Yanğın Təhlükəsizliyi üzrə İxtisas fənlər kafedrası


Sağlamlaşdırıcı tədbirlər



Yüklə 23,72 Kb.
səhifə4/4
tarix29.04.2023
ölçüsü23,72 Kb.
#104524
1   2   3   4
ibrahim 3

Sağlamlaşdırıcı tədbirlər
Əmək şəraitinin sağlamlaşdırılması haqqında tədbirlər “Tikinti materialları sənayesində texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydaları”nda verilmişdir. Tikinti materialları sənayesində əsas sağlamlaşdırıcı tədbirlərə texnoloji proseslərin təkmilləşdirilməsi və texnoloji xətlərin avtomatik rejimə keçməsi ilə kompleks mexanikləşdirməsi aiddir. Səs-küylə effektli mübarizə tədbirlərinə mənbənin özündə səs-küyün azaldılması və səs izolyasiyası vasitələrinin tətbiqi aiddir. Texniki cəhətdən köhnəlmiş və dağılmış avadanlıqların daha az səs-küylü aqreqat və qurğularla vaxtında əvəz edilməsinə üstünlük verilməlidir. İstehsalat səs-küyünü azaltmaq məqsədilə örtük və çexol şəklində səs izolyasiya edən konstruksiyalardan istifadə olunması məqsədəuyğundur. Metaldan təbəqəsi olan sərt tilli və daxili səthinə effektli səs izolyasiyalı materialdan üz çəkilmiş örtük konstruksiyalar daha geniş yayılmışdır. Sexlərin ayrıayrı postlarını səs izolyasiya edən arakəsmələr üçün səs uducu materialdan üz çəkilmiş ağac-yonqar lövhələrdən, dəmir-beton və ya şlak-beton panellərdən, şüşə bloklardan istifadə etmək olar. Səsuducu üzlüklərdən onları səs-küy mənbəyinə bilavasitə yaxına düzmək mümkün olan hallarda istifadə etmək məqsədəuyğun sayılır. Səs-küyə qarşı antifon və fərdi mühafizə vasitələrindən geniş istifadə edilməlidir. Vibrasiyanın zərərli təsirinin azaldılması istehsalın texnoloji sxeminin səmərəli seçilməsi, daha müasir vibrasiya avadanlıqlarının tətbiqi yolu ilə əldə edilə bilər. İş yerlərində vibrasiyanın səviyyəsini azaltmaq üçün maşınların, habelə vibrasiya meydançalarına yaxın yerləşən iş yerlərinin, qapaqların, xüsusi quyuların (lyuklar) və baxış vibro izolyasiyası vacibdir. Qarışıqların vibrasiya ilə hamarlanması bu əməliyyatlarda fəhlələrin bilavasitə iştirak etməsini aradan qaldıran avtomatlaşdırılmış qurğuların köməyilə aparılmalıdır.
İstehsalat binalarının iş zonası havasının vəziyyətinə olan tələblərin təmin edilməsi tədbirlərinə aşağıdakılar aiddir: - nəqliyyat və texnoloji avadanlıqların maksimal hermetikləşdirilməsi və bütün toz əmələ gələn yerlərdə xüsusi örtüklərin quraşdırılması; - pnevmatik və ya nəqliyyatın digər qapalı növlərinin tətbiqi - materialların yol verilən hallarda su və ya xüsusi hiqroskopik maddələrlə və yapışdırıcı əlavələrlə isladılması; - işlənmiş havanın atmosferə buraxılmasından qabaq effektli təmizləyicisi olan aspirasiyanın qurulması; - otaqların və avadanlıqların çökmüş tozlardan müntəzəm təmizlənməsinin tətbiqi; - səmərəli havapaylayıcısı olan ümummübadilə ventilyasiyasının quraşdırılması. İstilik buraxma və istilik şüalanması ilə mübarizə aparmaq üçün qızmış səthlərin istilik izolyasiyasından, ekranlaşdırılmasından, şüalanma səthlərinə yüksək dispersli su səpilməsindən istifadə edilməlidir. 1999-cu ildə Avropa Birliyi xrizolit asbestinin (1 yanvar 2005-ci ildən) istifadəsini qadağan edən direktiv 1999 (77) qəbul etmişdir. Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 1986-cı ildə işlənib, hazırlanmış 162 №-li konvensiyaya görə asbestin istifadəsinə nəzarət olunmalıdır. Bu konvensiyanı ÜST-də bəyənmişdir. Həmin sənədə görə, istehsalat zonası havasında asbest tozlarının miqdarı normallaşdırılmaqla ona nəzarət olunmalı və işçilərin sağlamlıq vəziyyəti üzərində (SQ və № 2.2.3.757-99 “Asbest və tərkibində asbest olan materiallarla iş”) tibbi müşahidə aparılmalıdır. Tikinti materialları sənayesi fəhlələri yüksək effektli və etibarlı fərdi mühafizə vasitələri və iş paltarları ilə təmin edilməlidirlər. Əmək şəraitinə görə bu sahədə aşağıdakı iş paltarları istifadə edilməlidir. Ümumi təyinatlı, tozlardan, rütubətdən və qələvidən, neft-yağlardan mühafizə edən, dərinin və tənəffüs 139 orqanlarının peşə xəstəliklərinin profilaktikasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.


Ədəbiyyat
1.Xüsusi əmək gigiyenası(dərslik) S.A. GÜRZƏLİYEV, R.H. ƏLİYEVA, R.A. ORUCOV, M.Y. NƏBİYEVA, C.Y. SALİHOVA
2.Əmək muhafizəsi və təhlükəsizliyi

Yüklə 23,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin