Madd ə 16. Yanğına qarşı təbliğat və yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi Yanğına qarşı təbliğat — kütləvi informasiya vasitələri ilə, xüsusi ədəbiyyat və reklam
məhsulu nəşr etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış digər məlumatlandırma
formalarından istifadə etməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması
problemləri və yolları haqqında məqsədyönlü biliklər verilməsidir. Yanğına qarşı
təbliğatı Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları
, müəssisələr və
yanğından mühafizə bölmələri aparırlar.
Müəssisələrin işçilərinə yanğın təhlükəsizliyi tələblərini Azərbaycan Respublikasında
yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq həmin müəssisələrin müdiriyyəti
(mülkiyyətçiləri) öyrədir.
Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə
məcburi qaydada yanğın təhlükəsizliyi tədbirlərini müvafiq müəssisələr Azərbaycan
Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılmış xüsusi proqramlar
üzrə öyrədirlər.
Madd ə 17. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı Yanğınsöndürmə texnikası məhsulu dövlət sifarişi və dövlət müdafiə sifarişi əsasında,
habelə sahibkarlıq fəaliyyəti qaydasında istehsal edilir.
Yanğınsöndürmə texnikası məhsulun istehsalı dövlət tərəfindən tənzimlənir.
Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət sifarişi yanğın təhlükəsizliyi sahəsində
respublika məqsədli proqramlar əsasında həyata keçirilir. Yanğınsöndürmə texnikası
məhsulu üçün dövlət müdafiə sifarişini Azərbaycan Respublikasının
müvafiq icra
hakimiyyəti orqanı
müəyyənləşdirir.
Dövlət sifarişinin və dövlət müdafiə sifarişinin yerinə yetirilməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.