8) Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
və onun
bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların
ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını
təmin etmək;
9) Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
və onun
bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi
vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi,
habelə öz ərazilərində baş vermiş yanğınlar və onların
nəticələri barəsində
məlumatlar və sənədlər vermək;
10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı,
yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan
Respublikasının
müvafiq icra hakimiyyəti orqanına
və ya onun bölmələrinə
ləngimədən məlumat vermək.
Dostları ilə paylaş: