Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında
maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və normada həyata keçirilir.
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına
və onun bölmələrinə
həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanları
yerli büdcələrin və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna
olmaqla, müvafiq təşkilatlar tərəfindən maliyyələşdirilən obyektlərin tikintisi, əsaslı
təmiri, yenidən qurulması, müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin
genişləndirilməsi, yeni texnika ilə təchiz edilməsi işlərinin ümumi smeta dəyərinin 0,5
faizi məbləğində
dövlət büdcəsinə köçürülən məcburi ayırmalar müəyyənləşdirirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi üçün, dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna olmaqla, digər mənbələr
hesabına maliyyələşdirilən bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və
bağ evləri istisna olmaqla) tikintisi, yenidən qurulması və genişləndirilməsi işlərinin
ümumi smeta dəyərinin 0,5 faizi məbləğində müvafiq icra hakimiyyəti orqanının hesabına
məcburi ayırmalar ödənilir.
Dostları ilə paylaş: