Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatların əlaqələndirilməsi
Azərbaycan
Respublikasının
müvafiq icra hakimiyyəti orqanına
həvalə edilir.
Madd
ə 15. Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı
Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı yanğın təhlükəsizliyinin təmin
edilməsi sistemində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi
üçün zəruri olan
xüsusi informasiya sistemlərinin və məlumat banklarının (bundan sonra — informasiya
sistemləri) yaradılması və istifadə edilməsi vasitəsilə həyata keçirilir.
Yanğın təhlükəsizliyi haqqında məlumatların informasiya sistemlərinə daxil edilməsi
əsasları və qaydası, habelə vəzifəli şəxslərin və vətəndaşların bu məlumatlarla tanış
edilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları
ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları
, müəssisələr və
təşkilatlar, meteorologiya xidmətləri və digər səlahiyyətli dövlət orqanları yanğın
təhlükəsizliyi üçün əlverişsiz hadisələr və proqnozlar barəsində Azərbaycan
Respublikasının
müvafiq icra hakimiyyəti orqanına
və onun
müvafiq qurumlarına
ləngimədən əvəzsiz qaydada məlumat verməyə borcludurlar.
Dostları ilə paylaş: