Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə
vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.
Yanğınsöndürmə rəhbərinin göstərişləri yanğının söndürülməsi üzrə əməliyyatların
həyata keçirildiyi ərazidə bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra
olunmalıdır.
Heç kəs yanğın zamanı yanğınsöndürmə rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya
onun verdiyi sərəncamları ləğv edə bilməz.
Yanğın söndürülərkən dəyən maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Son zərurət şəraitində fəaliyyət göstərmiş
yanğından mühafizənin şəxsi heyəti və yanğının söndürülməsinin digər iştirakçıları dəyən
ziyanın ödənilməsindən azad edilirlər.
Dostları ilə paylaş: