Yanğın təhlükəsizliyi haqqında


Madd ə 18. Yanğınların söndürülməsi



Yüklə 485,55 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix26.02.2023
ölçüsü485,55 Kb.
#85616
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
313 q

Madd
ə 18. Yanğınların söndürülməsi
Yanğınların söndürülməsinə qüvvə və vasitələrin cəlb olunması, yanğından mühafizə 
qarnizonlarında yanğınların söndürülməsinin təşkili 
qaydasını
 Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 
Əgər müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə qüvvələri və vasitələri, habelə 
həyat təminatı xidmətləri yanğının ləğvinə kifayət etmirsə, fövqəladə hala çevrilmiş 
yanğını söndürmək və onun nəticələrini aradan qaldırmaq üçün «
Fövqəladə vəziyyət 
haqqında
» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada zəruri 
olan əlavə yanğından mühafizə qüvvələri və vasitələri cəlb edilir. 
Yanğından mühafizə bölmələri yanğınları söndürmək və onların ləğvində iştirak etmək 
üçün şərtsiz qaydada yola düşürlər. 
Yanğından mühafizə bölmələrinin çağırılması üçün yaşayış məntəqələrinin telefon 
şəbəkələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən nömrə müəyyən edilir. 
Yanğınlar söndürülərkən insanların təhlükəsizliyinin təmin olunması, əmlakın xilası üçün 
zaruri hərəkətlər edilir, o cümlədən: 
1) yanğınların və onların təhlükəli təzahürlərinin yayıldığı (yayılması ehtimalının 
olduğu) yerlərə girilir; 
2) yanğınların yayılmasına mane olan və ləğvini təmin edən şərait yaradılır; 
3) rabitə və nəqliyyat vasitələrindən, avadanlıqlardan və digər texniki 
vasitələrdən əvəzsiz olaraq istifadə olunur; 
4) yanğın yerlərinə giriş məhdudlaşdırılır və ya qadağan edilir, habelə oraya 
bitişik ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılır və ya 
qadağan edilir; 
5) yanğın yerlərindən adamlar və əmlak köçürülür. 
Yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından 
mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə 
tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə 
yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının 
söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir. 
Yanğınsöndürmə rəhbəri yanğınsöndürmə tapşırığının yerinə yetirilməsinə, yanğının 
söndürülməsinin həyata keçirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinin 
və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrin təhlükəsizliyinə cavabdehdir. 
Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi 
ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini 
müəyyənləşdirir, habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə 
qərarlar qəbul edir. 


Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə 
vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir. 
Yanğınsöndürmə rəhbərinin göstərişləri yanğının söndürülməsi üzrə əməliyyatların 
həyata keçirildiyi ərazidə bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra 
olunmalıdır. 
Heç kəs yanğın zamanı yanğınsöndürmə rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya 
onun verdiyi sərəncamları ləğv edə bilməz. 
Yanğın söndürülərkən dəyən maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Son zərurət şəraitində fəaliyyət göstərmiş 
yanğından mühafizənin şəxsi heyəti və yanğının söndürülməsinin digər iştirakçıları dəyən 
ziyanın ödənilməsindən azad edilirlər. 

Yüklə 485,55 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin