Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və ya onun
bölmələrinin əməkdaşı xidmət vəzifələrinin icrası ilə əlaqədar həlak olduqda (vəfat
etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin, həmçinin Azərbaycan
Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
bölmələrini yaradan müəssisələrin
vəsaiti hesabına onun on illik pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir, daha
sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
və ya onun bölmələrinin
əməkdaşı xidmət vəzifələrinin icrası ilə əlaqədar xidməti davam etdirməsinə imkan
verməyən dərəcədə zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda,
xəstələndikdə dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının
müvafiq icra
hakimiyyəti orqanının
bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına həmin şəxsə
onun beş illik pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir, daha sonra bu
məbləğ təqsirli şəxslərdən tutulur.
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
və onun bölmələrinin
şəxsi heyətinin öz xidməti vəzifələrini icra etməsi ilə əlaqədar onun əmlakına dəyən
ziyan dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti
orqanının
bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına tam həcmdə ödənilir, daha
sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Dostları ilə paylaş: