Yanğın təhlükəsizliyi haqqında


Madd ə 33. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti



Yüklə 485,55 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix26.02.2023
ölçüsü485,55 Kb.
#85616
1   ...   11   12   13   14   15   16   17   18   19
313 q

Madd
ə 33. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının müvafiq qurumlarının əmlakı
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 müvafiq qurumlarının 
əmlakı onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və 
daşınmaz əmlakdır. 
Azərbaycan Respublikasının ərazisində hər hansı hüquqi və ya fiziki şəxs onun 
mülkiyyətində olan yanğından mühafizə bölməsini saxlamaqdan imtina etdikdə, həmin 
bölmənin istifadəsində olan əmlakı əvəzli qaydada almaq üçün üstünlük hüququ 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanına
 və onun bölmələrinə 
verilir. 
V f
əsil. Yekun müddəalar 
Madd
ə 34. Nümayəndəlik
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 yanğın təhlükəsizliyi 
məsələləri üzrə beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycan Respublikasının 
adından nümayəndəlik edir. 
Madd
ə 35. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının müvafiq qurumlarının fəaliyyətinin qanuniliyinə nəzarət
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 müvafiq qurumlarının 
fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən səmərəli istifadə etməsinə, yanğından 
mühafizə orqanlarının və onun bölmələrinin onlara həvalə olunmuş vəzifələrin həcminə 
və xarakterinə uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının 
müvafiq icra 
hakimiyyəti orqanı
 tərəfindən həyata keçirilir. 


Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən qanunların 
icrasına Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar 
qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzarət edirlər. 
Madd
ə 36. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 
Azərbaycan Respublikasının Prezidenti 
Heydər ƏLİYEV 
Bakı şəhəri, 10 iyun 1997-ci il 
№ 313-IQ 

Yüklə 485,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin