Yanğın təhlükəsizliyi haqqında


M a d d ə 2 6 .  Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin planlaşdırılması



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında

 39
M a d d ə 2 6 .  Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin planlaşdırılması 
Azərbaycan Respublikasının, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin, icra 
hakimiyyəti orqanlarının, müəssisələrin iqtisadi və sosial inkişafı proqramlarında yanğın 
təhlükəsizliyinin təmin edilməsi, yanğından mühafizənin bazasının inkişaf etdirilməsi və 
təkmilləşdirilməsi tədbirləri nəzərdə tutulmalıdır. 
M a d d ə 2 7 .  Yanğın təhlükəsizliyi sahəsində maliyyə və maddi-texniki təminat 
Yanğın təhlükəsizliyinə dair dövlət və regional proqramlar üzrə məqsədli maliyyə təminatı 
dövlət büdcəsində ayrıca sətirdə göstərilməklə planlaşdırır və Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı bu vəsaitdən təyinatı üzrə istifadə edir. 
40
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini 
həyata keçirən qurumlarının (müqavilələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-
texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin maliyyələşdirilməsi dövlət 
büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 
41
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə 
xidmətini həyata keçirən qurumunun müqavilə əsasında yaradılmış bölmələri onları yaradan 
müəssisələrin vəsaiti hesabına, zərurət olduqda isə həmçinin qanuna zidd olmayan digər 
maliyyələşmə mənbələri hesabına saxlanılır. 
42
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müqavilə əsasında 
yaradılmış xüsusi bölmələri dövlət büdcəsinin vəsaiti və onları yaradan müəssisələrin vəsaiti 
hesabına payçılıq əsasında saxlanılır. 
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun 
şəhər (rayon) hissələri (bölmələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. 
Yaradılacaq hissələrin (bölmələrinin) minimum sayı əhalinin hər 1000 nəfəri üçün Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata 
keçirən qurumunun şəxsi heyətinin bir vahidi hesabı ilə müəyyənləşdirilir. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında 
maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada və normada həyata keçirilir. 
43


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilmiş vəzifələrin 
yerinə yetirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi üçün, dövlət 
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna olmaqla, digər mənbələr hesabına 
maliyyələşdirilən bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna 
olmaqla) tikintisi, yenidən qurulması və genişləndirilməsi işlərinin ümumi smeta dəyərinin 0,5 
faizi məbləğində müvafiq icra hakimiyyəti orqanının hesabına məcburi ayırmalar ödənilir. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin