II dərəcəli – zədələnmə sahəsində hiperemiya, ödem,
epidermisin soyulması. İçərisində şəffaf maye olan nazik divarlı
suluqlar əmələ gəlir. Suluqların tamlığı pozulan zaman çəhrayı rəngli
yara səthi görünür. Plazmorreya diqqəti çəkir.
Güclü ağrılar, ödem 3-4 gün ərzində azalır, yaranın kənardan
epitelizasiyası başlayır. 10-14 gün ərzində tam sağalma baş verir.
Dərinin piqmentasiyası 6-8 həftəyə keçir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|