Yanğın təhlükəsizliyi haqqında


II f əsil. Yanğından mühafizə



Yüklə 485,55 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix26.02.2023
ölçüsü485,55 Kb.
#85616
1   2   3   4   5   6   7   8   9   ...   19
313 q

II f
əsil. Yanğından mühafizə 
Madd
ə 8. Azərbaycan Respublikasının yanğından mühafizə sistemi və 
onun 
əsas vəzifələri
Azərbaycan Respublikasının yanğından mühafizə sistemi aşağıdakı növlərdən ibarətdir: 
1) dövlət yanğından mühafizə
2) idarədənkənar yanğından mühafizə
3) könüllü yanğından mühafizə
Azərbaycan Respublikasının yanğından mühafizə sisteminin əsas vəzifələri: 
1) yanğının qarşısının alınmasının və profilaktikasının təşkili; 
2) insanların xilas edilməsi və yanğınların söndürülməsi. 
Yanğından mühafizə bölmələrinin münaqişələrin və kütləvi iğtişaşların qarşısının 
alınması və aradan qaldırılması tədbirlərinə cəlb edilməsi qadağandır. 
Madd
ə 9. Dövlət yanğından mühafizə 
Dövlət yanğından mühafizə yanğından mühafizə sisteminin əsas növü olmaqla 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən həyata keçirilir. 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı

1) yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanmasını və 
həyata keçirilməsini təşkil edir; 
2) Azərbaycan Respublikasında Dövlət yanğın nəzarətini aparır; 
3) şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin 
yanğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil 
edir və yerinə yetirir; 
4) yanğınların söndürülməsini təmin edir
5) yanğın təhlükəsizliyi sahəsində vahid elmi-texniki siyasəti işləyib hazırlayır və 
onun tətbiqini təşkil edir; 


6) yanğından mühafizə üçün kadrların hazırlanmasını, yenidən hazırlıq keçməsini 
və ixtisasını artırmasını təmin edir. 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 Azərbaycan 
Respublikasının yanğından mühafizə sisteminə başçılıq edir. 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 Azərbaycan 
Respublikasının ərazisində dövlət yanğın nəzarəti səlahiyyətlərinə malik olmaqla 
yanğınsöndürmə texnikası məhsulunun dövlət sifarişlərini verir və bu texnikaya dair 
tələbləri müəyyənləşdirir. 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 müvafiq qurumlarının 
təşkilini, yenidən təşkilini, ləğv olunmasını, saxlanılmasını, strukturunu və fəaliyyət 
qaydasını Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 müəyyənləşdirir. 

Yüklə 485,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin