Yanğın təhlükəsizliyi haqqında


Madd ə 19. Yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsi



Yüklə 485,55 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix26.02.2023
ölçüsü485,55 Kb.
#85616
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
313 q

Madd
ə 19. Yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsi
Yanğın təhlükəsinin gücləndiyi hallarda Azərbaycan Respublikasının 
müvafiq icra 
hakimiyyəti orqanlarının
 qərarı ilə müvafiq ərazilərdə yanğına qarşı xüsusi rejim 
müəyyənləşdirilir və xüsusi rejimin qüvvədə olduğu müddətdə Azərbaycan 
Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 və onun bölmələri ilə razılaşdırılan 
əlavə yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilir. 
Madd
ə 20. Yanğınların və onların nəticələrinin uçotu
Azərbaycan Respublikasında yanğınların və onların nəticələrinin statistik uçotunun vahid 
dövlət sistemi fəaliyyət göstərir. 
Yanğınları və onların nəticələri üzrə rəsmi statistika uçotunu və dövlət statistika 
hesabatını Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 və onun 
bölmələri aparır. 
Yanğınların və onların nəticələrinin uçotu 
qaydasını
 Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 
Madd
ə 21. Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və 
xidm
ətlərin göstərilməsi
Yanğın təhlükəsizliyi sahəsində işlər və xidmətlər yanğın təhlükəsizliyi tələblərinin 
həyata keçirilməsi, habelə yanğınların qarşısının alınmasının və söndürülməsinin təmin 
edilməsi məqsədilə yerinə yetirilir. Yanğın təhlükəsizliyi sahəsində işlərə və xidmətlərə 
aşağıdakılar aiddir: 
1) müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan 
qorunması; 
2) yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların 
keçirilməsi; 
3) layihə-axtarış işlərinin yerinə yetirilməsi; 
4) elmi-texniki məsləhət verilməsi və ekspertiza keçirilməsi; 


5) maddələrin, materialların, məmulatın, avadanlığın və konstruksiyaların yanğın 
təhlükəsizliyinin sınaqdan keçirilməsi; 
6) əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi; 
7) yanğına qarşı təbliğat aparılması, xüsusi ədəbiyyatın və reklam məhsulunun 
nəşri; 
8) yanğından qoruma və boru-soba işləri; 
9) yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki 
xidməti və təmiri; 
10) yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və 
onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası; 
11) yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən 
qurulması və təmiri. 
Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata 
keçirilir. 

Yüklə 485,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin