Yanvarın 28-də Bö yük Elmi Şuranın


Virtual imtahan sisteminin üstünlüyü nədədir?



Yüklə 8,83 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix21.01.2017
ölçüsü8,83 Mb.
#6071
1   2   3   4

Virtual imtahan sisteminin üstünlüyü nədədir?

Aclığın yaranma 

səbəbləri

Fact-info.az-ın 

əmək da şı  

Azərbaycanın ali mək t əb lərində 

imtahanların  virtual  sistemə 

keçidilə  bağlı  qısa  araşdır-

ma  aparır.  Çünki  cəmiyyətin 

necə  inkişafı,  vətənpərvərlik 

hisslərinin artması bir çox hal-

larda  təhsillə,  şəffaf    sistemlə 

bağlı  olur.

 

http://www.amu.edu.az

31 yanvar 2014-ъц ил

6

M

övzu  ilə  bağlı  suallarımızı 

Azərbaycan  Tibb  Universi-

tetinin  Ağ  ciyər  xəstəlikləri 

kafedrasının  dosenti,  tibb  üzrə 

fəlsəfə doktoru Rafiq Bayramov 

cavablandırır.  

 

- Hazırda dünyada və Azərbaycanda 

ağ ciyər xəstəlikləri nə dərəcədə yayı-

lıb?  Ağ ciyər xəstəlikləri arasinda ən 

geniş yayılanı hansıdır?

-Ağ  ciyər  xəstəlikləri  həm  dünyada, 

həm  də  Azərbaycanda  tibbin  aktual 

problemlərindən biridir. Ümumiyyətlə, 

bronx  ağ  ciyər  xəstəlikləri  800-ə  ya-

xın  olub,  4  qrupa  bölünür;  1-qeyri 

spesifik  iltihabi  xəstəlikləri,  2-spesifik 

xəstəlikləri, 3-xoş və bəd xassəli şişləri, 

4-anadangəlmə  anomaliyalar  və  peşə 

xəstəlikləri. 

Həm dünyada, həm də Azərbaycanda 

bu  patologiyalar  içərisində  bronx  ağ 

ciyər  aparatının  iltihabi  xəstəlikləri 

daha çox yayılmışdır. Xüsusilə, vərəm 

dünyada qlobal problem olaraq Ümum-

dünya Səhiyyə Təşkilatının (ÜST) qar-

şıya  prioritet  məsələ  kimi  qoyduğu  3 

yoluxucu  xəstəlikdən  biridir.  Belə  ki, 

statistikaya  görə  dünya  əhalisinin  1/3-

i  vərəm  mikrobakteriyaları  ilə  yolux-

muşdur və hər il dünyada 10 milyonadək 

insan  vərəmlə  xəstələnir  ki,  onların 

da  3  milyonu  bu  xəstəlikdən  dünyası-

nı  dəyişir.  Yəni,  hər  10  saniyədən  bir 

1  nəfər  dünyada  vərəm  xəstəliyindən 

ölür. Dünyada vərəm xəstəliyinin yayıl-

ma  göstəricilərinə  nəzər  saldıqda  onu 

da qeyd etmək lazımdır ki, bu rəqəmlər 

daha  çox  inkişaf  etməmiş  və  inkişaf 

etməkdə olan ölkələrin hesabınadır.   



-  Azərbaycanda  vərəm  xəstəliyi  ilə 

bağlı  vəziyyət  necədir?  Bu  xəstəlik 

hansı hallarda müalicəyə tabe olmur? 

-  Bütün  dünyada  olduğu  kimi, 

Azərbaycanda  da  vərəmə  görə  statis-

tik rəqəmlər reallığı tam əks etdirmir. 

Çünki  bu  xəstələrin  bir  qrupu  vərəm 

əleyhinə  müəssisələrdə  dispanser  qey-

diyyatına düşmədən, anonim müalicəyə 

üstünlük verirlər ki, ətrafdakılar, qohum 

və tanışları onun vərəm xəstəsi olması-

nı  bilməsinlər.  Artıq  bir  neçə  ildir  ki, 

bu  halların  qarşısını  almaq  məqsədilə 

vərəm əleyhinə preparatların apteklərdə 

satışı  qadağan  olunub.    Ümumiyyətlə, 

Azərbaycanda  hal-hazırda  vərəmlə 

mübarızə tədbirlərini qənaətbəxş hesab 

etmək  olar.  Belə  ki,  Azərbaycan  Tibb 

Universitetinin  Ağ  ciyər  xəstəlikləri 

kafedrası  və    Elmi-Tədqiqat  Ağ  ciyər 

Xəstəlikləri  İnstitutu  başda  olmaqla 

respublikamızın  paytaxtı  və  ayrı-ayrı 

rayonlarında  yerləşən  vərəm  əleyhinə 

dispanserlərdə yüksək ixtisaslı kadrlar 

əhaliyə  keyfiyyətli  ftiziatrik  xidmət 

göstərir.  Dövlətin  də  bu  xəstələrə  qar-

şı  xüsusi  diqqət  və  qayğısı  var.  Bu-

nun  bariz  göstəricisi  kimi  onu  qeyd 

edə  bilərəm  ki,  hazırda  Azərbaycanda 

vərəm əleyhinə dispanserlər keyfiyyətli 

təmir  olunaraq  yeni  və  müasir  tibbi 

avadanlıqlarla təchiz olunur, dispanser 

qeydiyyatında olan vərəm xəstələrinin 

hamısı  bütün  vərəm  əleyhinə  prepa-

ratlarla  fasiləsiz  olaraq  pulsuz  təmin 

olunurlar.  Bütün  görülən  bu  tədbirlər 

vərəmlə  yoluxma  və  xəstələnmə  hal-

larının  ilbəil  azalmasına  səbəb  olur. 

Ancaq bu arxayınlaşmaya səbəb olma-

malı, vərəmlə mübarizə daim prioritet 

olmalıdır.

Vərəmin  müalicəsinə  gəldikdə 

isə  onu  qeyd  etmək  istəyirəm  ki, 

vərəm  xəstəliyi  tam  müalicə  olu-

nan  xəstəlikdir.  Doğrudur,  vərəm  nə 

qədər erkən aşkar olunsa və fasiləsiz, 

kompleks  müalicə  aparılsa,  sağalma 

göstəriciləri  də  bir  o  qədər  yüksək 

olar.  Vərəmin  müalicəsi  uzunmüddətli 

olub,  ən  məhdud  vərəm  prosesində 

belə, 6-9 aydan az olmamalıdır. Bəzən 

xəstələr  düzgün  müalicə  aparıldıqdan 

qısa  müddət  sonra  xəstəliyin  kliniki 

əlamətləri  azaldığına,  bəzi  hallarda 

isə  vərəm  əleyhinə  dərmanların  əlavə 

təsirləri  olduğuna  görə  müalicəni  ya-

rımçıq  dayandırırlar.  Təkrarlanan  belə 

hallar  ağ  ciyərlərdə  geri  dönməyən 

dəyişikliklərin  yaranması  ilə  yanaşı 

vərəm əleyhinə dərmanlara qarşı rezis-

tentliyin formalaşmasına səbəb olur ki, 

bu da müalicəni çox çətinləşdirir.



-Hansı  əlamətləri  vərəmə  görə 

həyəcan  siqnalı  kimi  qəbul  edərək 

mütləq  həkimə  müraciət  etmək, 

müayinə olunmaq lazımdır?

-  Bronx  ağ  ciyər  aparatının 

xəstəliklərinin  yarıdan  çoxunda  ilk  6 

ayda heç bir əlamət olmur. Əksər hal-

larda  əsas  fikir  verilən  öskürək  isə 

ağ  ciyər  xəstəliklərinin  bir  çoxunda 

olmaya  bilər.  Vərəmin  əlamətlərinə 

gəldikdə  onu  deyə  bilərəm  ki,  vərəm 

üçün mütləq patoqnomonik əlamət yox-

dur. Ancaq vərəm xəstəliyinin olması-

na  şübhə  yaradan  nisbi  patoqnomonik 

əlamətlərdən - axşamüstü zəif subfebril 

hərarətin  (37,2-37,4  C)  olması,  ümumi 

zəiflik və halsızlıq əlamətlərinin qaba-

rıq büruzə verilməsi və gecənin ikinci 

yarısı-səhərə  yaxın  boyun,  ənsə,  çiyin 

nahiyyəsinin  tərləməsi  əlamətlərinin 

olmasına  xüsusi  diqqət  yetirilməlidir. 

Bu  əlamətlər  olduqda  vaxt  itirmədən 

həkim-ftiziatra müraciət edib müayinə 

olunmaq  lazımdır.  Bunlardan  başqa 

həm  də  3  həftədən  çox  öskürək,  arıq-

lama  olarsa  və  aparılan  qeyri  spesifik 

antibiotikoterapiya  effekt  vermədikdə  

ftiziatra müraciət etmək lazımdır.

  -Vərəmdən  qorunmaq  üçün  hansı 

profilaktik tədbirlər görmək lazımdır?

-Vərəmlə  xəstələnməyə  görə  risk 

qrupunda  olan  insanlar  olsa  da,  hər 

kəs vərəmlə xəstələnə bilər. Əbəs yerə 

deyildir  ki,  ftiziatriya  sahəsindəki 

dahi  mütəxəssislərdən  birinin  sözü  ilə 

desək,  vərəm  elə  xəstəlikdir  ki,  heç 

vaxt  əvvəlcədən  öz  vizit  kartını  heç 

kəsə göndərmir. Buna görə də vərəmlə 

xəstələnməmək  üçün  hər  kəs  profi-

laktik  tədbirlərə  əməl  etməlidir.  Bu 

tədbirlər içərisində orqanizmin immun 

qabiliyyətinin 

möhkəmləndirilməsi 

üçün  görülən  tədbirlər  –  düzgün  gün 

rejimi,  normal  qidalanma,  idmanla 

məşğul  olmaq,  siqaret  və  spirtli  içki 

qəbulundan  imtina  etməklə  yanaşı, 

ildə  bir  dəfə  vərəmə  görə  profilaktik 

müayinədən keçmək (uşaqlarda mantu 

sınağı, böyüklərdə isə flüoroqrafiya və 

ya rentgenoqrafiya) lazımdır.



-Lazımi  müalicə  olunmamış  qrip, 

soyuqdəymə  sonradan  ağ  ciyərlər 

üçün hansı fəsadları törədə bilər?

-Tənəffüs  sisteminin  bütün  iltiha-

bi  xəstəlikləri  erkən,  düzgün    və  tam 

müalicə  olunmazsa  bir  sira  fəsadlara 

səbəb ola bilər ki, bunlardan da ən çox 

müşahidə olunanı patoloji prosesin ya-

yılması, residivi, xroniki gedişi və qan-

hayxırma,  tənəffüs  çatışmazlığı    kimi   

ağırlaşmaların olmasıdır.

-Bəzən  öskürəkdən  əziyyət  çəkən 

insanlar  həkimə  müraciət  etmədən 

özləri  antibiotik  qəbul  edirlər.  Bu,  or-

qanizm üçün zərərlidirmi?

-  Nəinki  antibiotik,  heç  bir  dərman 

preparatını  həkim-mütəxəssisin  tə-

yi natı  olmadan  qəbul  etmək  düzgün 

deyil.  Çünki  hər  bir  dərmanın  opti-

mal dozası, əlavə təsirləri var. Nizami 

Gəncəvi söyləmişdir ki, bir inci saflığı 

olsa  da  suda,  artıq  içiləndə  dərd  verir 

o  da.  Öskürək  zamanı  istifadə  olunan 

dərmanlara  gəldikdə  isə,  sualınızla 

bağlı  birbaşa  onu  demək  istəyirəm  ki, 

ilk  olaraq  öskürəyin  səbəbi  bilinməli 

və  ona  qarşı  müalicə  aparılmalıdır. 

Bəzi  hallarda  öskürək  zamanı  antibi-

otikin istifadəsi doğru deyil. Məsələn, 

bronx  ağ  ciyər  aparatının  allergik 

xəstəliklərində.  Antibiotiklərin  lazım 

gəldi-gəlmədi  istifadəsi  isə  immuno-

supressiya,  disbakterioz,  o,  cümlədən 

bir sıra orqan və sistemlərə toksiki təsir 

nəticəsində  baş  verən  əlavə  təsirlərin 

yaranmasına səbəb ola bilər. 



-Azərbaycan  Tibb  Universitetində 

ağ  ciyər  xəstəliklərinin  müayinə  və 

müalicəsi  sahəsində  hansı  yeniliklər, 

nailiyyətlər var?

-Azərbaycan  Tibb  Universitetinin 

bir  neçə  kafedrasının  əməkdaşları  ağ 

ciyər  xəstəliklərinin  müayinəsi,  kon-

servativ və cərrahi müalicəsi ilə məşğul 

olur.  Müasir  tibbi  avadanlıqlarla  təc-

hiz  olunmuş  universitet  klinikaları-

nın  fəaliyyət  göstərməsi  tibbin  bütün 

sahələri  kimi,  ağ  ciyər  patologiyaları 

olan xəstələrə də yüksək səviyyədə tib-

bi xidmət göstərməyə imkan verir. Mən 

işlədiyim  ağ  ciyər  xəstəlikləri  kafed-

rasına  gəldikdə  isə,  digər  ağ  ciyər  pa-

tologiyaları ilə yanaşı, əsasən vərəmin 

müayinə  və  müalicəsi  ilə  məşğul  olan 

əməkdaşlarımız elmi tədqiqat işləri apa-

rır, daim öz bilik və bacarıqlarını artır-

maq məqsədilə yerli və ölkə xaricində 

olan  elmi  praktiki  konfranslarda  işti-

rak edir, elmi yenilikləri öyrənərək öz 

praktiki fəaliyyətlərində tətbiq edirlər. 

Günel  ASLANOVA,

ATU-nun mətbuat katibi

Ağ  ciyər xəstəlikləri tibbin qlobal 

problemlərindən biridir

Dünyada vərəm xəstəliyinin yayılma göstəricilərinə nəzər saldıqda onu da qeyd 

etmək lazımdır ki, bu rəqəmlər daha çox inkişaf etməmiş və inkişaf etməkdə olan 

ölkələrin hesabınadır 

Kitab rəfi

Müsahibə

B

u günlərdə kitabxanamıza Azərbaycan 

Yazıçılar Birliyinin üzvü, “Qızıl 

qələm” mükafatı laureatı, şairə, publisist 

Fəridə Hacıyevanın biblioqrafiyası hədiyyə 

edilmişdi.  Biblioqrafiyanın tərtibçi müəllifi 

Şəhla Nağıyevadır.  Biblioqrafiya “Nərgiz” 

nəşriyyatında,  ilk baxışda zövqü oxşayan 

görüntüdə nəşr edilmişdir.   

Fəridə  Hacıyeva  M.F.Axundzadə  adına  Azərbaycan 

Milli Kitabxanasında “Dövri mətbuat” bölməsinın müdiri 

vəzifəsində çalışır. O, hazırda Aşıqlar Birliyinin,  “Aşıq 

Pəri”  məclisinin  və    “Məhsəti”  qadın  şairlər  məclisi 

İdarə  Heyətinin  üzvüdür.  6  şeir  və  1  tərcümə  kitabı-

nın  müəllifidir.  Onun  şeir  aləmində,  dövrü  mətbuatda 

oxucular  tərəfindən  rəğbətlə  qarşılanan  duyğu  və 

fikirləri  “Araz”  ali  ədəbi  media  mükafatına,  “Məhsəti 

Gəncəvi”  adına  Fəxri  Mədəniyyət  və  Turizm  Nazirliyi-

nin Fəxri Mədəniyyət İşçisi diplomlarına layiq görülmüş, 

“Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilmişdir. 

Həmçinin bir illik Prezident təqaüdünə layıq olmuşdu.  

Kitab  tərtibçi

  –  müəllifin  biblioqrafiya  haqqında 

qısa  məlumatı  ilə  başlayır.  F.Hacıyevanın  həyat  və 

fəaliyyətinin əsas tarixləri xronoloji ardıcıllıqla oxucula-

ra təqdim olunur. Bu təqdimat hər bir oxucunu biblioq-

rafiyanı vərəqləyib oxumağa sövq edir. 

“Görkəmli şəxslər və yazıçı dostları Fəridə Hacıyeva 

haqqında” başlığı altında xalq yazıçısı, professor Əzizə 

Cəfərzadə,  professor  Vaqif  Sultanlı,  professor  Tofiq 

Hüseynoğlu  və  başqaları  şairə  xanımın  yaradıcılığına 

yüksək dəyər vermiş, onun əsərlərini izahlı nümunələrlə 

təqdim etmişlər. Bu izahlar Fəridə xanım Hacıyevanın 

şeir-sənət aləmində dəyərli, xüsusi mövqeyi olan şairə 

olduğunu sübut edir. 

Növbəti  bölümdə  şairənin  əsərləri  –  kitabları,  onla-

rın  içərisindəki    şeirləri  təqdim  olunur.  Kitabda  ictimai 

həyata,  hansı  mövzulara  toxunulur,  həyati  reallıqlar 

şeirə  çevrilir,  bədii  şəkildə  təsvir  edilir.    Daha  sonra 

şairənin dövrü mətbuatda və məcmuələrdə nəşr olunan 

əsərləri, publisistik məqalələri və dövrü mətbuatda çap 

olunan tərcümələri  də ayrılıqda xronoloji ardıcıllıqla ve-

rilmişdir. 

Təəssüflər  olsun ki, “Ulduzlardan pay istərəm” kita-

bının (Eminesku Mixay) hansı dildən tərcümə olunduğu 

qeyd edilməyib. 

Biblioqrafiyanın II bölməsində bir neçə elm adamları-

nın, şairlərin, yazıçıların, jurnalistlərin F.Hacıyeva haq-

qında nəşr olunan məqalələri də xüsusi yer alır.

III  bölmədə  F.Hacıyevanın  xarici  dillərdə  nəşr  olun-

muş  əsərləri  xronoloji  ardıcıllıqla  verilmişdir.  Bunlar 

türk, rus və rumın dillərində nəşr olunmuş əsərləridi.

Nəhayət, sonda əsərlərinin əlifba göstəricisi verilmiş-

dir. 

Fəridə  Hacıyevanın  60  illiyi  münasibəti  ilə  hazırlan-



mış bu biblioqrafiyanın xırda qüsurları olsa da, onun ya-

radıcılığının əsas güzgüsüdür. Tərtibçi müəllifin araya-

ərsəyə gətirdiyi bu məlumat kitabı şairə xanımın həyat 

və yaradıcılığını öyrənənlər üçün mühüm bir mənbədir.



Z.EMINOVA,

Əsaslı Kitabxananın direktoru, tarix üzrə 

fəlsəfə doktoru

Biblioqrafiya yaradıcılığın 

güzgüsüdür

31 yanvar 2014-ъц ил

http://www.amu.edu.az

7

 

Xəlil  Xəlilov  1938-ci  il 

aprel  ayının  18-də  Nax-

çıvan  şəhərində  müəllim 

ailəsində dünyaya göz aç-

mışdır.


1956-cı  ildə  Нах чыван 

шящяр  1  say lı  орта  мяк -

тябиni əla qiymətlərlə biti-

rən Xəlil Xə li lov elə həmin 

il  Azər baycan  Dövlət  Pe-

daqoji  İnstitutuna  qəbul 

olmuş və 1961-ci ildə ins-

titutu  fərq lənmə  diplomu 

ilə bitir  mişdir. 

O,  1965-ci ildə istehsa-

latdan ayrılmaqla aspiran-

turaya daxil olmuşdur. 

X.Xəlilov  1968-ci  il-

də  akademik  Y.Məm-

məd əli yev  adına  Neft-

Kimya 


Prosesləri 

İnsti tu tunun  Elmi  Şu-

rasında  kimya  elmləri 

namizədi  alimlik  dərəcəsi 

almaq  üçün  dissertasi-

ya  işini  müvəffəqiyyətlə 

müdafiə  etmişdir.  1970-

ci  ildən  taleyini  həmişəlik 

N.Nərimanov 

adına 


Azərbaycan  Dövlət  Tibb 

İnstitutu  (indiki  ATU)  ilə 

bağlayan  Xəlil  Xəlilov 

bu  ali  təhsil  ocağında 

əvvəlcə ümumi kimya ka-

fedrasında  assistent,  baş 

müəllim,  1984-cü  ildən 

isə  dosent  vəzifəsində 

işləmişdir.

Xəlil  müəllim  həmişə 

özü nün  elmi  və  peda-

qoji  səviyyəsini  artırmış, 

60-dan  çox  elmi  əsərin, 

elmi  mövzuda  bir  kitabın  

və  metodik  vəsaitlərin 

müəllifi olmuşdur.

O,  2001-ci  ildən  2004-

cü 


ilədək 

pediatriya 

fakültəsinin  dekan  mü-

avini,  2004-cü  ildən  isə 

əczaçılıq  fakültəsinin  de-

kanı vəzifəsində çalışmış-

dır.

Коллектив  вя  тялябяляр 



ара сында  бюйцк  нцфуз 

сащиби иди. Эянc мц ял лим-

ляря  щями шя    кюмяк  едир, 

пе дагоjи 

шяриштяляринин 

йцксялмясиня  йардымчы 

олурду.

Xəlil  Xəlilov  istedadlı, 



mükəmməl  biliyə  malik 

mü əl lim  olmaqla  yanaşı, 

həm  də  gözəl  ailə  baş-

çısı  idi.  Onun  3  övladı,  4 

nəvəsi vardır.

Gözəl  və  qayğıkeş  in-

san,  əsil  pedaqoq  Xəlil 

müəllimin  əziz  xatirəsini 

30  ildən  çox  çalışdığı 

doğma  biofiziki  və  bio-

üzvi  kimya  kafedrasının 

kollektivi və tələbələri heç 

zaman unutmayacaqlar.

Allah rəhmət eləsin, 

qəbri nurla dolsun!

Biofiziki və bioüzvi 

kimya kafedrasının 

əməkdaşları



Türkiyədə 



professor 

Fərrux 

Ərzənginin  rəhbərliyi  altında  32 

müxtəlif  ixtisaslı  alimdən  ibarət  

tədqiqat  qrupu    tibb  sahəsində 

önəmli  əhəmiyyətə  malik  elmi-

praktik  nəticə əldə edib.  

Arterial ürək damarlarının sərtləşməsini, tı-

xanmasını və tutulmalarını tədqiq edən qrup 

bu xəstəliklərin yaranma səbəblərini, eləcə də 

inkişaf mexanizmini  açmağa çalışıb. Uzun illər 

sürən araşdırmalar nəticəsiz qalmayıb. Türkiyəli 

alimlər həm xəstəliklərin yaranma mexaniz-

mi, həm də müalicəsi ilə bağlı klassik tibbi ba-

xış və bilgiləri üstələyən kəşflər ediblər.  Məhz 

xəstəliklərin yaranma səbəbləri  və mexaniz-

mi haqqında mənimsənilən yeni fundamental 

bilgilər  dərmanla müalicə perspektivini də real-

laşdırıb. Hazırda dünyada arterial ürək damarla-

rının sərtləşməsi, daralması, tıxanması kimi hal-

ları aradan qaldırmaq üçün cərrahi müdaxiləyə 

üstünlük verilir. Türk mütəxəssislərinin kəşfinə 

qədər damarların terapiya ilə bərpasının müm-

künlüyünü istisna edirdi. Türkiyəli alimlər 

nəinki bunun mümkünlüyünü təsbit edib, hətta  

əlacını - dərmanını belə tapıblar. Preparatlar 

klinik testlərdə müsbət nəticə verib. Tədqiqat 

qrupunun rəhbəri dərmanları öz üzərində belə 

sınayıb. Preparatlar ABŞ-da yeni dərmanların 

tətbiqinə icazə verən DNA təşkilatı tərəfindən 

qəbul olunub.  Bu dərmanların  Türkiyədə  tətbiqi 

və  istehsalının təşkili üçün müvafiq dövlət or-

qanlarına, əczaçılıq  müəssisələrinə müraciət edi-

lib. Alimlər tədqiqatın daha da genişləşdirilməsi, 

həmçinin preparatların təkmilləşdirilməsi 

məqsədilə ölkədəki universitetlər, elm mərkəzləri 

ilə əməkdaşlığa açıq olduqlarını bildiriblər. 

Beləliklə, yaxın gələcəkdə insanlar  illər boyu 

dayandırılması və  aradan qaldırılması mümkün-

süz bilinən arterial damar xəstəliklərindən cərrah 

bıçağı altına girmədən, sadə müalicə metodları 

ilə qurtula biləcəklər. Damar  sərtləşmələrinin, 

tutulmalarının, daralmalarının yaranma səbəb 

və mexanizminin önəmli dərəcədə açılma-

sı bu vaxta qədər əməliyyatla ürək damarları 

dəyişdirilmiş xəstələrdə sonradan (xəstəliyin ya-

ranış səbəbi aradan qaldırılmadığı üçün) törəyə 

biləcək fəsadların qarşısının alınmasına, onların 

da tam müalicəsinə imkan verəcək.

Ekspertlərin fikrincə, kimya mühən-

disliyindən, patologiyaya, genetika, kardiologiya 

və ürək-damar cərrahiyyəsinə, fizioterapiya-

ya qədər çox sayda  elmi sahəni əhatə edən 32 

nəfərlik tədqiqat qrupunun qazandığı önəmli 

elmi uğur Nobel mükafatına layiq görülə biləcək 

səviyyədə yüksəkdir.  Türk alimlərin müasir tibb 

elminə verdikləri bu elmi töhfə sayəsində yaxın 

zamanda arterial damarların sərtləşməsi, tıxan-

ması, sıxılması, daralması, kirəcləşməsi kimi 

xəstəliklərin təməldən əmələ gəlməsinin qarşısı-

nı almaq mümkün olacaq.

Türkiyəli alimlər tibbdə 

inqilabi nailiyyət əldə ediblər

ХЯЛИЛ САДЫХ ОЬЛУ ХЯЛИЛОВ 

А

зярбайcан Тибб Университетинин bиофизики вя биоцзви 

кимйа кафедрасына аьыр итkи цз вермишдир. Кафедра-

нын досенти, кимйа елмляри намизяди Хялил Садых оьлу 

Хялилов йанварın 18-də гяфлятян дцнйасыны дяйишмишдир.

-   ...

- Siz tez-tez xaş yeməlisiniz:

- Bağışlayın (anlamadım) ?...

- Sizə xaş lazımdır, əzizim! 

-

 Xaş?

-  Bəli,  bəli,  məhz  xaş,  nə  əcəb 

eşitməmisiz?

-  Xeyr,  doktor,  ancaq  indi 

Sizdən eşidirəm, ilk dəfə. Bu 

nədir belə?.. Xaş?

-  Çox  qəribə  bir  şey,  əzizim.  Oy-

naqlar  üçün  bundan  yaxşısı 

yoxdur.  Siz  mənə  inanın.  Mən 

onun  barəsində  nə  isə  bilirəm. 

Sadəcə  hər  şey  müstəsna  və 

qeyri-adidir. Mən xaşa Qafqazda 

qulluq edərkən öyrəşmişəm, lap 

çoxdan.

- Bu nədi, vəhşi qidasıdı belə?

-

  Xeyr,  mənim  əzizim,  bu  hər  hansı  bir 

məcun  (dərman)  deyil.  Bu,  Qafqaz 

mətbəxinin xörəyidir – doktor mənim 

anlamazlığımdan incidi və davam etdi 

– həlim, yaxud, ən düzünü, bulyon, bi-

zim və ya fransızların ponavarisi kimi 

ancaq, çox qatı. Oynaq üçün çox əladı! 

Bu, sözsüz, belədir!

  

... Belə bir söhbət mənlə mənim doktorum 

Semyon Kirilloviç arasında olmuşdu, həmin 

gün mən uzaq Avropa səyahətindən qayıdır-

dım, 1908-ci ilin payızının sonlarında və məni 

növbəti dəfə şiddətli diz ağrıları yaxalamışdı. 

İndi ağrıya dözümüm qalmamışdı və mən hər 

boş şeydən ötrü həkimə getməklə arası olma-

yan adam öz prinsipimdən əl çəkib qocaman 

həkimə öz dərdimdən şikayətlənməli oldum 

- Neynək – 

doktor sözünə davam etdi 

–  Dünyanın  yarısını  gəzmisiz,  xaş  haqda 

eşitməmisiz? Onu müxtəlif cür hazırlayırlar, 

ancaq  məqsəd  birdir.  Malın  və  ya  donuzun 

ayaqlarını qaynadırlar, daha çox inəyin aya-

ğını,  bu  da  Sizə  hazır  (xaş).  Həm  də  Ustad-

lar inəyin qabaq ayaqlarına üstünlük verirlər 

–  “Ustadlar”  sözünü  o  xüsusi  intonasiya  ilə 

tələffüz etdi: - Ustadlar ha... – sirr ondadır ki, 

bu  dırnağın  və  həlimin  tərkibindəki  maddə 

sizin  orqanizminizə  daxil  olur...  və  sonra 

möcüzə baş verir. Xaşda olan maddə oynaqlar 

üçün tikinti materialıdır, kərpicin ev üçün ol-

duğu kimi, çökür Sizin yeyilmiş oynaqlarını-

za, daha doğrusu, tədricən parçalanmış qığır-

dağa. Hə ... Bəs Siz nə istərdiz, mənim əzizim? 

Siz  səyyahsınız.  Bu,  əlbəttə,  ayaqlar  üçün 

çətindir – minlərlə kilometri piyada gəzmisiz. 

Bəs nə? Bizim oynaqcıqlarımız... onlar əbədi 

deyil...  yeyilir,  tükənir...  dəmir  maşınlar  da 

sınırlar... Dəmirləri də təzəsi ilə əvəz edirlər, 

bəs  oynaqları,  qığırdaqları,  xəmircəkləri...? 

Bax onları da bərpa etmək lazımdır. Hə, tutaq 

ki, xaşın köməyi ilə oynaqcıqları biz bərpa et-

dik, axı bütün mexanizmlərin yaxşı işləməsi 

üçün sürtkü lazımdır. Detalların yeyilməməsi 

və rəvan işləməsi üçün nə edirlər? Hə? Bəli, 

bəli mexanizmin toxunan üst qatını yağlayır-

lar.  Bəs  bizim  ayaqlarımız?  Həmin  sistem-

dir; tədricən o da yeyilir, oynaqdaxili sürtkü 

“tükənir”.  Siz  soruşursunuz  ki,  “bəs  sürtkü 

necə olsun?”. Mən isə deyirəm: hamısı orda-

dır.  Xaş!  Əsl  möcüzədir!  Qeyri-adi  bir  şey; 

mən  Sizə  bəyan  edirəm!  Əvəzolunmaz  bir 

şey!  Xaş  Sizin  bədəninizə  daxil  olub  yaşla 

bağlı,  həm  də  böyük  təzyiqdən  parçalanan 

qığırdaq  birləşmələrini  təkcə  bərpa  etmir, 

eyni  zamanda  təsir  göstərir  ki,  orqanizmin 

bizim oynaqlarımız üçün oynaqdaxili maye-

sini –“sürtkü”nü əmələ gətirsin. Hayıf ki, xaş 

həmişə  əl  altda  olmur  və  Siz  onu  özünüzlə 

səyahətə  götürə  bilmirsiniz.  Onu  isə  uzun 

müddətə hazırlamaq lazımdır, bir neçə saata 

bişirmək gərəkdir, təcrübəsiz olsan, bacarma-

san... alınarmı? Burda da bir yerdə oturmaqla 

əmələ gəlməz, mənim də elə vaxtım yoxdur. 

Ancaq  eyb  eləməz,  tezliklə  bir  üsul  tapar-

lar, mal ayağı – qığırdaq əsasında nə isə bir 

maz, ya da balzam hazırlayarlar. Elm yerində 

qalmır!  Mənim  əzizim.  Bah!  Əla  vasitə  alı-

na  bilər!  Köməyə  gələn!  Əlverişli.  Möcüzə 

dərman! Möcüzə Xaş!!!   



Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin