Yanğın təhlükəsizliyi haqqında


I V f ə s i l  AZƏRBAYCAN RESPUBLİKASININ MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANININ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında

44
I V f ə s i l
 AZƏRBAYCAN RESPUBLİKASININ MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANININ 
MÜVAFİQ QURUMLARINDA XİDMƏT 
45
 
M a d d ə 2 8 .  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarının şəxsi heyəti 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
şəxsi heyəti sıravi və rəis ştat vəzifələrində olan əməkdaşlardan ibarətdir. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
şəxsi heyətində onlar üçün kadrlar hazırlayan və onların ixtisasını artıran yanğın-texniki tədris 
müəssisələrinin müəllimləri, dinləyiciləri və müdavimləri də daxildirlər. 
46
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
şəxsi heyətinə özünün təhsilinə, sağlamlıq vəziyyətinə, fiziki hazırlığına və digər şəxsi 
keyfiyyətlərinə görə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olan həqiqi hərbi 
xidmət və ya alternativ xidmət (əmək mükəlləfiyyətı) keçmiş kişilər və azı 18 yaşı olan qadınlar 
— Azərbaycan Respublikası vətəndaşları qəbul edilirlər. 
47
Əvvəllər ağır cinayət törətdiklərinə görə məhkum edilmiş şəxslər Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmətə qəbul 
oluna bilməzlər. 
48
M a d d ə 2 9 .  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarında xidmət keçmə 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında 
xidmət keçmə qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. 
49
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında 
xidmət keçən əməkdaşları, habelə yanğın texniki tədris müəssisələrinin dinləyiciləri və 
kursantları hərbi uçotdan çıxarılırlar və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının uçotunda saxlanılırlar. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında 
xidmət keçən əməkdaşlarına Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyənləşdirilən səlahiyyətlərini təsdiq edən xidməti vəsiqələr, fərqlənmə nişanları 
və geyim forması verilir. 
50
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
əməkdaşları ilk dəfə vəzifəyə təyin edildikdən sonra peşə andı içirlər. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin