Madd ə 24. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanması və h əyata keçirilməsi Yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın
təhlükəsizliyinə dair normativ-hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla
mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın,
konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi
əsasında işlənib hazırlanır.
Maddələri, materialları, məmulatı və avadanlığı istehsal edənlər (göndərənlər) müvafiq
texniki sənədlərdə həmin maddələrin, materialların, məmulatın və avadanlığın yanğın
təhlükəliliyi göstəricilərini, habelə onlarla işləyərkən görülməli olan yanğın təhlükəsizliyi
tədbirlərini hökmən göstərməlidirlər.
Müəssisələr, binalar, qurğular və başqa obyektlər üçün yanğın təhlükəsizliyi tədbirləri, o
cümlədən onların layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri işlənib
hazırlanarkən və həyata keçirilərkən başqa məsələlərlə yanaşı yanğına qarşı su təchizatı,
avtomatik yanğınsöndürmə və siqnalizasiya, yanğın vaxtı adamların köçürülməsi
barəsində qərarlar hökmən nəzərdə tutulmalıdır.
Şəhərlər, rayonlar və digər yaşayış məntəqələri üçün yanğın təhlükəsizliyi tədbirlərini
müvafiq icra hakimiyyəti orqanları
hazırlayır və həyata keçirirlər.
Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə
təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya
layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə
tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində
hökmən Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
ilə
razılaşdırılmalıdır.
Madd