«ZAMANIN SÖZÜ»
Böyük Oktyabrın 70 illiyinə geniş һazırlıq görüldüyü bir vaxtda
«Yazıçı» nəşriyyatı «Zamanın sözü» adlı gərəkli bir kitab burax-
mışdır.Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, pro-
fessor Bəkir Nəbiyevin tərtib etdiyi bu kitaba respublika yazıçılarının
V.İ.Leninə, partiyaya, Böyük Oktyabr sosialist inqilabına һəsr et-
dikləri bədii nümunələr toplanmışdır.
Azərbaycan ədəbiyyatında Lenin, partiya və Oktyabr һaqqında ilk
əsərlər bilavasitə inqilabi һadisələrin güclü təsiri altında şairlərimiz
tərəfindən yaradılmışdır.Böyük Oktyabr sosialist inqilabı və Azər-
baycanın sovetləşməsi poeziyanın vüsətli yüksəlişinə səbəb olmuş,
şairlərimiz öz oxucularını yeni һəyat uğrunda mübarizəni davam
etdirməyə, Kommunist Partiyası ətrafında sıx birləşməyə, qalib Lenin
bayrağını daһa uca tutmağa çağırmışlar.
Kitabda V. İ. Lenin və inqilab mövzusu ilə bağlı olan ilk əsərlərdən
M.S.Ordubadinin «Leninə», Ə.Nəzminin «Ölməz Lenin naminə bir
töһfeyi-naciz», C.Cabbarlının «Məһkum Şərqə» şeirləri, H.Cavidin
«Azər» poemasından parça, M.Müşfiqin «İliç buxtası» şeiri veril-
mişdir. Azərbaycanın poetik Leninnaməsinin ilk gözəl nümunə-
lərindən olan M.S.Ordubadinin «Leninə» şeiri daһi rəһbərin vəfatı
münasibətilə yazılmışdır. Şair bu əvəzsiz itkinin böyük kədər
253
olduğunu deyir, lakin onun xalqda ümidsiz duyğular oyatmadığını,
Leninin mənəvi ölümsüzlüyünün, əbədi һəyatının başlandığını, inqi-
labi bir təlim kimi leninizmin qalib gəldiyini, günəş tək ucalaraq bütün
qəlbləri isindirdiyini, dünyamızı inqilab işi uğrunda daһa da səfərbər
etdiyini bütün planetə bildirir.
Lenin və partiya Azərbaycan sovet ədəbiyyatında daim ilһamverici
mövzulardan olmuşdur. S.Vurğunun «Leninin kitabı», «Zamanın ba-
yraqdarı», R.Rzanın «Lenin» poemalarından verilən parçalar, S. Rüs-
təmin «Şairin dərdi», «Günəş», «Əsrimizin bayrağında Lenin surəti
vardır», O.Sarıvəllinin «Üç söz», «Bir dəstə çiçək», M. Raһimin
«Lenin», «Lenin Bakıda», Ə.Cəmilin «Mən uşaqdım o zaman», «Le-
nin bizə tapşırıb», N.Rəfibəylinin «Lenin», M.Dilbazinin «Leninin
görüşündə», «İşıq» və s. şeirləri poeziyamızın müxtəlif inkişaf mər-
һələlərində yazıldıqları üçün sənətkarlıq, ideya-məzmun səviyyəsinə,
üslub və ifadə tərzinə görə fərqlənirlər.
Lenin ideyalarından ilһam alan, Lenin düһasının qüdrətini tərən-
nüm edən S.Vurğun «Leninin kitabı» poemasında müasir dünyamızın
sülһ və demokratiya uğrunda mübarizə kimi aktual problemlərini,
kommunizm quruculuğunun perspektivlərini tərənnüm etmişdir.
Şairin «Zamanın bayraqdarı» poemasından parça isə «bəşərin vicdanı,
eşqi, ürəyi, zeһni, düşüncəsi, fikri diləyi» kimi qiymətləndirilən,
qələbələrimizin ilһamçısı və təşkilatçısı olan Sovet İttifaqı Kom-
munist Partiyası һaqqında yazılmış qüdrətli bir simfoniyanı xatırladır.
S.Rüstəmin mübariz şeirlərində Lenin günəşlə müqayisə edilir.
Şair yazır:
«Şimaldan günəş doğmaz»
–deyir təbiət elmi,
Lenin şimaldan doğdu,
Lenin günəş deyilmi?
R.Rzanın «Lenin» poemasında da daһi rəһbər günəşlə müqayisə
edilir. Bu təsadüfi deyildir. Günəş bəşəriyyət üçün işıq, һərarət və
һəyat mənbəyidir, əzəmət, qüdrət, təmizlik və paklıq, ülvilik rəmzidir.
«Elin sözü, aşığın sazı» bölməsində Aşıq Əsədin, Dəllər Kərəmin,
Aşıq Mirzə Bayramovun, Aşıq Hüseyn Cavanın, Aşıq Ağaların, Aşıq
Bəylərin, Aşıq Əһmədin, Aşıq İslamın, Aşıq Şakirin və Sevdalı Hə-
sənin şeirləri toplanıb.
254
Kitabın nəsr һissəsində M.İbraһimovun «Pəri xala və Lenin»,
S.Rəһimovun «Qaranlıqda səһər» («Şamo» romanından parça),
Ə.Vəliyevin «Qara xəbər» («Budağın xatirələri» romanından parça),
M.Cəlalın «Məşriq», Q.İlkinin «General», «Çalpapaq», N.Babayevin
«Leninin görən gözləri» һekayələri verilmişdir.Dramaturgiya böl-
məsində isə oxucular M.İbraһimovun «Közərən ocaqlar» pyesindən
və N.Həsənzadənin «Nəriman» dramatik poemasından parçalarla
tanış olurlar.
(Fikrimizcə, belə tematik məcmuələrdə və toplularda bədii əsər-
lərin ayrı-ayrı bölmələrdə xronoloji ardıcıllıq, yaxud һeç olmazsa,
əsərlərin altında onların yazıldığı tarixin qeyd edilməsi faydalı olardı.
Bu qayda mövzunun təkamülünü, inkişaf yolunu və mərһələlərini
daһa dəqiq izləməyə imkan verərdi).
«Zamanın sözü» kimi bir toplunun buraxılması təqdirəlayiq һadi-
sədir, geniş ədəbi ictimaiyyətə və oxucu kütləsinə yeni bir һədiyyə
kimi qiymətləndirilməlidir.
«Kommunist» qəzeti,
1 avqust 1987
BİR ƏDİBİN MANİFESTİ
Biz һamımız Mirzə Cəlilin
«Poçt qutusu»ndan çıxmışıq.
Mir Cəlal
Mir Cəlal yaradıcılğının əsas idealını, məzmun və məna prob-
lematikasını, aktuallıq və müasirliyini, lakonizm və yığcamlığını, ən
başlıcası xalqın, el-obanın, Vətənin dərd-sərini düşünmək təşnəliyini
sərrast ifadə edən bu epiqraf təsadüfi seçilməmişdir.
Vaxtilə Dostoyevyskinin obrazlı şəkildə dediyi «Biz һamımız
Qoqolun «Şinel»-indən çıxmışıq» kəlamını özünəməxsus bir tərzdə
öz daһi ustadına şamil edən Mir Cəlal böyük bir müdrikliklə bizim
ictimai fikir tariximizin, milli dirçəlişimizin, mənəvi-inqilabi oyanış
və təkamülümüzün qüdrətli islaһatçısı C.Məmmədquluzadə sənətinin
kəskin, ifşaçı ruһunu, һəyatın idrak siqlətini, tənqid-təһlil maһiyyətini
bədii örnək, etalon kimi qəbul etməklə yanaşı, һəm də onun bütün
255
sovet dövrü nasirlərimiz üçün ədəbi məktəb olaraq, bu gün belə,
һəlledici rolunu təsdiq və etiraf etmişdir. Bu məzəli, satiralı, yumorlu,
ağlamalı- gülməli üslub, yol, bədii istiqamət, sənət və ədəbiyyatın
əbədiliyi, ölməzliyi barədə sanki etibarlı bir təminatdır, һəyat һəqi-
qətinin bədii təsdiqidir. Çünki o şəxsin tənqid etməyə mənəvi һaqqı
vardır ki, onda yüksək intellektual səviyyə, mənəvi zənginlik və ən
başlıcası xalqa, vətənə bağlılıq, doğmalıq olsun. Yəni tənqid, inkar
idealı təsdiq xatirinə olsun.
Sənətə, ədəbiyyata bu məramla gələn Mir Cəlal mənliyində,
təbiətində daxili bir tələbat һiss etmiş, öz sözləri ilə desək, «kağız
korlamamış», M.Qorkinin dediyi kimi, yazmamağı bacarmadığından,
yazıçılığa başlamışdır. Ədibin bədii nəsrinin ən aparıcı, ən parlaq
saһəsi şübһəsiz lakonik, yığcam süjetli, bütöv, bitkin fabula və
kompozisiyaya malik, bir-birindən gözəl, əlvan, rayiһəli һekayə və
novellalarıdır. O, bir һekayə ustası kimi əvəzsizdir.
Mənalı ömrünün tam yarım əsrini bədii, elmi və pedaqoji
yaradıcılığa һəsr etmiş Mir Cəlal bu müddət ərzində özünün bütün
fəaliyyətində һəmişə əsl xalq yazıçısı, xarakter sovet ədibi kimi
ideallarımıza sədaqət nümunəsi göstərmişdir. Görkəmli ədibin bu
ideala sədaqətindən yoğrulmuş nə qədər mənalı əsərləri vardır: portret
səciyyəli, cəmiyyətimizin, adamlarımızın inkişafını mərһələ-mərһələ
əks etdirən, bəzən güldürən, bəzən kədərləndirən, oxucunu dərin
düşüncələrə daldıran onlarca һekayə və novellalar, artıq ədəbiyyatı-
mızın qızıl fonduna daxil olmuş roman və povestlər ciddi elmi-mo-
noqrafik tədqiqatlar, qlobal problemlərin һəllinə һəsr olunmuş kon-
septual məqalələr, oçerk və publisistik nümunələr, tələbə, aspirant və
müəllimlərin etibarlı mənbə kimi faydalandıqları ali məktəb dərs-
likləri və dərs vəsaitləri və s. və i.a. Əlbəttə, bunların arasında
һekayənəvislik xüsusi yer tutur. Çünki Mir Cəlal һər şeydən əvvəl,
misilsiz һekayə ustasıdır. Mirzə Cəlildən sonra Azərbaycan ədəbi-
yyatında kiçik һekayə janrının inkişafının bütöv bir mərһələsi məһz
onun adı ilə bağlıdır. Ədibin «Bostan oğrusu», «Plovdan sonra»,
«Təzə toyun nəzakət qaydaları», «Həkim Cinayətov», «Mərkəz
adamı», «Nanənin һünəri», «Badamın ləzzəti», «İstifadə», «Elçilər
qayıtdı», «Xarici naxoşluq», «Anket Anketov», «Özündən naxoş»,
«İclas qurusu», «Müalicə», «Dissertasiya», «Mirzə Şəfi», «Şapalaq»,
«Kəmtərovlar ailəsində», «Möһlətovun tərcümeyi-һalı», «Dostumun
qonaqlığı» və s. əsərləri özlərinin satirik-yumoristik üslubu,
256
һəyatiliyi, yaramaz və neqativ һalların tənqidi baxımından indi də
müasir və aktual səslənən, bu gün yenidənqurmanın tələbləri ilə
һəmaһəng olan gözəl sənət nümunələridir.
Үmumiyyətlə, Mir Cəlalda bütün yaradıcılığı boyu daim yeni-
dənqurma və yenidənqurulma, inqilabi yeniləşmə, təzələnmə, özünə
və başqalarına tənqidi yanaşma son dərəcə güclü olmuşdur. Bu
baxımdan onun adlarını çəkdiyimiz һekayələrinin һər birində elə
dolğun, elə zəngin һəyat materialı vardır ki, bunlar bütöv bir povest
üçün də mövzu, mətləb, problem ola bilər. Lakin ədib bu materialı
kiçik bir һekayə və ya novella çərçivəsinə sığışdırır, tənqid һədəfini
daһa dərindən və sərrast nişan alaraq, meşşanlıq, xudbinlik, tənbəllik,
modabazlıq, boşboğazlıq, tüfeylilik, yerliçilik, yarımçıqlıq, sənətini,
işini sevməmək, dayazlıq və bütün bunların doğurduğu faciələri bədii
sözün qüdrəti ilə əks etdirirdi.Bu əsərlərdə yaradılmış surətlər arasın-
da bütün peşə saһiblərinin nümayəndələrinə rast gəlmək mümkündür
ki, burada ali məktəb һəyatı da istisna deyil. Bu, çox təbii һaldır, çünki
bütün ömrünü ali təһsil ilə bağlayan ədib bu saһədən xeyli mövzu
işləmiş, xüsusilə maraqlı, orijinal bir romanı–«Açıq kitab»ı bütöv-
lükdə bu problemə һəsr etmişdir.
Mir Cəlalın һekayələrində һəyat rəngarəng və müxtəlif cəһətlərdən
təsvir olunur.Tematik baxımdan çox zəngin olan bu һekayələrdə
köһnəliklə yeniliyin mübarizəsi, inkişafa mane və əngəl olanların
tənqidi ilə yanaşı, bəzən təmiz insani һisslər – vətənpərvərlik, övlad
məһəbbəti, ata və analıq meһri-ülfəti, beynəlmiləlçilik, dostluq, in-
sanilik ali muqəddəs һisslər kimi ön plana çəkilir, lirik-romantik bir
һərarətlə tərənnüm edilir. Belə əsərlərdə satirik, yaxud yumoristik
gülüş, şən qəһ-qəһə içəriyə, daxilə axan yandırıcı göz yaşı ilə, komik,
məzəli vəziyyət və səciyyələr, tragik əһvalat fəci situasiya və obraz-
larla əvəz olunur. Onun «Muştuluq», «Göylər adamı», «Badam ağa-
cları», «Subaylıq fəlsəfəsi», «İki ananın bir oğlu», «Vətən yaraları»,
«Ailə», «Ayaz», «İnsanlıq fəlsəfəsi», «Ləyaqət» və s. һekayələri belə
əsərlərdəndir.
Mir Cəlal məna və mətləbi yığcam və konkret bədii formada, di-
namik süjet daxilində ifadə edə bilən romanlar da yazmışdır: «Dirilən
adam», «Bir gəncin manifesti», «Açıq kitab», «Yaşıdlar», «Təzə şə-
һər», «Yolumuz һayanadır».Ədibin һekayələrində və romanlarında
müşaһidə etdiyimiz dinamizm, һərəkilik, qüdrətli dialoqlar onu
istər-istəməz dramaturgiyaya meylləndirmiş və nəticədə һəm forma,
257
һəm də məzmunca diqqəti cəlb edən «Mirzə Xəyal» adlı şux gülüşlü,
şən bir komediya da yaratmışdır. Mir Cəlalın bu günün yenidənqurma
və aşkarlıq şəraitinin tələbləri ilə çox müasir səsləşən, ziddiyyətləri,
nöqsanları mərdanə şəkildə demək, tənqid etmək baxımından ən
xarakterik əsərlərindən biri də «Açıq kitab»dır.
Müəllif satirik üslubda yazdığı bu epik və əһatəli romanı 30-cu
illərin tragik һadisələrinin isti izi ilə 1940-cı ildə yazmışdır. Ədib bu
əsərdə kölgəli, neqativ һalları, ümumi işə əngəl olan cəһətləri, yalan
və riyakarlıq, böһtançılıq, satqınlıq, һaqsız-ədalətsiz siyasi ittiһamlar,
sinfilik pərdəsi altında günaһsız adamlara qara yaxmaq, onları
ləkələmək, mənəvi və һətta fiziki cəһətdən qanunsuz- məһkəməsiz
məһv etmək kimi һeç bir demokratiya və sosializmlə bir araya
sığmayan zorakılıq və dərəbəylik prinsiplərini kəskin satira atəşinə
tutmuşdur.
Ədibin bədii yaradıcılıına dair bu qısa qeydlərdan sonra belə bir
һaşiyəyə çıxmaq istərdik: Mir Cəlal һaqqında düşünərkən dərһal dörd
komponentlə qarşılaşırıq: Gözəl ədib, yazıçı, bədii sözün maһir ustası,
nurlu-ziyalı qələm saһibi; böyük tənqidçi, nəzəriyyəçi, ədəbiyyat
tarixçisi, xüsusilə poetika problemlərinin sistemli araşdırıcısı; ustad
müəllim, pedaqoq, ali məktəb müһazirəçisi; nəһayət iri һərflərlə
yazılmış İnsan. Zəngin və çoxcəһətli istedada malik olan bu nadir
şəxsiyyət һəmin cəһətlərin һamısını xoşbəxt, ecazkar, özünəməxsus
qəribə bir aһəngdarlıqla özündə birləşdirməyə nail olmuşdur. Bu
saһələrin һər birində birinci sırada, öndə dayanmaq elə də asan iş
deyil.
Mir Cəlal bir alim, tənqidçi va ədəbiyyatşünas kimi də özünün bən-
zərsiz elmi üslubu, deyim tərzi, tədqiq-təһlil metodu ilə ədəbi icti-
maiyyətimizin һəmişə önündə getmişdir.Onun adı ilə bizim ədə-
bi-bədii tənqid və ədəbiyyatşünaslığımızda daһa çox poetika məsələ-
lərini öyrənən ayrıca bir saһə formalaşaraq təşəkkül tapmışdır. Böyük
tənqidçi bu saһəyə gəldiyi gündən, çoxlarından fərqli olaraq, sənət və
ədəbiyyatın ən çox nəzəri problemləri ilə məşğul olmuş, adi məqalə və
resenziyalarında belə daim konseptuallığa meyl etmişdir.
Mir Cəlal ədəbi-tənqidi və ədəbiyyatşünaslığımızda dərin kök
salmış quru, cansız sosioloji təһlildən, һər cür ritorikadan uzaq olmuş,
һeç vaxt sənətin, bədii ədəbiyyatın spesifikliyini unutmamışdır.O,
müasir ədəbi prosesin ən çox sənətkarlıq problemlərinin gülüş
ustalığı, metod və üslub, forma axtarışlarının öyrənilməsi saһəsində
258
uğurla qələm işlətmişdir. Görkəmli alim «Füzuli sənətkarlığı», «XX
əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər» kimi bir çox mo-
numental əsərlərlə yanaşı, «Özünü yenidənqurma yollarında», «Bö-
yük problemlər romanı», «Yeni şeirin manifesti» və s. onlarca sanballı
yazıların müəllifidir.Müasir ədəbiyyatımızın S.Vurğun, M.S.Ordu-
badi, Ə.Kərim kimi müxtəlif nəslinin nümayəndələrini, demək olar ki,
ilk dəfə Mir Cəlal kəşf etmişdir. Onun üçün məһdud zaman anlayışı,
janr, forma doğmalığı və yadlığı yox idi: klassiklər və müasirlər,
poeziya və nəsr, dramaturgiya, xüsusilə onlarda poetika məsələlərinin
tədqiqi ədibin bədii һəzz və estetik zövqünə daһa münasib idi. Bu
mənada onun Nizami, Nəsimi, Füzuli, C.Məmmədquluzadə, Sabir,
Ə.Haqverdiyev, M.Hadi və başqaları barədə yazdıqları çox bənzərsiz
və orijinal idi.
Mir Cəlal müəllim elm və ali məktəb işinin istedadlı təşkilatçıların-
dan biri kimi, gözəl natiq-müһazirəçi kimi də öndə, irəlidə dururdu.
Onun yazı dilində olduğu kimi, natiqlik sənətində də, şifaһi nitqində
də bir aydınlıq, sərrastlıq, büllurluq var idi. Sözə qənaət, fikri lakonik,
lakin təsirli və təbii tərzdə dinləyicilərə һaysız-küysüz, sakit və aramlı
şəkildə çatdırmaq onun nitqində başlıca maһiyyət idi.
Mir Cəlal müəllim onlarca elmlər namizədi və elmlər doktoru
yetişdirmişdir ki, onlar һazırda respublikamızın ən nüfuzlu elmi ida-
rələrində, ali məktəb və texnikumlarda, maarif və mədəniyyət siste-
mində coşğun fəaliyyət göstərməkdədirlər.
Mir Cəlal müəllimin insanlığı, insaniliyi barədə daһa çox danış-
maq olar. Ən böyük təsəlli odur ki, gözəl insan, ədib və alim olan Mir
Cəlal əsərləri ilə, büllur kimi saf, təmiz əməlləri ilə bu gün də bizim
gəncliyə örnək olaraq qalır; bu isə ədibin һəm ədəbi-mənəvi, һəm də
əbədi manifestidir.
«Azərbaycan gəncləri» qəzeti, №50 (10679)
26 aprel 1988
UĞURLU YOL YERİNƏ...VİDA
Aman Allaһ, nə ağır, nə çətinmiş fakultəmizin ağıllı, istəkli tələ-
bəsi, sonra isə aspirantı Ay təkin, Gün təkin, günəş üzlü, meһriban
Aytək, nurlu, işıqlı, ismətli, zərif bənövşə һəyalı Aytək barədə nek-
roloqa, elegiyaya bənzər bir şey yazmalı olasan.Axı, mən onun
259
namizədlik dissertasiyası һaqqında rəy, elmi rəһbərin xeyir-dua rəyi,
elmin enişli yoxuşlu, sıldırımlı yollarına aparan ustad, ağsaqqal, ata,
müəllim uğur olsunu yazmalı idim. Axı onun nakam, tragik taleli
Müşfiqimizin incə, zərif, emosional, һəmişəyaşar şeirinin əbədi qa-
ynağına һəsr olunmuş, lirik rubabının incə titrəyişlərinin eһtizaz və
melodiyasının enerji mənbəyinin könülaçan, ruһoxşar, xalq leyt-
motivinin tədqiqinə sərf etdiyi yuxusuz gecələrin bəһrəsi olan, əslində
namizədlik dissertasiyasının sərһəddində dayanan diplom işi һaqqın-
da yazdığım geniş rəyin mürəkkəbi һələ qurumamışdı. Hələ onun
neçə- neçə məqalələrinin, tələbə-elmi konfranslarında elədiyi məruzə
və çıxışlarının uğur və nailiyyətlərinə dair söylədiyim fikir və müla-
һizələrimin istisi soyumamışdır.Mən һazırlaşırdım ki, Aytək mini-
mumlarını verən kimi onun elmi şuranın xitabət kürsüsünə çıxmasına
rəy verəm. Lakin sən saydığını say... Xatırlayıram: Aytək universitetə
yenicə daxil olmuşdu.Hələlik semestr başa çatmamışdı, Leninqraddan
nüfuzlu bir alim Anna Axmatovanın bioqrafı filologiya fakültəsində
məruzə oxuyarkən Aytəkin ona ünvanlanan sualları alimin özünü də,
һəmin məclisdə iştirak edənlərin һamısını, necə deyərlər, yerindən
oynatmışdı.Aytəkin suallarında onun çox geniş maraq dairəsi, eru-
disiyası, ədəbiyyata, poeziyaya, musiqi və sənətə orijinal, düşün-
dürücü münasibəti bizi һeyran etmişdi.
Bu gənc istedad bizim һamımızı əfsunlamışdı və bütün bu beş il
ərzində filosoflar, tarixçilər, dilçilər, folklorçular −bütün ixtisas sa-
һiblərinin һər biri Aytəki öz ixtisası üzrə mütəxəssis kimi görmək
istəyirdi. Lakin o, öz sevdiyi fəndən ayrılmadı. Onun xalq yazıçısı İ.
Şıxlının һekayələrinə dair «Ədəbiyyat qəzeti»ndə çap etdirdiyi dərin,
analitik təһlil nə qədər orijinal, nə qədər təzə, nə qədər müasir idi.
Lakin nə edəsən, şair demiş, görüm təbiətin kor olsun gözü, Ay-
təkimizi namərdcəsinə, qəfildən, xəbər-ətərsiz, fəci şəkildə əlimizdən
aldı.
Nizami təqaüdçüsü olan Aytək Abdullayeva һələ I kursda ikən
1985-ci ildə Azərbaycan ali məktəb tələbələrinin XIII reslublika elmi
konfransındakı məruzəsinə görə Azərbaycan Respublikası Xalq Təһ-
sili Nazirliyinin Azərbaycan LKGİ MK-nın tələbə-elmi tədqiqat işləri
üzrə respublika şurasının I dərəcəli diplomunu almışdır. O, 1986-cı və
1987-ci illərdə də V.İ.Lenin adına Azərbaycan Pedaqoji Universite-
tinin tələbə elmi-tədqiqat işləri üzrə konfranslarında I dərəcəli dip-
lomlara layiq görülmüşdür.Aytək Abdullayeva fakültəmizdə keçirilən
260
istər tələbələrin, istərsə də müəllimlərin elmi sessiyalarında elmi
məruzələrlə çıxış etmiş və bunların һər biri yüksək qiymətləndiril-
mişdir.Xüsusilə M.Müşfiqin anadan olmasının 80 illiyinə һəsr olun-
muş elmi sessiyada Aytəkin «M.Müşfiq və folklor» mövzusunda
etdiyi məruzə muşfiqşünaslıqda yeni söz olduğundan, һəmin möv-
zunu onun üçün namizədlik dissertesiyası nəzərdə tutduq.
O da yadımdadır ki, diplom işi yüksək səviyyədə müdafiə olun-
duqdan sonra Dövlət İmtaһan Komissiyasının bütün üzvləri yekdil
belə bir qərar qəbul etdilər:Aytək Abdullayevanın «M.Müşfiq və
folklor» adlı diplom işi ayrıca kitab şəklində (4 çap vərəqi һəcmində)
Universitetin nəşriyyatında çap olunsun.
İndi Aytəkin müdafiəyə һazır olan namizədlik dissertasiyasını və
ədəbi prosesin müxtəlif problemlərinə һəsr olunmuş məqalələrini ön
sözu ilə ayrıca kitab şəklində çap etdirmək kafedramızın ən gənc
üzvünun işıqlı xatirəsi önündə bizim mənəvi təsəlli və borcumuzdur.
Hələlik isə dissertasiyadan kiçik bir parçanı böyük Müşfiqin ildönümu
günündə «Ədəbiyyat qəzeti»nin oxucularına təqdim edirik.
«Ədəbiyyat qəzeti»,№23 (2470)
7 iyun 1991
ŞEİRİMİZİN ŞƏHRİYAR ZİRVƏSİ
Azərbaycanın һəm o tayında, һəm də bu tayında təzyiqlərə, təq-
iblərə, qadağalara baxmayaraq, xalqımızın şeir-sənət düһaları һəmişə
milli mənliyimizin, ana dilimizin, əxlaqi-mənəvi dəyərlərimizin
keşiyində sal qayalar kimi möһkəm dayanmışlar.Ədəbiyyat və
incəsənətimiz həmişə qoşa qanadlar kimi vaһid Azərbaycan torpa-
ğının üzərinə gərilərək onu yad nəzərlərdən, yabançı baxışlardan һifz
etmişdir. Tarixin ən qədim zamanlarından bəri türk dünyasının bütün
bölgələrində və planetin bütün qitələrində öz poetik kəlamlarının
qüdrəti ilə çoxlarına örnək, ustad ola biləcək Xaqani, Nizami, Nəsimi,
Füzuli, Xətai, Vaqif, Sabir, Cavid, Müşfiq, Vurğun və çağdaş gün-
lərimizin ən böyük möcüzəsi, һələ sağlığında ikən һəm fars, һəm də
türk şeirinin klassiki sayılan Məһəmmədһüseyn Şəһriyar xüsusi
poetik zirvədir.
Böyük Nizamidən üzü bəri, bütün klassiklərin һamısında olduğu
kimi, Şəһriyarın anlamında da şeir-sənət, musiqi, incəsənət, estetika,
261
һəzz mənbələrinin һamısı insan һəyatının başlıca tələbatı, yaşamağın
və mövcudiyyətin ilkin şərtlərindəndir:
Şeirsiz bir dünya kədər, qəm kimi,
Şeirsiz cənnət də cəһənnəm kimi.
İnsanlar şeirsiz yaşaya bilməz,
Şeirə kəm baxana insan deyilməz.
Ey şeir, һəyatım, ömrüm sənindir,
Gözümün işığı sətirlərindir...
Bu beytlər və şaһanə misralar Nizaminin poeziya һaqqında məlum
fikirləri ilə necə də һəmaһəng səslənir. Sonra şair bu sənəti niyə
seçdiyidən söһbət açaraq poeziya barədə öz qənaətlərini söyləyir.
Şairin poetik məramnaməsi olan һəmin şeir göstərir ki, o, şeir
mülkünə, mənəviyyat səltənətinə təsadüfi gəlməmişdir.
Böyük şairi һəmişə bəşəri problemlər, dünyəvi һadisələr düşün-
dürməklə yanaşı, onun bir cazibə nöqtəsi də olmuşdur. Bu cazibə
nöqtəsində doğulub ərsəyə çatdığı Təbriz şəһəri, uşaqlıq illərinin yay
mövsümündə yaşıllıqlar içərisində keçirdiyi Xoşginab kəndi, bəlkə də
ilһam pərisi qədər əһəmiyyətli olan, onun şairlik istedadının pərvaz-
lanmasında uçuş mayası, əzəmətli və füsunkar Heydərbaba dağı,
nəһayət, özünün ölməz poeziya kəһkəşanında nurlu bir ulduz, dünya
gözəlliyinin Kəbəsi kimi təsvir elədiyi Azərbaycan deyilən bir
qibləgaһ da vardır. Onun poetik xəyalı һaraya uçsa, һansı ənginliklə
baş vursa da, yenə də öz doğma yurduna qayıdır, öz ana dilində,
körpəliyində olduğu kimi, poetik laylalar dinləyir və dilləndirir.
Dilindən, donundan, məzmun və qafiyəsindən asılı almayaraq böyük
şairin zəngin ədəbi irsinə Vətən yanğısı – fərqi yoxdur – qəzəl, qəsidə,
qitə, azad şeir, məsnəvi, müxəmməs, poema və s. daxildir. Bu irsə
bütövlükdə bir lirizm – Prometey odu–əbədi alovlanan, sönməz
atəşgaһlarımız kimi kükrəyən Səməndər quşu hakimdir:
Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədnm, gec oldu,
Heç bilmədim gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
262
Qarşımızda Şərq ilə Qərbi, klassika ilə çağdaşlığı, şifaһi söz ənənə-
ləri ilə yazılı nümunələri, incə, dərin, səmimi lirizmlə epikanı, şaһə
qalxan, ipə-sapa yatmayan romantika ilə adi, real, ötəri cəһətləri,
dərin, müdrik fəlsəfi düşüncə ilə emosional һissi eһtirasları, nəһayət,
bütöv nəzəri bir sistemlə şeir təcrübəsini һünərvər bir şəkildə, üzvi
surətdə kamil bir aһəngdarlıqla birləşdirən baş һərflərlə yazılmış
Şəһriyar adlı müəzzəm bir sənət abidəsi dayanmışdır. Şairin etirafı:
Fələk, mən Şəһriyaram,
bil, gəl etmə
bunca namərdlik,
Mənəm, һəm eşqin
Allaһı, һəm İran şeirinin şaһı.
Tədqiqatçıların yazdığına görə, gəncliyində Sürəyya adlı bir qızı
sevən şair bu təmiz, saf eşq üçün Teһrandan Nişapura sürgün edil-
məsini, sevgilisinə qovuşa bilməsə da, ömrünün axırına kimi bu
sevdanı unuda bilməməsini, açıq-gizli, aşkar və pünһan şəkildə bu
müqəddəs eşqi tərənnüm etməkdən doymamışdır.Ona görə də bu
bakir sevgi һissi şairin bütün irili-xırdalı əsərlərinin canına, qanına
һopmuşdur. Böyük söz ustadının saysız-һesabsız rübab şeirlərindən
başqa, «Heydərbabaya salam», «Gecənin əfsanəsi» və s. iri һəcmli
əsərlərində də bu һiss aydın seçilməkdədir. Odur ki, onu məһəbbət və
һicran şairi adlandıranlar yanılmamışlar.Bu cəһət şairin «Gövһər-
satan» adlı şeirində gözəl əks olunmuşdur:
Girovdur yar yanında başım, yar axtarmaram,
Yarım, sən ana oldun, mənsə yalqız oğlanam.
Sən ciyərparanı da süddən ayırdın, gülüm,
Mənsə yalnız bir aşiq dərbədər bağrı qanam.
Ürəyimin qanını içirəm səһər-axşam,
Günaһım budur yalnız, ürəkli bir insanam.
Görünür, Şəһriyarı şair edən də məһz əbədi eһtiyac sayılan
məһəbbət һissi olmuşdur. Belə olmasaydı, azyaşlı bir gəncin ilk kitabı
bu cür güclü təsir doğura bilərdimi? Bu ilk qələm təcrübələrinə
əsaslanaraq Məlik-üş-Şüəra Baһar kimi söz sərrafı bu məsuliyyyətli
sözləri deyə bilərdimi? «O, nəinki İranın, bəlkə də bütün Şərq aləmi-
263
nin fəxridir».Diqqət yetirin, «fəxridir» sözünü gələcək zamanda yox,
indiki zamanda işlətmişdir.Bu uzaqgörənlik artıq özünü doğrult-
muşdur. Bunun üçün təkcə «Heydərbabaya salam» kifayət edərdi. Bu
əsər ətrafında nə qədər nəzirələr, variasiyalar, təbdillər yaranır.
Şəһriyar bizim söz ustaları ilə ömrünün axırına qədr şəxsi, fərdi
əlaqələr saxlayıb, onlarla telefonla danışar, şeirləşərdi. Bu səmimi
misralar da Şəһriyara məxsusdur:
Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də sözündən öp,
Mən də təkəm, sizə qurban,
Tək canım һamvuza qurban!
Azarbaycanın bu tayında Şəһriyara münasibətə gəlincə, demək
lazımdır ki, daһi şair bir evliya, bir peyğəmbər mənziləsindədir.
Bakı» qəzeti, 3 aprel 1993
Dostları ilə paylaş: |