Yanğın təhlükəsizliyi haqqında


Madd ə 7. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və



Yüklə 485,55 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix26.02.2023
ölçüsü485,55 Kb.
#85616
1   2   3   4   5   6   7   8   9   ...   19
313 q

Madd
ə 7. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və 
v
əzifələri
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır: 
1) yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi; 
2) yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
nəzərdə tutulmuş qaydada ödənilməsi; 
3) sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin 
müəyyənləşdirilməsində iştirakı; 
4) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq. 
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır: 
1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət 
etmək; 
2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat 
vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan 
Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 təsdiq etdiyi siyahılara uyğun 
olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq; 
3) yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər 
vermək; 
4) yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və 
yanğını söndürmək üçün mümkün tədbirlər görmək; 
5) yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək; 
6) Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 və onun 
müvafiq qurumlarının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər 
qanuni tələblərini yerinə yetirmək; 


7) onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın 
təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin 
pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 və onun 
bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
nəzərdə tutulmuş qaydada imkan yaratmaq. 

Yüklə 485,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin