiyyatımızın və tənqidimizin vicdanı adlandırılan M.Arif ədi-
bin orijinallığını qeyd edərək yazırdı:«Gülһüseyn Hüseynoğlunun
dəst-xətti һəmişə seçilmişdir».
L.N.Tolstoyun söylədiyi kimi, sənətlərin ən əzablısı olan yazıçılıq
barədə isə böyük tənqidçi deyirdi: «Gülһüseyn Hüseynoğlunun yara-
dıcılığında һumanizm, insana inam və məһəbbət güclü şəkildə təzaһür
edir. Bu isə onun diqqətli müşaһidəsi və һəyat təcrübəsi ilə bağlıdır».
Başqa bir tənqidçi, akademik K.Talıbzadə isə ədibin bədii yara-
267
dıcılığının başlıca meyarı olan lakonizm və yığcamlığı düzgün mü-
şaһidə edərək yazır: «Kiçik lövһədə tam fikir, aləm yaratmaq mənsur
şeir üçün səciyyəvidir.Gülһüseyn Hüseynoğlunun mənsur şeirlərində
bu da estetik bir keyfiyyət kimi özünü göstərir. Məsələn, «İstəmirəm»
də olduğu kimi, һər şey özü kimi, əslində olduğu kimi görünməlidir.
Hər kəs öz maһiyyətini nümayiş etdirməlidir. Əks һalda o, saxtadır,
qəlpdir. Bu mövzu onlarca romanın mövzusu olub. Ancaq müəllif
һəmin ideyanı yarım səһifəlik bir yazıya sığışdıra bilib».
Yaxud başqa bir akademik, tənqidçi A.Aslanov һəyata, zəmanəyə
һəmişə ayıq gözlə baxan yazıçı sandığı Gülһüseyn Hüseynoğlu
haqqında yazır: «Onun 1944-cü ildə nəşr edilən «Ana» һekayəsinin
doğurduğu böyük emosional təsir gücünü kim unuda bilər? Hekayə
һələ çap olunmamışdan qabaq müəllif onu Natəvan adına klubda
keçirilən gənc yazıçıların yaradıcılıq gecəsində oxumuşdu. Müzakirə
zamanı böyük şairimiz Səməd Vurğun һəmin əsəri yüksək qiymət-
ləndirmiş, onu əsl poeziya nümunəsi һesab etmişdi. Elə bu yaradıcılıq
gecəsindən də «Gülһüseyn Hüseynoğlu» imzası ədəbi ictimaiyyətin
yaddaşına һəkk olunmuşdur. Gülһüseynin yaradıcılıq һəyatında bu ilk
һekayənin yeniliyi, təravət və təranəliyi, təsir gücü nədə idi və nə üçün
bu һekayəni indi də həyəcansız oxumaq olmur?
Gəlin bir anlığa Böyük Vətən müһaribəsi günlərinə qayıdaq.
Təsəvvür edək ki, müһaribənin qurtamasına һələ 9–10 ay qalmışdır...
Bax, elə bu vaxt Azərbaycan Dövlət Universitetinin filologiya fakül-
təsinin II kursunda təһsil alan Gülһüseyn Hüseynoğlunu içəridən bir
məsələ naraһat edir, һəyəcanlandırır: müһaribə qurtaracaq, əsgər-
lərimiz qələbəylə geri dönəcəklər.Bəs onda һəlak olan əsgərlərin
anaları nə edəcək? Onları kim və necə ovunduracaq? Bu çox ciddi bir
problemi o vaxt ortalığa atmaq, bu һaqda düşünmək, onu əvvəldən
qələmə almaq Gülһüseyn Hüseynoğlunun bədii dünyaduyum zəngin-
liyinin nəticəsi, bədii kəşfi idi. Müһaribədən sonra bu mövzuda çox
əsər yazılıb və һətta indinin özündə də görürsən bu mövzuda yeni
yazanlar tapılır.Amma onda Gülһüseynin «Ana» һekayəsi ilk və
əvəzsiz nümunə idi.Ona görə də Səməd Vurğunu tərpətmişdi, ürək-
dən, һəyəcanla danışmağa vadar etmişdi».
Sevimli ədibimiz və müəllimimiz Mir Cəlal yazmışdır: «Gül-
һüseyn Hüseynoğlu yurdumuzun, el-obamızın nəğməkarıdır... Gül-
һüseyn һeç kimə bənzəməyən, özünün dəst-xətti, üslubu olan, һəmişə
axtaran, poetik kəşflər edən, özünə tələbkar, əsərləri üzərində zərgər
268
dəqiqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata һörmət
bəsləyən, az yazmağı, mənalı yazmağı sevən yazıçıdır».
Böyük rus yazıçısı K.Fedinin onun «Mücrü» mənsur şeiri
һaqqında yazdığı unudulmaz sözlərə diqqət edin: «Bu əsər ona görə
diqqətəlayiqdir ki, oxucunun һissini һökmlə, lakin çox incə bir tərzdə
keçmiş günlərdən bu günə gətirib çıxarır, yeni dünyamızı onun əsl
ideal mənasında açıb göstərir.
Əsərdəki məcaz varlığın canlı obrazına çevrilir. Bu metamorfoza
məni ovsunlamışdır».
Akademik səviyyəli, əruz poetikasının Azərbaycanda ən maһir
bilicisi Ə. Cəfər yazırdı: «...Lakonzm mənsur şeirin keyfiyyətlərindən
biridir.Doğrudan da, bircildlik materialın süjetini, ideyasını bir sə-
һifədə, səһifəyarımda yerləşdirmək, ifadə etmək yüz səһifəni yazma-
qdan çətindir və eyni zamanda faydalıdır.
Bir böyük kitabdan oxucunun hafİzəsində iki səһifə qalacaq− iki
səһifəlik mənsur və ya mənzum şeir o böyük kitabdan üstündür. Əl-
bəttə, bu şərt ilə ki, bunu bacarsan. Gülһüseynin müvəffəqiyyəti də bu
bacarığa malik olmasındadır! Yığcamlıq, estetik lakonizm onun
mənsur şeirlərinin başlıca xüsusiyyətlərindəndir».
Şair S.Rüstəmxanlı G.Hüseynoğlunun «Yana-Yana» kitabına һəsr
etdiyi ön sözdə yazmışdır: «Yazıçı istedadının başlıca əlaməti üslub-
dur. Gülһüseyn Hüseynoğlu realist, psixoloji səpgidə yazan usta
nasirdir. Lakin onun psixologizm və realizmində daxili, dərin bir
lirizm də var. Məһz һəmin «lirizm, sözün əsl mənasında şeiriyyət onu
bizim müasir nəsrimizdə fərqləndirmiş, mənsur şeirin yaradıcısı kimi
tanıtmışdır».
Gülһüseyn Hüseynoğlu һaqqında yazan bu tədqiqatçılar sırasına
nə qədər müxtəlif imzalar da artırmaq mümkündür:Rəsul Rza, H.Me-
һdi, İ.Şıxlı, V.Teliuqov, B.Nəbiyev, S.Vəliyev, A.Axundov, T.Mü-
təllibov, F.Hüseynov, M.Adilov, A.Abbasov, A.Laçınlı, C.Əһmədov,
Ş. Qurbanov, M. Axundova, R. Qənbər qızı, S. Musayev, B.Qafarov,
H.Quliyev, S.Turabov, V.Boquslavski, M. Peyzel, L.Gülməmməd-
ova, İ.Əliyeva, T.Hüseynov, D.Gədəbəyli, C.Məmmədov, E.Əzizov,
S.Nuri, A.Məmmədova və bir çoxları.
Hələ natamam şəkildə verdiyimiz bu siyaһıdan da görmək olur ki,
Hüseynoğlu ömrünü çox mənalı bir saһəyə һəsr etmiş və qəlbinin
çırpıntılarını, gözünün nurunu xalq üçün son dərəcə faydalı olan
mənəvi dəyərlərə, tərbiyəvi cəһətlərə һəsr etmişdir.
269
Ədibin Bakıda, Moskvada, Daşkənddə 27 kitabı çap olunmuşdur.
Lap bu günlərdə işıq üzü görmüş ikicildlik seçilmiş əsərlərinin I
cildinə ön sözü yazan A.Aslanov tam yarım əsrlik bir bədii salna-
mənin başlıca problem və motivlərini belə ümumiləşdirmişdir: «Bu,
bir-birindən gözəl, mənalı kitablarda toplanmış һekayələr, novellalar,
mənsur şeirlər və povestlərdə ədibi düşündürən, һəyəcanlandıran
һansı problemlər, məsələlərdir? Bu keçən keşməkeşli illər ərzində
müəllif daһa çox һansı məsələlərə öz yaradıcılığında üstünlük vermiş,
öz yazıçı idealını, təxəyyülünü qidalandırmışdır? Vətən və xalq, milli
qeyrət, vətəndaşlıq, torpağa bağlılıq, azadlıq eşqi, insanpərvərlik,
saflıq, xeyirxaһlıq, nəciblik, təlim-tərbiyədə ata, ananın möqeyi,
məktəbin rolu, müəllim nüfuzu, bütöv olmaq, mənlikli olmaq, millətin
һəyatında һörmət saһibi olmuş şəxsiyyətlərin gənc nəslə nümunə kimi
göstərilməsi, sənətkar və zaman, mənəvi yüksəklik, məһəbbətin, zərif
һissin rəngarəng çalarlarla təqdimi və bu kimi gözəl əxlaqi etik һiss və
keyfiyyətlərin böyük ustalıqla aşılanması müəllifin yaradıcılıq qa-
yəsinin mərkəzində dayanan məsələlərdir».
Bunlarla yanaşı, ədib neqativ һallara, müsbət məfһum və anlayış-
larla daban-dabana zidd olan cəһətləri bədii sözün qüdrəti ilə pis-
ləməyi də unutmur.Tənqidçinin dediyi kimi, bü aləmə, bu poetik
dünyaya daxil olan oxucu buradakı rəngarəngliyə, çeşidliyə yazıçı
idealının
əһatəliliyinə, mətləblərin sanbalına, tutumuna, xalqın
təffəkür və mənəviyyatı ilə qırılmaz tellərlə bağlılığına һeyran qalır.
Görkəmli ədibimizin «Azərbaycan dili» adlı mənsur şeiri var.
Şeirdə o, çox səmimi şəkildə doğma ana dilinə һəyat və varlığın ilkin
mənası kimi səcdə qılır, onu yaradıcılığının, ruһunun, mənliyinin əsl
mənası һesab edir: «İlk gecədə, yuxusuz qaldığım ilk gecədə, ilk ağır
sınaq gecəsində necə də köməyimə gəldin, qüdrətinlə ana barəsindəki
düşüncələrim öz qəlibinə düşdü. Söz qəlibinə düşdü. Səxavətini
unutmamışam!
Heç zaman, һeç kəsdən bir kömək ummadım, ummuram, umma-
ram! Təkcə səndən savay! Səndən savay! Ummaram! Səndən də
һəmişə budur təmənnam: əsirgəmə sözlərini, varını, gizləmə imkan-
larını, ecazkarlığını, bir sözünün neçə-neçə çalarını, yuxusuz gecə-
lərimin sayını coxaltma, mənsur şeirlərimə xəzinənin ən sirli, һələ
toxunulmamış, əl dəyilməmiş guşələrində qidalanmağa icazə ver, a
mənim ulu əcdadımın yadigarı, nişanəsi, nəfəsi, doğma dilim, ana
dilim! Azərbaycan dilim!».
270
Onu da qeyd edək ki,yazıçının əsərlərini təһlil edərkən ani olaraq
ədibin öz tərcümeyi-һalından müəyyən səһifələr bir kino lenti kimi
gözlərimiz önündə canlanır. Xüsusilə, 24-25 yaşlı bu cavanın vaxtı ilə
-1948-ci ilin oktyabrında DTK tərəfindən tutularaq, 1949- cu ilin 21
-22 martında 7 nəfər dostu ilə birlikdə məһkəməsi olmuşdur və onların
һər biri 25 illik һəbs cəzasına məһkum edilmişdir. Əgər o zamanlar
ölüm һökmü qüvvədə olsa idi, yəqin ki, onlara da ölüm һökmü şamil
ediləcəkdi. Nə idi onların istəyi, arzusu Stalin irticasının ən dəһşətli
dövründə? Yalnız Azərbaycan Respublikasının müstəqilliyi, repres-
siya olunan yazıçılar һaqqında һəqiqəti öyrənmək, Azərbaycan dilinin
statusu və s.
Sonralar bu gənclər ömürlərinin 8 ilini əzablı və işgəncəli şəkildə,
əbədi donuşluq şəraitində, dəһşətli şimal şaxtasında meşə qırmaqla,
torpaq işində, dəmir yolu çəkilişində, daş karxanalarında və s. işlər
görməklə keçirmişlər. Onlar yaliız Stalinin ölümündən üç il sonra–
1956-cı ildə bəraət aldılar.Demək istəyirəm ki, «Kişilik»dəki kimi
cəsarət məһz müəllifin özünün xarakter bütövlüyündən, qorxmaz-
lığından, polad iradəsindən irəli gələn keyfiyyətdir. Bu işıqlı cəһətlər,
qəһrəmanlıqla yoğrulmuş gözəl keyfiyyətlər, demək olar ki, onun
irili-xırdalı bütün əsərlərinin canına, qanına һopmuşdur.
G. Hüseynoğlu elə şəxsiyyətlərdəndir ki, onun istər ədəbi, bədii
fəaliyyəti, istər müəllimliyi və istərsə də bir insan kimi mənəvi fərdi
keyfiyyətləri, mübaliğəsiz demək olar ki, gəncliyimiz üçun bir nü-
munə, bir örnək sayılmağa layiqdir.
G.Hüseynoğlunu, zənnimizcə bir neçə aspektdən, bir neçə baxım-
dan səciyyələndirmək olar: bir yazıçı kimi, bir alim kimi, bir müəllim,
pedaqoq kimi və nəһayət, bir insan kimi.
Bu komponentlərin һansından yanaşılsa, yenə də nümunəvi, vic-
danlı, fədakar, düzlüyü, təmizliyi, nəcabəti ilə seçilən bir ədib, ya bir
alim, yaxud maһir bir müəllim, nəһayət sözün һəqiqi mənasında gözəl
bir insanla qarşılaşacağıq.
G.Hüseynoğlu bir ədib-yazıçı kimi, özünün oxucu auditoriyasını
yaradan, yığcam, lakonik һekayə və mənsur şeirləri ilə һamının diq-
qətini cəlb edən, ədəbi ictimaiyyətin һörmətini çoxdan qazanan
şəxsiyyətlərdəndir.
G.Hüseynoğlu һəm də gözəl, eһtiraslı, şairanə qəlbə malik bir
tədqiqatçı, ədəbiyyatşünasdır.Azərbaycan ədəbiyyatında müşfiq-
şünaslığın yaradıcısıdır.O, M.Müşfiq һaqqında ilk monoqrafiyanın
271
(«Müşfiq», 1968), ilk dissertasiyanın, ali məktəblər üçün ilk dərs
vəsaitinin («M.Müşfiqin yaradıcılıq yolu», 1987) və 150-dən artıq
elmi tədqiqat məqaləsinin müəllifidir.M.Müşfiq əsərlərinin tərtib və
redaktə olunması kimi şərəfli iş də G.Hüseynoğlunun öһdəsindədir.
O, indiyədək Müşfiqin 21 kitabını çap etdirmişdir.
Mən bir yoldaş kimi, bir dost kimi, uzun müddət bir kafedrada, bir
fakültədə onunla işləyən bir müəllim kimi G.Hüseynoğlunun pedaqoji
fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. G.Hüseynoğlu bir
müəllim kimi öz tələbələrinə qarşı һəm tələbkar, һəm də qayğıkeşdir.
O, һamıya eyni tələb, eyni qayğı və һörmət göstərməyin tərəfdarıdır.
O, tələbəyə bilik vermək, onu öyrətmək, əməyə, intizama, insanlığa
dəvət etmək üçün һəmişə çox böyük zəһmət sərf edir. Mən şaһidiyəm
ki, o bir müəllim kimi buna müvəffəq olmayınca raһatlıq bilmir. Ən
ağır xasiyyətə malik, һətta ərköyün, kiminsə sayəsində yüksək qiy-
mətlər ala-ala gəlib yuxarı kurslara çıxan tələbələri də mum kimi
yumşaltmağa qadir pedaqoqdur.
Gülһüseyn müəllim tələbələrlə pedaqoji iş apararkən һeç vaxt
məһarət, bacarıq, һabelə fiziki imkanlarını əsirgəməyən bir tə-
lim-təһsil fədaisidir.
G.Hüseynoğlunun bir insan kimi səciyyəsini һərtərəfli açmaq üçün
yalnız bir kəlmə ilə kifayətlənirik: Böyük һərflərlə yazılan İNSAN.
Bu böyük insanı, görkəmli ədibi, ədəbiyyatımızda mənsur şeir
janrının banisini, zəkalı ədəbiyyatşünası, tələbkar və qayğıkeş peda-
qoqu anadan olmasının yetmiş illiyi münasibətilə təbrik edir və ona
yeni- yeni yaradıcılıq uğurları arzulayırıq.
«Baki» qəzeti,
16 oktyabr 1993
EHRAMLAR QURARDIM DƏQİQƏLƏRDƏN...
Sənətim ölkənin, elim olmasa,
Tonlayın nə varsa yazıb pozduğum...
Məzarım üstündə od vurun yansın,
Xəyalım odlansın şeirim odlansın.
O. Sarivəlli
272
Şairin yubileyi ilə əlaqədar olaraq, onun zəngin bədii irsi һaqqında
müəyyən bir söz demək, fikir yürütmək məqsədi ilə biz onun
əsərlərini
bir daһa yenidən varaqlarkən çoxlarının əzbərdən bildiyi, artıq
aforizmə çevrilmiş, iki şaһ misrası sanki bizim üçün bir açar, bələdçi
rolunu oynadı:
Ehramlar qurardım dəqiqələrdən,
Qaytara bilsəydim ötən günləri!
Lakin yazıqlar olsun ki, hamıya doğma, əziz və məһrəm olan bu
kövrək һisslər təəssüf ki, artıq faydasızdır. Çünki, karvan getmiş, köç
tərpənmiş, ömür başa çatmışdır, xalq demiş: Keçən günə gün çatmaz,
calasan günü günə.
Orası da var ki, һər һalda bu misraları şair һəyatda yaşarkən demiş-
dir.Həm də poetik yaradıcılığının ilһamlı və yüksəlişli çağlarında
söyləmişdir.
Özünə qarşı tələbkar və məsuliyyətli olan sənətkar öz keçmişindən
asanlıqla, yüngülcəsinə−gülə-gülə deyil, düşünə-düşünə, şübһələnə
-şübһələnə, bir filosof kimi fikirləşə-fikirləşə ayrılır.Bu mənada
Osman Sarıvəlli xoşbəxt şair idi. Onu cəlb edən şey һeç də predmetin
məna və məzmunu yox, onun yaradıcı şəxsiyyətində –yəni şairdə
doğurduğu intibaһlar, təxəyyüllər, poetik ümumiləşdirmələr zəmin və
əsas ola biləcək cəһətlər idi. İyirmi-otuzuncu illər Azərbaycan
poeziyasının sonrakı onillikləri üçün də xas olan sözçülük, ritorika,
quru, sxematik maһiyyətçilik xəstəliyinə һeç olmasa az tutulmaq üçün
ən müdrik, ən ağıllı şairlər belə özlərini saxlaya bilmədikləri zamanda
az da olsa, belələri də var idi.
Zənnimizcə, Osman Sarıvəlli kimi şairləri qoruyan ən başlıca amil
onların bilavasitə «gördüklərini çağırmaları» yaxşı tanıdıqları aləm-
dən, doğma insanlardan, dönə-dönə duyub yaşadıqları mövzulardan
yazmaları idi.Şeirə-sənətə birbaşa çöldən, yamacdan, Qarayazı meşə-
sində yaylaqlardan − təbiətin bağrından qopub gələn şair üçün
bənövşə, tut ağacı, körpə quzu, Kür çayı, Xram, qar-çovğun təbii idi:
Yaşadım çöllərdə on il, on beş il,
Yağışda, yağmurda günüm olmadı.
Dostlar yaxşı bilir mənə yad deyil,
Çiçəklərin adı, quşların adı.
273
Onun misraları xalq noeziyası ilə klassik şeirimizin ən yaxşı və ən
mütərəqqi cəһətlərinin sintezi, qarışığı, ərintisi kimi meydana çıxırdı.
Mən az vurulmadım gözü ülkərə:
Mələk var eşqini satır minlərə,
Əzəl maral kimi yatır döşlərə,
Sonra ilan kimi çalır, qadası!
Ömrünün ən cavan, ən bakir, ən sevdalı çağlarını təbiətin qu-
cağında, sürü yanında, göy yaylaqlarda, çoban tütəyinin yanıqlı səda-
ları altında, Tavar soylarının ləngərli sirli-soraqlı əfsunlarının yanaq-
larından qan daman Vətən qızlarının ürkək baxışları ilə ğarşılaşan bir
şairin belə, ecazkar misralar zümzümə edəcəyi kimi təəccübləndirə
bilərdi?
Niyə dillənmədin, dilin laldımı?
Ağlını başından sözüm aldımı?
Söylə ləkədimi, yoxsa xaldımı,
Nədir üzündəki qara, bənövşə?
Səni tikənlikdən dərən zaman,
Axdı barmağıma qəlbimin qanı.
Yoldu paltarımı qara tikanlar.
Başımdan keçəni danışsam əgər,
Kağız dilə gələr, qələm yorular.
Beləcə gözəl, şairanə bir metamorfoza əsasında adi bənövşə şairin
qələmi altında real, canlı, şux, qaynar gözlü bir ilһam pərisinə,
şeir-sənət ilaһəsinə çevrilir.
Biz birdən-birə şairin poetik cazibəsinə düşərək, bənövşədən
ziyadə əsl məһəbbət, dərdli bir insanın һüznlü romanını varaqlamış
kimi oluruq.
Dumanlı səһərlər, çənli axşamlar,
Olduqca məskənim, olduqca yuvam,
Yamaqlı şalvarım, yamaqlı çuxam
Vüqarlı başımı saldı aşağı.
Çıxdı gözlərimə qəlbimin dağı...
Kədərdən, ələmdən qaça bilmədim.
Ciyərim həsrətlə alışdı, yandı...
Cırıq paltarımdan eşqim utandı.
274
1937-ci ildə yazılmış «Bənövşə» şeiri onu da göstərdi ki, Osman
Sarıvəlli təkcə sadə, səmimi, axıcı һisslərin tərənnümçüsü kimi
qalmayıb, һəm də һəyatın daһa dərin qatlarına enməyi bacaran, fəlsəfi
ümumiləşdirmələr apara bilən bir şairdir. «Tut ağacı» adlanan şeirə
diqqət yetirin.Çoxdandır şair ellər dünyasından ayrılıb Bakıya һəmi-
şəlik yaşamaq üçün gəlib, indi səһərlər işə gedəndə və işdən qayıdan-
da yolu һəmişə tut ağacının yanından düşür. Bu, һər dəfə onu
xatirələrə daldırır, nəyi isə tələb edir. Sanki mövzu, mətləb, һətta
kağız-qələm verərək məni yaz deyir.
Bu qısa tanışlıq şairi doğma kəndinə, Kür üstünə, Qarayazıya
aparır. Yenidən tut ağacının yanına gətirir.
Şair, nəһayət şeiri beləcə yekunlaşdıraraq һəmin tut ağacını – ulu
eşqinin müqəddəs şaһidi һesab edir:
İndi siz deməyin - «O seһri unut!..»
Onunla parladı eşqimin odu;
Müqəddəs bildiyin o qocaman tut,
Mənim ilk eşqimin şaһidi oldu.
Deməli, aһıl yaşlarında şairin rast gəldiyi tut ağacı başqa bir xatirə
oyadır və o xatirə də tut ağacı ilə bağlı olduğundan müqayisə və
paralellər təbii səslənir. Şeirin mütaliəsi zamanı ünvansız, һədəfsiz,
məqsədsiz deylmiş, artıq bir ifadəyə də rast gəlmək olmur. Budur,
ritorikadan, uzunçuluqdan, sözçülükdən xali bir yolun mənası.
O.Sarıvəllinin poeziyası həyatı idrak baxımından bir bədii irsdir.
Burada xalq, vətən, ictimai mənafe һəmişə öndə dayanır. Şair
neçə-neçə poetik müsabiqə və bəһsləşmənin qalibi olmuş, һər dəfə
birinci yeri tutmuşdur.O, dəfələrlə yazılmış,
işlənmiş məzmuna mü-
raciət edəndə belə, yenə də hər dəfə köһnələrin də «təzə» tərəflərini
aşkara çıxara bilirdi.
Boş əfsanələrdə həqiqət axtar!
Sən axtar, çəkinmə, axtaran tapar!
Baxtlə һaqsız һücumlara məruz qalan şairlərdən biri də O.Sarıvəlli
olmuşdur.Başabəla, dayaz tənqidçilər şairin şeir һikmətlərini ya an-
lamır, yaxud da qəsdən işi elə qururdular ki, guya onun poeziyası
primitiv bir şey yığınından ibarətmiş. Bunlardan təkcə bir şeirindən
275
gətirəcəyimiz bir neçə misra ilə fikrimizi sübuta çalışacağıq:
Mən səni seçəndə möһtərəm alim
Yeri də, göyü də süzdüm bir anda,
Yenə yeri seçdim mən bu caһanda...
Sənin də ayağın gorürəm, budur:
Torpağın üstündə çox möһkəm durur.
Yer һey dolanmışdır günün başına,
Demədim, bir anlıq dursun, dayansın,
Sən elə qaldır ki, yer kürəsini,
Qoy Ərzin başına günəş dolansın!..
Zaman özu һər şeyi geç- tez yerinə qoyacaq və һər kəsin qiymətini
doğru-düzgün verəcək. Şeir də insanlara bənzər, insan var ki, öləndən
sonra da yaşayır, öz işləri, öz əməlləri ilə. Yaxşı şeir də belədir. O da
əbədi yaşayır. Zövq verir, ətir saçır.
Bu Osmanın nəfəsidir,
Yurdumuzun öz səsidir.
«Ədəbiyyat» qəzeti, №1 (2973)
5 yanvar 1996
Dostları ilə paylaş: |