9) yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və
təmiri;
10) yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara
xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası;
11) yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması
və təmiri.
Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
29
M a d d ə 2 2 .
Sertifikatlaşdırma
Sertifikatlaşdırma —
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, malın (xidmətin, işin), prosesin və idarəetmə
sisteminin (bundan sonra - məhsulun və xidmətlərin) müvafiq standartda, texniki reqlamentdə və digər
normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun təsdiq edilməsi sahəsində
göstərilən fəaliyyətdir. Sertifikatlaşdırmanın qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış
məhsulun və xidmətin
müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda
müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir.
30
Məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısını Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Sertifikatlaşdırmanın təşkili və aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan sertifikatlaşdırma işlərinin
haqqını məhsulu hazırlayan (satan) və xidmətləri göstərən ödəyir, həm də sertifikasiya
məsrəfləri məhsulun və xidmətlərin maya dəyərinə aid edilir.
Dostları ilə paylaş: