Yanğın Təhlükəsizliyi üzrə İxtisas fənlər kafedrası
Fənnin adı
Əməyin mühafizəsi və tekniki təhlükəsizlik
Dinləyicinin soyadı və adı
Baxşəliyev İbrahim
Kursun və taqımın nömrəsi
I kurs. YT 22 Q
Sərbəst işin nömrəsi və mövzusu
Sərbəst iş № 3
Əmək gigiyenası və İstehsalat sanitariyası
İstifadə olunan ədəbiyyat
Əmək mühafizəsi və təhlükəsizliyi fənni
Xüsusi əmək gigiyenası(dərslik) S.A. GÜRZƏLİYEV, R.H. ƏLİYEVA, R.A. ORUCOV, M.Y. NƏBİYEVA, C.Y. SALİHOVA
Fənn müəlliminin soyadı və adı
Laçın Babayev
Sərbəst işin qəbulu haqqında müəllimin qeydi
Müəllimin işi yoxladığı tarix
Dinləyicinin aldığı bal
Müəllimin imzası
Qeyd: Sərbəst iş ən azı 2 vərəq həcmində yazılmalıdır. Mövzu
yazılarkən giriş hissə, işin məzmunu və nəticə qeyd olunmalıdır.
Plan: 1.Giriş 2. Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış 3. İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi 4. Sağlamlaşdırıcı tədbirlər
Giriş Əmək gigiyenası, peşә gigiyenası – gigiyenanın bir bölmәsi; әmәk şәraitini vә xarakterini, onların insan sağlamlığına vә funksional vәziyyәtinә tәsirini öyrәnir, istehsalat mühiti amillәrinin vә әmәk proseslәrinin işçilәrә zәrәrli vә tәhlükәli tәsir profilaktikasının elmi әsaslarını vә әmәli tәdbirlәrini hazırlayır. Ə.g.-nın elmi araşdırmaları aşağıdakı әsas istiqamәtlәr üzrә aparılır: әmәk proseslәrinin fiziologiyası, onların orqanizmә tәsiri, yorğunluğun qarşısının alınması vә әmәk mәhsuldarlığını yüksәltmәk üçün tәdbirlәrin işlәnib-hazırlanması; sәnaye toksikologiyası; nәzarәt üsullarının hazırlanması vә s. Ə.g.-nın әsas vәzifәlәrindәn biri peşә vә istehsalatla әlaqәdar xәstәliklәrin profilaktikası üzrә tәdbirlәrin işlәnib-hazırlanmasıdır. Ə.g. problemlәrinin tәdqiqat işlәri laborator vә tәbii şәraitdә aparılır.
İstehsalat sanitariyası işçilərə zərərli istehsalat amillərinin təsirinin qarşısını alan təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər sistemidir.
“Əmək gigiyena və istehsalat sanitariya” mövzusunda nəzəri bölməsinə daxil olan bütün sahələr ətraflı sürətdə araşdırılaraq, zərərli amillərin mənbələri onların işçi orqanizminə mənfi təsirləri, normalaşdırılması və profilaktikası məsələlərinin işıqlandırılması üçün qüvvədə olan Dövlət Standartları, sanitariya qaydaları, metodik tövsiyələr və təlimatlardan istifadə edilmişdir.
Azərbaycan Respublikasında elmi-texniki tərəqqi əhalinin işlə təmin edilməsilə əlaqələndirilir və ondan əməyin əsaslı surətdə yüngülləşdirilməsi, iş həftəsinin qısaldılması, ağır fiziki əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün istifadə edilir. Elmi-texniki tərəqqi inkişaf etdikcə insanların əmək fəaliyyətində zehni əməyin fiziki əməklə üzvi surətdə birləşməsi prosesi gedir.
Əməyin mühafizəsi məsələləri ilə məşğul olan elmi müəssisə və idarələr əmək qanunvericiliyi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normaları, iş yerlərinə erqonomik tələbatlar, yanğın təhlükəsizliyi, istehsalat obyektlərinin ildırımdan mühafizə məsələsi və bir sıra başqa məsələlər üzrə lazımi tədbirlər hazırlayıb əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tətbiq edir. Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə mənfi və hər bir mənfi hadisədə müsbət cəhətlər mövcud olur. Elmi-texniki inqilab özlüyündə müsbət hadisədir.