Madd
ə 33. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının müvafiq qurumlarının əmlakı
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
müvafiq qurumlarının
əmlakı onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və
daşınmaz əmlakdır.
Azərbaycan Respublikasının ərazisində hər hansı hüquqi
və ya fiziki şəxs onun
mülkiyyətində olan yanğından mühafizə bölməsini saxlamaqdan imtina etdikdə,
həmin
bölmənin istifadəsində olan əmlakı əvəzli qaydada almaq üçün üstünlük hüququ
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanına
və onun
bölmələrinə
verilir.
V f
əsil. Yekun müddəalar
Madd
ə 34. Nümayəndəlik
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
yanğın təhlükəsizliyi
məsələləri üzrə beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycan Respublikasının
adından nümayəndəlik edir.
Madd
ə 35. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının müvafiq qurumlarının fəaliyyətinin qanuniliyinə nəzarət
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti
orqanının
müvafiq qurumlarının
fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən
səmərəli istifadə etməsinə, yanğından
mühafizə orqanlarının və onun bölmələrinin onlara həvalə olunmuş vəzifələrin həcminə
və xarakterinə uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qanunların
icrasına Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar
qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzarət edirlər.
Madd
ə 36. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 10 iyun 1997-ci il
№ 313-IQ