IIIA dərəcəli – geləbənzər möhtəviyyatı (plazmatik ifrazat) olan
qalındivarlı suluqlarla və ya ağ çalarlı (işemiya) hissələri olan
çəhrayı, yaxud qırmızı (staz) rəngli yaralarla xarakterizə olunur.
Məməcikli qat petexial qansızmalarla, boz rəngli yumşaq qasnaqla
örtülür. Damar şəbəkəsi itir. Ağrı və taktil hissiyyat azalır.
Qasnağın formalaşması və yaraların təmizlənməsi 2-3 həftə çəkir.
4-6 həftədən sonra kənar hissədə və adacıqlı epitelizasiya
(saxlanılmış epidermis törəmələrindən) hesabına sağalma baş verir.
Davamlı piqmentləşmə və hipertrofik çapıqlar qalır.
IIIB dərəcəli – koaqulyasion (quru) və ya kollikvasion (yaş)
nekrozun əmələ gəlməsi ilə dərinin bütün qatları sıradan çıxır. Quru
nekrozda qasnaq bərk, quru, tünd qırmızı və ya boz rəngdə ətrafı isə
ödemli və hiperemiyalı olur. Onun dərinliyində tromblaşmış
damarlar sahəsi görünür. Qasnaq altındakı toxumalar bərkiyir və
büküşlər əmələ gətirmir.
Yaş nekroz zamanı – ölmüş dəri ödemli və xəmirvari
konsistensiyalıdır.
Saxlanılmış qalın divarlı suluqların möhtəviyyatı hemorragik
xarakter daşıyır. Yaranın dərinliyi ağımtıl, bəzən sarımtıl və ya tünd
qırmızı rəngdə olur. Perifokal ödem aydın görünür. Damar və ağrı
reaksiyaları olmur. Dərialtı piy toxuması hissəvi prosesə cəlb oluna
bilər.
İrinli-demorkasion iltihab 2-3 həftə çəkir, sonra isə yara tədricən
təmizlənir və 3-4-cü həftələrin sonunda qranulyasion toxuma ilə
örtülür ki, bu da yaraların autodermotransplantasiyaya hazır
olduğunu göstərir.
IV dərəcəli – nekroz nəinki dərini, eləcə də alt qatda yerləşən
bütün toxumaları, bəzən sümüklər də daxil olmaqla, əhatə edir.
Qasnaq – qalın (quru və ya yaş) ağımtıl-boz, bəzən qara rəngli
olur. Ətrafında və altında geniş yayılmış ödem diqqəti çəkir. Əzələlər
“bişmiş ət” şəklini alır. Ölmüş toxumalar, xüsusilə vətərlər və
sümüklər zədələndikdə, sağlam toxumadan çox yavaş ayrılır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
I-II-IIIA dərəcəli yanıqlar dərinin hüceyrəvi elementlərinin
saxlanılması hesabına epitelizasiya edə bilir. Onlar səthi yanıqlar
qrupuna aid edilir.
IIIB-IV dərəcəli yanıqlar dərin yanıqlardır. Belə dərinlikli
yanıqlar gec (1,5-dən bir neçə aya qədər) sağalır.
Yaralar kiçik sahədə olduqda öz-özünə sağala bilər.
Zədələnmə sahəsi böyük olduqda, xüsusilə yaralar oynaq
sahələrini əhatə etdikdə dəri tamlığının bərpası yalnız operativ yolla
aparılmalıdır.
Çapıqlar – dərin yanıqların silinməyən izidir. Çapıqlar böyük
sahələrdə formalaşdıqda, oynaqları əhatə etdikdə eybəcərliyə və
müxtəlif kontrakturaların əmələ gəlməsi nəticəsində əlilliyə gətirib
çıxarır.
Dostları ilə paylaş: |