1)
yanğın təhlükəsizliyinə dair dövlət siyasətinin işlənib hazırlanması və həyata
keçirilməsi;
2)
respublika məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin
təşkili və maliyyələşdirilməsi;
3)
dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və
yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsi və onların
icrasına nəzarət olunması;
4)
dövlət büdcəsinin yanğın təhlükəsizliyi, o cümlədən yanğından
mühafizənin
saxlanması xərclərinin planlaşdırılması və icrası;
5)
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə orqanlarının,
bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris
müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi;
6)
dövlət yanğın nəzarətinin təşkili;
7)
yanğın təhlükəsizliyini təmin etməyin ümumi prinsiplərinin
müəyyənləşdirilməsi, o cümlədən yanğınsöndürmə texnikası məhsulunun
istehsalının və satın alınmasının, habelə əhalinin yanğınlar
ilə mübarizədə
iştirakının sosail və iqtisadi cəhətdən həvəsləndirilməsi;
8)
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə
və yanğın
nəzarəti qurumlarının əməkdaşlarının sayının
müəyyənləşdirilməsi;
9)
yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına
saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı
müəssisələrin
siyahısının müəyyənləşdirilməsi;
10)
dövlət ehtiyacları üçün, o cümlədən müdafiə sifarişi üzrə yanğınsöndürmə
texnikası məhsulunun nomenklaturasının, buraxılması və göndərilməsi
həcmlərinin təsdiq edilməsi;
11)
dövlət informasiya təminatı sistemlərinin, habelə yanğınların və onların
nəticələrinin statistika uçotu sistemlərinin yaradılması;
12)
mülki müdafiənin yanğından mühafizə xidmətinin təşkilinin ümumi
prinsiplərinin və yanğından mühafizə orqanlarına və bölmələrinə səfərbərlik
tapşırıqlarının müəyyənləşdirilməsi;
13)
yanğından mühafizə
və yanğın nəzarəti qurumları üçün kadrların
hazırlanmasının, yenidən hazırlıq keçməsinin və ixtisasının artırılmasının təşkili;
14)
yanğından
mühafizə və yanğın nəzarəti qurumları əməkdaşları üçün
fərqləndirmə nişanlarının və geyim formasının müəyyənləşdirilməsi;
15)
yanğından mühafizə
və yanğın nəzarəti qurumlarının şəxsi heyətinin,
ehtiyatda (istefada)
olan şəxslərin, habelə onların ailə üzvlərinin hüquqi və sosial
müdafiəsi tədbirlərinin həyata keçirilməsi;
16)
yanğından mühafizə fondlarının yaradılmasına və fəaliyyətinə kömək
göstərilməsi;
17)
dövlət büdcəsinin vəsaiti hesabına yanğın təhlükəsizliyi,
o cümlədən
yanğından mühafizənin saxlanması xərcləri hissəsinin işlənib hazırlanması, təsdiq
və icra olunması;
18)
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından
mühafizə və yanğın
nəzarəti qurumlarının Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada yaradılması, yenidən təşkili və ləğv edilməsi;
19)
yerli məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili
və maliyyələşdirilməsi;
20)
əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və yanğınların
qarşısının alınmasına və söndürülməsinə cəlb edilməsi.
Dostları ilə paylaş: