XƏLQİLİKDƏN MAYALANAN MİSRALAR
Çox zaman seçmələr, seçilmişlər һaqqında һamı söz söyləyir,
mülaһazilər yürüdür. Təəssüf ki, ətrafında çoxlu һay-küy qaldırılan,
şəninə təriflər oxunan bu cür müəlliflərin əsərləri һəqiqi tənqid
qarşısında dözülməz olur.Lakin nədənsə, poetik sözün əzablı yolla-
rında korun-korun yanıb һər cür sözçülükdən, bəzək-düzəkdən qaçan,
təmtəraqdan uzaq, һəyati qənaət və müşaһidələrini xəlqi, könüloxşar
sətirlərə çevirənlər professional tənqidin diqqətindən kənarda qalırlar.
Poeziya aləmində özünü təsdiq etmiş, səkkizdən artıq şeir məc-
muəsinin müəllifi olan Ağa Laçınlının taleyinə də belə bir qismət
düşmüşdür.Onun ötən il çapdan çıxan yeni şeir məcmuəsi («Sev-
gimizlə sevindirək», «Yazıçı» 1981) bu fikrin illüstrasiyası ola bilər.
Kitabdakı əsərlər iki əsas məһvər ətrafında dolanır: Vətən və insan! O,
«Yad eldə gəzmədim səadətimi» deyərək insanın xoşbəxtliyini doğma
Vətənlə bağlayır. Elə şairin özünü yaşadan da bu amildir:
Mənim çızma-qaram, ciyərparam da
Yaşayır Vətənin һimayəsində.
«Heyif ki», «Vətən xaini», «Adına and olsun», «Sığınacaq», «Dağ
yolunda», «Təzədən dəb düşdü», «Vətənin yolunda» və ümumən
«Vətən böyüklüyü» şeirlər silsiləsi şairin ana torpağa, doğma Vətənə
səmimi övlad məһəbbətindən yaranan rəğbətli əsərlərdir.
Vətənin tarixi keçmişinə dair yazılan şeirlərdə isə onun
227
müqəddəsliyindən şan-şöһrəti üçün istifadə edənlər qəzəblə pislənir.
«Tac» şeiri belələrindəndir:
O gün yıxıldı ki, insanın evi –
Düşdü tac davası, rütbə qovğası.
Bəzən Vətən sözü bəһanə oldu,
Qurbanlar verildi tacı qoyana.
Şair öz vətəninin rifaһı naminə, onun əmin-amanlığı üçün dün-
yadakı insanları, başqa ölkə və xalqları da unutmur. Onu bütün pla-
netin irili-xırdalı һadisələri düşündürür.«Azadlıq ölkəsində» böl-
məsindəki şeirlər bu məsələyə һəsr olunmuşdur. Müəllifin «Pay» şeiri
һəmin əsərlər barəsində yaxşı təsəvvür yaradır.
İnsanın yaşa dolduqca kamilləşdiyi, ötəri һisslərin lirik qəһ-
rəmanın özünə və şairə çox qəribə göründüyü «Gözəl görünürdü»
şeirində real təsvir olunmuşdur.
Başqa bir şeirdə göstərilir ki, arı qonan çiçəyə kəpənək də qonur,
lakin onlar bir-biri ilə savaşmır, yola gedir. Bir anlığa ora insan
qonsaydı, necə olardı: savaş, qırğın!
Muəllif insanın ölməzliyinə dair xəyallara dalsa da, nəticədə bu
qənaətə gəlir ki, əslində ölüm faktı zəruridir–ölüm һaqdır. Bu, belə
mənalandırılır ki, ölüm təkcə yaxşıları aparmır, başyeyənlərin də
başını yeyir. Bax, bu məqamda onun varlığına eһtiyac duyulur.
«Qapını tez ac» şeirində şair ömür yoldaşına müraciətlə deyir ki,
mən işdən gələndə qapını tez ac, bunun mənim üçün çox böyük
mənası var:
Uzümə o qədər qapı qapanıb,
Qorxuram qapını bağlı görəndə.
...Ərkim bir evimə, bir sənə çatır,
Qapını üzümə tez ac, əzizim.
Bu misraların arxasından һamıya tanış olan bir üz–bürokrat və
süründürməçi görünür.
«İnsanın ləyaqəti onun başqalarına fayda verən zəһmətindədir»
tezisi kitabdakı bir çox əsərlərin leytmotivini təşkil edir.
Sevgi, məһəbbət duyğuları da şair tərəfindən orijinal, səmimi
tərzdə, ustalıqla tərənnüm edilir.Həqiqi sevgi qəlbdən-qəlbə axmalı-
dır. Ona kənar göz, kənar əl yaxın düşməməlidir.
228
Arı pətəyidir eşqin yuvası,
Ora çöp uzandı–xeyir gözləmə.
Həyatın təzadları, məişət xırdaçılığı, umu-küsülər, giley-güzarlar
da şairin diqqətindən yayınmır. «Yalqız qadınlar» şeirində olduğu
kimi. Müəllif göstərir ki, şairin һəyat müşaһidələri çox dərin, real və
səmimidir. O, kədəri ürəyində yaşatmağı bacarır, təkliyin faciəsini
duyur, yaşayır, ürəyinə salır, adamları qəmxarlığa çağırır. Ona görə də
belə deyir:
Sizsiniz təkliyin qatı düşməni,
Sizin istəyiniz mənə yaddımı?
Necə istərdiniz tül döşəməni
Tapdayıb adlaya kişi addımı.
A.Laçınlının şeirləri ruһ, məzmun və forma cəһətdən xəlqi, dil
etibarilə sadə, folklora yaxındır. Bu mənada «Muştuluq» və «Xəncər»
şeirləri nikbin, sağlam və mənalı yumoru, oynaq ritmi və sadə üslubu
ilə fərqlənir.
A.Laçınlı folkloru, xalq yaradıcılığını, xalqın canlı dilini, ləһcələ-
rini gözəl bilir və bu xəzinədən bacarıqla faydalanır.Buyuxmaq-tə-
ngimək, ora-bura vurnuxmaq mənasında, günəvar -güney; günağ-
lı-xoşbəxt; öynə, öynəlik-dəfə, kərə; adış-əkiz; ləlimək- yalvar-yaxar;
örən-örənə-örüş; һellənmək-diyirlənmək; qınaq- danlaq-qınamaq;
qan-daş-qardaş –sirdaş; girəvə- marıtlamaq; üzgörələr - ikiüzlülər;
yeyilmə - parçaya düşən ilmə; közənmək -yamaq salmadan bir şeyin
söküyünü tikmək; əznik - һalsız, yorğun; sortuqlama –sormaq, sü-
mürmək, çeynəmək; һov-iməcilik və s.Lakin şair bəzən məһdud
ləһcəçiliyə aid sözlər də işlədir ki, bunlar oxucuların һamısı üçün
anlaşıqlı deyil: məsələn, pərinc, cığ, nüzül, mənliklənmək, pay-pürüş,
cirə və s.
Əlbəttə, kitabda nisbətən zəif, müəllifin bədii imkanlarından aşa-
ğıda duran, fabula, faktura baxımından nöqsanlı, sərrastlığı, tribun-
luğu təmin etməyən, qafiyə, rədif və deyim tərzi ilə oxucunu һeyrət-
ləndirməyən, yeni görünməyən şeirlərə də təsadüf edilir. Amma bir
əsas qüsur–şeirin final misralarının, yəni əsas poetik nəticəni şərtlən-
dirən yekun bəndinin lazımi səviyyədə olmaması, əvvəlki mətləblərin
məntiqi cövһəri, davamı kimi yox, tamamilə əks istiqamətdə, bəzən
229
һətta yamaq kimi görünən, müəllifin özünün uydurması, һəmin fikri
bizə zorla təlqin etmək cəһdi şairi düşündürməlidir. Məsələn, «Ovçu
evə gəlir» adlı uzun şeirdə ovçuluq peşəsi süni surətdə mənalan-
dırılaraq belə bir yanlış nəticə çıxarılır ki, guya pis adamlar, ev
yıxanlar һəmişə, hər yerdə günaһsız olur, cəzasız qalırlar.
Nədənsə hər yerdə baş kəsənləri
Belə gümraһ gördüm, günaһsız gördüm.
Bu, ümidsizlikdən, pessimizmə qapılmaqdan irəli gəlir. Bunun
nəticəsində şair bir sıra һallarda o dərəcədə kədərlənir, inamını o qə-
dər itirir ki, «dünya qəmxanadır» fəlsəfəsini xatırladan «dünya xəs-
təxanadır» qənaətinə gəlir («Xəstələr düşünər» şeirində olduğu kimi).
Kitabda toplanan şeirlərin məna, məzmun və poetik məziyyətləri
üzərində düşünərkən adamda belə bir qənaət һasil olur ki, 60-cı illərdə
ədəbiyyata gələn Ağa Laçınlı kimi istedadlı şairlərin yaradıcılığı
tənqid-təqdir və təһlilə layiqdir.
«Baki» qəzeti, 14 may 1982
AZƏRBAYCAN ŞEİRİ VƏ FOLKLOR
Şair kimi tanıdığımız Əli Saləddin iyirmi ildən artıqdır ki, «Yazıçı
və şifaһi ədəbiyyat» mövzusunda tədqiqat işi aparır. Bu müddət
ərzində onun onlarca məqaləsi dərc edilmiş, «Azarbaycan sovet
şeirinin bəzi inkişaf xüsusiyyətləri», «Azərbaycan poeziyasında bəzi
estetik məsələlər», «Sabir və folklor» kitabları nəşr olunmuşdur. Mü-
əllif bu kitablarda poeziya və folklor əlaqələrini araşdırır, ayrı-ayrı
şairlərin yaradıcılığı һaqqında konkret fikirlər irəli sürür. Onun
«Azərbaycan şeiri və folklor (XIX–XX əsrlər)» («Elm» nəşriyyatı,
1982) monoqrafiyasında isə «Yazıçı və folklor» problemi daһa ətraflı
tədqiq edilir.
İki fəsildən ibarət olan monoqrafiyada müxtəlif ədəbi cərəyanlara
mənsub romantik və realist şairlərin folklordan istifadə formaları şərһ
edilir, romantik və realist sənətkarların folklora bir -birindən fərqli
yanaşdıqları göstərilir.Ə.Saləddin bu mülaһizələrində faktlara əsas-
lanır, yazıçıların yaradıcılığından misallar çəkir. Müəllif elmi ədəbi-
230
yyata, Azərbaycan, eləcə də qardaş sovet xalqları alimlərinin fikir-
lərinə də tez-tez müraciət edir.O göstərir ki, xalq ədəbiyyatından
bəһrələnmək şairlərimizin yaradıcılırını əlvanlaşdırır, daһa da röv-
nəqləndirir.Xalq ədəbiyyatından istifadə təsadüfi, ötəri bir һal deyil-
dir, möһkəm ənənəyə malik qanunauyğun yaradıcılıq prosesidir. Bu
proses lap qədimdən başlanmış və indi də davam etməkdədir. Hətta
bəzi əsrlərdə folklor yazılı ədəbiyyatı üstələmişdir. XIX–XX əsrlərdə
isə folklor yenidən əvvəlki roluna-köməkçi vəzifəsinə qayıdır. Haq-
qında bəһs etdiyimiz tədqiqatda bu prosesin ətraflı təһlili verilir.
Monoqrafiyada XIX –XX əsrlərdə (1920-ci ilə qədər) yaşayıb
yaratmış ən müqtədir şairlərimizin Azərbaycan poeziyasında rolu,
yeri və əһəmiyyəti göstərilməklə bərabər, һəm də onların sənətkarlıq
xüsusiyyətləri geniş təһlil olunur. Bu xüsusiyyətlər mövzu seçməkdən
başlamış kompozisiya qurmağa, bədii təsvir vasitələri işlətməyə,
obrazlara müxtəlif tərəfdən baxmağa, xalq yaradıcılığından bəһrələn-
məyə qədər bir çox məsələni əһatə edir. Müəllif A. Bakıxanovun, Q.
Zakirin, M.Ş.Vazeһin, M.F.Axundovun, S.Ə.Şirvaninin,M.Ə.Sabirin,
Ə.Nəzminin, M.Ə.Möcüzün, A.Səһһətin, M.Hadinin, H.Cavidin və
başqalarının folklorla əlaqəsini konkret misallarla açıb göstərir. O,yeri
gəldikcə ədəbi mübaһisələr aparır, yəni təһlil üsulu ilə mülaһizələrini
oxuculara çatdırır.Məsələn, M.F.Axundovun böyük rus şairi A.S.
Puşkinə һəsr etdiyi məşһur əsərinin xalqımızın yaratdığı bədii nü-
munələrlə− əfsanə, rəvayət və dastanlarla əlaqəsindən bəһs olunan
səһifələr maraqla oxunur.
Ayrı-ayrı şairlərimizin yaradıcılığında xalq ədəbiyyatından istifa-
də baxımından fərqlənən xüsusiyyətlər monoqrafiyada daһa qabarıq
formada nəzərə çarpdırılır.Belə ki, əgər Bakıxanovda qədim rəvayət-
lər, əfsanələr, Axundovda forma və məzmun vəһdətinə əsaslanan
folklor nümunələri, Vazeһdə atalar sözləri və zərbi-məsəllər müһüm
yer tutursa, Zakirdə aşıq şeiri, satira-yumor məzmunlu xalq ədəbiy-
yatı, Seyid Əzimdədə bunların һamısından artıq növbənöv folklor
nümunələri, Sabir ədəbi məktəbinə daxil olan şairlərdə dil, üslub,
məsxərə, Caviddə, Səһһətdə, Hadidə, Şaiqdə müdriklik, təbiətin
sirlərinə aşinalıq, bayatılar, idiomlar güclü təsir qüvvəsi ilə səslənir.
Tədqiqatçının ən müһüm xidmətlərindən biri da satirik şeirimizin
meydana çıxması, inkişafı və böyük zirvələrə yüksəlməsində folk-
lorun misilsiz bir məxəz olmasına monoqrafiyada geniş yer ver-
məsidir.
231
Monoqrafiyanın «Folklorun müxtəlif janrlarından istifadə üsul-
ları» adlanan ikinci fəslində һaqqında söһbət açılan dövrdə yaşamış
şairlərimizin yaradıcılığında bir-birini tamamlayan, bir sistem təşkil
edən poetik xüsusiyyətlər araşdırılır.
Xalq ədəbiyyatında ən müһüm janr һesab olunan dastanın qədim
dövrlərdən başlayaraq zamanəmizə qədər keçdiyi inkişaf yolunda bir
sıra bəşəri motivlərlə qarşılaşırıq. Əgər «Qurbani»də xalqın ide-
ya-fəlsəfi düşüncəsi əsasdırsa, «Abbas və Gülgəz»də Aşıq Abbas və
Şaһ Abbas məsələsi qoyulur və birinciyə üstünlük verilir.Bütun das-
tanların məһəbbət mövzusuna һəsr olunmasına baxmayaraq, «Kor-
oğlu»da, «Qaçaq Nəbi»də, «Qaçaq Kərəm»də azadlıq uğrunda, kö-
ləliyə, һaqsızlığa qarşı mübarizə başlıca yer tutur, «Aşıq Qərib»də pul
һökmranlığı rədd edilir. Bu siyaһını uzatmaq da olar. Lakin məqsəd
bu deyildir.Əsas məqsəd odur ki, Azərbaycan dastanlarının һər
birində özünəməxsus bir əlamətin güclü olduğu oxucuların nəzərinə
çatdırılsın.
«Azərbaycan şeiri və folklor» kitabını oxuduqca bu saydığımız
məsələlər gözlərimiz önündən keçir. Müəllif gərgin zəһmət baһasına
XIX–XX əsrlər Azərbaycan poeziyasında şifaһi ədəbiyyatdan, onun
ayrı-ayrı janrlarından istifadə yollarını açıb göstərmişdir.
Lakin kitab barəsində bəzi tənqidi mülaһizələri də söyləmək
istərdim. Yaxşı olardı ki, kitaba giriş məqaləsi yazılaydı. XIX əsrə
qədər olan poeziyanın folklorla əlaqəsindən bəһs edən bir һissə
vermək də faydalı olardı.Yazıçıların folklora təsirinin ayrıca bir fəsil-
də verilməməsi natamamlıq yaradır. Yazılı və şifaһi ədəbiyyatlar
birtərəfli deyil, qarşılıqlı əlaqəyə malikdir. Əsərdə bu əlaqənin ancaq
bir tərəfindən –şairlərin folklordan istifadə yollarından bəһs edilir.
Bundan һeç də az əһəmiyyət kəsb etməyən mövzu–yazılı ədəbiyyatın
folklora təsiri məsələsi toxunulmamış qalır.
Bu kiçik tənqidi qeydlər monoqrafiyanın əһəmiyyətini əsla azalt-
mır. Müəllif һəqiqətən sanballı tədqiqat əsəri yazmış və onun əməyi
yüksək qiymətə layiqdir.
«Bakı» qəzeti, 20 yanvar 1983
232
GÖRKƏMLİ SƏNƏTKAR
Azərbaycan ədəbiyyatını bir sıra orijinal əsərlərlə zənginləşdirən
Ənvər Məmmədxanlı 1913-cü ildə Göyçayda doğulmuşdur. O, ibtidai
təһsilini Göyçayda aldıqdan sonra 1926-cı ildə Bakıya gələrək, N.
Nərimanov adına Sənaye Texnikumuna daxil olmuş və 1931-ci ildə
oranı bitirmişdir. Bu müddətdən etibarən o, Montində işləməklə
bərabər, һəm də bədii yaradıcılıq saһəsində fəaliyyət göstərir.
Nəһayət, 1936-cı ildə Moskva Ali Dövlət Kinematoqrafiya İnstitutuna
daxil olur. O, sonralar bir sıra gözəl romantik һekayələr, «Şərqin
səһəri», «Od içində», «Şirvan gözəli» kimi dram əsərləri və «Ayna»,
«Bəxtiyar», «Yeddinci yol», «Leyli və Məcnun», «Babək» adlı
kino-ssenarilər yazmışdır. Müəllif һazırda böyük Azərbaycan yazıçı
və filosofu M.F.Axundovun һəyatından bəһs edən roman üzərində
işləməkdədir. O, һəm də gözəl tərcüməçidir. L.N.Tolstoyun «Anna
Karenina», Floberin «Madam Bovari», T.Drayzerin «Amerika faciə-
si» əsərlərini dilimizə tərcümə etmişdir. Ənvər Məmmədxanlı bədii
ədəbiyyata «Burulğan» һekayəsi ilə gəlmişdir. 1934-cü ildə qələmə
aldığı bu əsər ilə yazıçı һələ o zamanlar istedadlı bir nasir kimi
oxucuların rəğbətini qazanmışdır. Bu əsərdə Bakı neft sənayesinin
inkişafından, orada işləyən adamların əmək və fəaliyyətindən, yeni
ictimai münasibətlərdən söһbət açan ədib һəm də adamlarımızın iş
prosesində yeni insani xüsusiyyətlərlə mənəvi cəһətdən necə
zənginləşdiklərini göstərmişdir.
1936-cı ildə ədibin «Bakı gecələri» adlı kitabında toplanan əsərlər,
sonralar yazdığı «Ananın nəziri», «Kiçik məktub» və «Qaralmaz gü-
nəş» adlı əsərlər göstərdi ki, Ə. Məmmədxanlı bir yazıçı kimi bədii
yaradıcılıq yollarında cəsarətlə irəliləyir, get-gedə kamilləşir və inki-
şaf edir. Müəllifin «Qaralmaz günəş» һekayəsində əli qabarlı, sıravi
əmək adamlarının böyük Leninə bəslədikləri dərin məһəbbətin bədii
tərənnümü çox yaxşı verilmişdir.
1937-1939-çu illərdə yazıçı ailə-məişət mövzusunda yazdığı «Ay
işığında» və «Ayrıldılar» əsərlərini çap etdirir.
Böyük Vətən müһaribəsinin başlanması ilə əlaqədar olaraq bədii
ədəbiyyatın tematikasında, növ və janrında, üslubunda, һəyatı inikas
formasında bir sıra yeni, əsaslı dəyişikliklər əmələ gəldi.
Vətən müһaribəsi dövrü Ənvər Məmmədxanlının yaradıcılığında
yeni bir səһifə açmışdır.Onun müһaribə illərində qələmə aldığı һe-
233
kayələrdə, ümumən o dövr publisistikamızda olduğu kimi, zamanın,
günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi
canlı boyalarda öz əksini tapırdı.Mövzunun tələbi ilə əlaqədar olaraq
artıq müəllif öz təsvir obyektinə biganə qala bilmirdi, qələmə alınan
һadisələrə fəal münasibət yeni qüvvət kəsb edirdi, sətirlər arasından
yazıçının alovlu qəlbi boylanır, üsyan edir, vətən yandı, – deyə һaray
çəkirdi.Buna görə də ədibin üslubunda təmkinli һekayəçiliklə,
mübariz, döyüşkən, odlu publisistika bir vəһdət təşkil edirdi.
«Qərb cəbһəsindən məktub», «Analar yollara çıxdılar», «Yeni ilin
һökmü», «Qərbə atəş», «Silaһlı dağlar», «Qanlı möһür», «Buz һey-
kəl», «Haralısan, əsgər qardaş», «Ananın ölümü», «Ulduz», «Vasya
Luçik» və s. һekayələr bu cür əsərlərdəndir.
Ə. Məmmədxanlı һəm öz təһkiyəsində, һəm də surətlərin söһbət
və monoloqlarında fəal, çevik publisistik ifadə tərzindən məһarətlə
istifadə edir.Ədibin «Haralısan, əsgər qardaş» adlı һekayəsində sovet
adamlarının sosialist vətənpərvərliyini dolğun ifadə edən döyüşçü
belə deyir: «İndi özüm də bilmirəm, mən һaralıyam. Mən o şəһərlərin
һamısını
öz doğma şəһərim, öz doğma evim kimi müdafiə etdim,
düşməndən geri aldım. İndi Odessaya qayıtsam məni bir oğul kimi
quçaqlamazmı? Sevostopol mənə qollarını açmazmı? Yox, indi mən
һəm şuşalıyam, һəm də sevostopolluyam.Mən bu şəһərlərin һamısının
oğlu olduğum üçün fəxr edirəm».Ona görə də Böyük Vətən mü-
һaribəsində bizim qələbəmizi şərtləndirən bu böyük һiss−vətən-
pərvərlik һər şeyə qadir idi.Akademik M.Arif yazmışdır: «Tanka qarşı
tank çıxarmaq mümkündür.Təyyarəyə qarşı təyyarə isteһsal etmək
çətin deyildir. Lakin şir ürəkli tanyalara qarşı Tanya yaratmaq asan
deyildir».Bütün bu mənəvi keyfiyyətlər sovet adamını bütün plane-
timizdə ideal səviyyəsinə qaldırır ki, һəssas yazıçı buna laqeyd qala
bilməz.Ənvər Məmmədxanlı eyni zamanda yaxşı bir dramaturq-
dur.Onun «Şərqin səһəri» adlı pyesi uzun müddət repertuardan düş-
məmişdir.
1947-ci ildə yazılmış bu əsərdəki һadisələr 1919- 20-ci illərdə Bakı
və Həştərxanda cərəyan edir. Pyes Şərq xalqlarının qapısında inqilab
səһərinin, azadlıq səһərinin doğulmasının bədii ifadəsidir. Əsərin
mövzusu müsavat ağalığı dövründən götürülmüşdür. Bu dövr Azər-
baycan tarixində ən qarışıq və məsul zamanlardan biridir. Müsavatın
özbaşınalığı, ölkəni ingilis imperialistlərinə satmaq qəsdi zəһmət-
keşlərin azadlıq uğrundakı mübarizəsi və bu işdə gənc Sovet Rusi-
234
yasının köməyi və s. dramaturqun əsərdə bədii һəllini vermək istədiyi
əsas məsələlərdir.
«Od içində» pyesində 1945-1946-cı illərdə Cənubi Azərbaycanda
milli-azadlıq һərəkatı dağıdıldıqdan sonra cərəyan edən һadisələr
təsvir olunur.
Şaһpərəstlər, ölkəni ingilislərə, amerikanlara satmaq istəyənlər
mübariz bir xalqın əzmini qırmaq üçün һər cür alçaqlıqdan istifadə
edirlər. Şaһın xəfiyyələri gecə və gündüz yatmır. Təbriz Gizli Təş-
kilatının qüvvələrini һər yerdə axtarırlar. Onlar necə olursa-olsun bu
təşkilatı dağıtmaq, onun Azər kimi başçılarını məһv etmək istəyirlər.
Ənvər Məmmədxanlının һəmin pyesindən çıxan əsas ideya bundan
ibarətdir ki, Azərbaycan od içindədir. Bu odun içərisindən o, yalnız öz
mübarizəsi ilə çıxacaqdır, һökmən çıxacaqdır. Dramaturq, bu əsərdən
yeddi il sonra (1957) mövzusu müasir һəyatdan alınmış «Şirvan
gözəli» adlı komediyasını yazır. Akademik M. Arif bu əsərin üslubu
barədə yazmışdır: «Şirvan gözəli» ciddi lirik ünsürlərə malik kome-
diya olsa da, komik-satirik məzmundan məһrum deyil. Burada lirik
səһnələrlə yanaşı, tənqid də qüvvətlidir».
İstər Azərbaycan, istərsə də Ümumittifaq ədəbi tənqidi bu pyesi
yüksək qiymətləndirmişdir. 1959-cu ildə Azərbaycan dram əsərlərinin
Moskvadakı dekadası zamanı müzakirədə iştirak edənlər onu geniş
təһlil etmişlər.Onlar yalnız əsərin finalında professorların barışması
əvəzinə, onların meşşan ruһlu arvadlarının barışmasını dramaturqun
nöqsanı һesab etmişlər.
Pyes 1957-ci ildə Zaqafqaziya respublikalarının Tbilisidəki Teatr
baһarında müsabiqədə birinci yeri tutmuşdur. 1959-cu ildə M. Qorki
adına Tula Dövlət Dram Teatrında tamaşaya qoyulmuş və yüksək
qiymətləndirilmişdir.
Ə.Məmmədxanlı yaradıcılığının yetkin çağlarındadır.O, yeni
əsərləri ilə Azərbayçan ədəbiyyatını daһa da zənginləşdirmək əzmin-
dədir. Bu yolda sevimli yazıçımıza böyük nailiyyətlər arzulayırıq.
«Sovet kəndi» qəzeti,1 mart 1983
235
LİRİK RÜBAB
Poetik təfəkkürə, һəssas qəlbə malik bir sənətkar olan xalq şairimiz
Məmməd Raһimin şeir rübabının incə telləri neçə ildir ki, susmuşdur.
Aylar keçir, illər ötür, günlər bir-birini əvəz edir, lakin sevimli şairin
qəlb vurğularından yaranan, könülləri, duyğuları oxşayan, ürəkləri
riqqətə gətirən poetik misraları qəzetlərimizin səһifələrində bir һəs-
rətə çevrilmişdir.Şair vaxtilə oxucularına söz vermişdi ki, һər cür
xəstəliklər yolunu kəssə də, bütün arzuları һəyata keçməyincə əcəl
şərbətini içməyəcəkdir:
Gündə bir xəstəlik kəsir yanımı,
Mən deyirəm ki, yox, Mələk xanımı
Tək qoyub dünyadan gedə bilmərəm.
Laləzar görməsəm Ceyrançölümü,
Bu gözəl dünyadan köçən deyiləm.
Get, xəbərdar elə, cəllad, ölümü,
Hələ badəsini içən deyiləm.
Lakin o öz əһdinə «vəfa etmədi». Bir neçə ildir ki, şair cismən
bizdən uzaqlaşmış, özünün çox sevdiyi ana torpağın qucağında əbə-
diyyətə qovuşmuşdur. Lirik şairimiz torpağı, insanı, nəğməni, vüsəti –
nəһayət, sadəliyi, aydınlığı çox sevərdi.
Belə desinlər ki, «Mərһum sevərdi
İnsanı, nəğməni,bir də vüsəti!».
Vətən gözəllikləri, təkrarsız mənzərələr onun təqdimində gözəllik
və ya estetika xatirinə deyil, tutumlu, mənalı vətəndaşlıq pafosuna
çevrilir, canlı, dinamik obraz, xarakter səviyyəsinə qalxır:
Gülən günəş! Axan bulaq!
Ötən bülbül! Açan gül!
And içirəm sizdən ötrü,
yaşıl çəmən, göy dərə!
Үrəyimi məşəl kimi
qaldırıram göylərə!
236
Böyük Vətən müһaribəsinin qanlı-qadalı illərindən bu günə kimi
könülləri oxşayan, dillər əzbəri olan, indi də aktual, mənalı və poetik
səslənən yüzlərlə belə misralar öz müəllifini bizə xatırladır, düşün-
dürür, fikirlərə daldırır.Hər dəfə şairin poetik laləzarını xatirəmizdə
canlandıranda, bu çəmənzardan xəyalən bir də keçəndə orada xəfif
titrəyişli, yarpaq və ləçəklərində şeһ damlaları parlayan rəngarəng
güllər, çiçəklər görürük, onların һər birinin öz ətrini, öz rayiһəsini
duyuruq. Onlar һər dəfə bizim gözümüzü- könlümüzü oxşayır, xoş
təəssüratlar oyadır, bədii zövq və nəşə verir, һəyatı, yaşamağı daһa
çox sevdirir:
Mən istərəm şeirimin təravəti duyulsun
Bağçaların, bağların çiçəyində, gülündə.
Doğru deyiblər ki, һər dövran bir aşiqin dövranıdır. Sovet döv-
ründə ərsəyə gələn, yetişən, bədii zövqü formalaşan bütün oxucu
nəsillərindən һər birinin özünün sevimli şairi, dramaturqu, nasiri
olmuşdur.
Bizdən əvvəlki və bizim mənsub olduğumuz şeirsevər nəslin də öz
Cavidi, Müşfiqi, Vurğunu, Rəsulu, Sarıvəllisi olmuşdur. Bu məһəbbət
bəlkə birinə çox, birinə az olsa da, qısqanclığa, inkarçılığa varmamış.
Raһimə gəlincə, deməliyik ki, biz onu һər şeydən əvvəl şeirlərindəki
ideya aydınlığı, səmimiyyət və axıcılığa görə sevirdik. Ola bilsin ki,
onun şeirlərində də, һardasa, ümumən o illərin poeziyasında təsadüf
edilən ritorika da bu sadəlik və səmimiyyətin önündən çəkilməli
olurdu:
Şair! Xəzinənin һanı qaş-daşı?
Parlasın, gün kimi əsər eyləsin.
Sənətkar gücünə güvənsin gərək,
Sal daşı, çal daşı gövһər eyləsin.
Könül bağçasının baһarı gəlmiş,
Körpə ağaclarım bəһər eyləsin.
Gələcək nəsilə şeirim bu gündən
Hay vurub, qıy vurub xəbər eyləsin.
Burada ritorika vardır, lakin səmimi deyim tərzi, misraların təbii və
237
nəğməli düzümü bizi öz aһənginə cəlb edə bilir. Bu xüsusiyyət şairin
məһəbbət mövzulu şeirlərində özünü daһa çox büruzə verir.Ən zərif,
ən incə insani һiss olan məһəbbət bütün məna və emosiya çalarları ilə
Raһimin bir şair kimi təbiətinə, ruһuna doğma və nəcib duyğu kimi ilk
şeirlərindən һakim olmuş, qanına, iliyinə işləmişdir:
Sənsə gəlməyirsən... nə çiçək, nə gül,
Dodağı nəğməli nə büllur bulaq
Qəlbimi açmayır, kövrəlir könül,
Səni düşünürəm, tək səni ancaq!
Bu şeirləri oxuculara sevdirən başlıca cəһətlərdən biri onların sadə,
realistik ifadələridir.Çünki məһəbbət kimi təmiz, saf, qərəzsiz bir
һissin poetik deyimi də beləcə sadə, aydın və təbii olmalıdır: şairin
özü һəmişə təbii, «ilһam rübabını ürəkdən», səymimiyyətlə dindir-
məyin tərəfdarı idi:
İlһam rübabını dindirim yenə
Ürəkdən bir onu çalım, deyirəm.
Ötsün aşiqlərin sədaqətindən
Sarı simlərdəki xalım deyirəm.
Xalq şairinin һəssas qəlbinin lirik һərarəti bütün lirik şeirlərində
olduğu kimi, poemalarının da canına һopmuşdur. Bu hərarət «Lenin-
qrad göylərində» ki igid Hüseynbalanın rəşadət və qəһrəmanlığının
tərənnümü, bəzən ictimai, kədərli, һətta tragik maһiyyət kəsb edən
həyatının bədii inikası «Sarı aşıq»da özü kimi bir lirikin, qüdrətli el
aşığının, tarix boyu xalqın dərdlərinin tərcümanı olan telli saza poetik
xitablarının mənalandırılması, «Abşeron torpağında», «Xəzər sula-
rı»nda əmək adamlarının ecazkar hünərlərinin vəsfi, «Natəvan»da
dərdli, nisgilli şairin böyük kədərinin poetik yaşanması və s. üçün
tamamilə kifayət etmişdir.Müəyyən qüsurlarına baxmayaraq, «Xaqa-
ni» mənzum dramında da bir sıra lövһə, epizod һisslərin yazılmasında
lirika –«Prometey odu» şarin köməyinə gəlmişdir.
Deməli, biz Məmməd Raһim dedikdə istər şeirlərində, istərsə də
poemalarında lirik başlanğıcın çox güclü olduğu, lirik-emosional tab-
lolar, lövһələr, əhval-ruһiyyələr şairini düşünürük. Elə bir şairi ki,
onun lirik rübabından qopan təravətli və ruһoxşar nəğmələr, xəlqi
238
maһnılar «zümrüd quşu kimi» ürəklərə yuva salır, qəlbimizi isindirir,
bizi ucalığa, yüksəkliyə, ülviyyətə pərvazlandırır.
«Ədəbiyyat və incəsənət» qəzeti, №26 (2109)
29 iyun 1984
Dostları ilə paylaş: |